Məhkəmə qərarları › İş №3(005)-1209/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1209/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1209/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Ağəliyevin 31 mart 2023-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 mart 2023-cü il tarixdə saat 15:10 radələrində idarə etdiyi idarə etdiyi «CHANGAN UNİ-T» minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı Z.Bünyadov prospektinin əks tərəfinə keçən “HYUNDAİ AZERA” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf arxa təkər hissəsinə çırpılaraq yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs qeyd etmişdir ki, 23 mart 2023-cü il tarixdə, saat 15:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “CAHANGAN UNİ-T” minik markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin köməkçi yolu ilə, Tbilisi prospekti istiqamətindən Atatürk prospekti istiqamətinə hərəkət edərkən, Z.Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş dairəyə çatanda ondan sol tərəfdən gələn, yəni dairədən Z.Bünyadov prospektinin əks tərəfinə keçən avtomobillərə yol verməli olduğunu unutduğuna görə surətini azaldıb dayanmadan hərəkətini davam etdirdiyi zaman idarə etdiyi avtomobilin ön hissəsi dairədən Z.Bünyadov prospektinin əks tərəfinə keçən “HYUNDAİ AZERA” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf arxa təkər hissəsinə çırpılmışdır. Hadisə zamanı qarşı avtomobildə sərnişin olan qadın və cavan qız özlərini narahat hiss etdiklərinə görə kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə polis əməkdaşları və TTYS-nın həkim briqadası gəlmişlər. Polis əməkdaşları araşdırmaya başlamışlar, həkimlər isə bədən xəsarətləri alan şəxsləri X9 xəstəxanaya aparmışlar. Təhqiqat araşdırması üzrə izahatı alınmış X4 qeyd etmişdir ki, 23 mart 2023-cü il tarixdə, saat 15:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “HYUNDAİ AZERA” minik markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinin köməkçi yolu ilə, Tbilisi prospekti istiqamətindən Atatürk prospekti istiqamətinə hərəkət edib, Z.Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş dairəyə çatanda avtomobilinin surətini azaldıb dayanmadan dairədən Z.Bünyadov prospektinin əks tərəfmə keçdiyi zaman ondan sağ tərəfdən gələn, yəni Z.Bünyadov prospektinin köməkçi yolu ilə, Atatürk prospekti istiqamətindən Tbilisi prospekti istiqamətinə hərəkət edən “CAHANGAN UNİ-T” minik markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanaraq avtomobilinə yol verməli olduğu halda yol vermədən hərəkətini davam etdirmişdir. Nəticədə “CAHANGAN UNİ-T” minik markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi avtomobilinin sağ tərəf arxa qapı və təkər hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomobilində sərnişin olan anası X5 və qızı X7 özlərini narahat hiss etdiklərinə görə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Məlumatımdan qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları və TTYS-nm həkim briqadası gəlmişlər. Polis əməkdaşları araşdırmaya başlamış, həkimlər anası Tamara ilə qızı Fidan Əliyevanın bədənlərini müayinə etdirmək, eyni zamanda tibbi yardımlar göstərmək üçün X9 xəstəxanaya aparmışlar. Polis tərəfindən hadisə yerində aparılan araşdırma başa çatdıqdan sonra X9 xəstəxanaya getmişdir. Ora çatanda görmüşdür ki, həkimlər Tamara ilə Fidanın müayinələrini başa çatdırıblar. Həkimlər onların bədənlərində ciddi əzilmələr olduğunu bildirib tibbi yardımlar göstərdikdən sonra evə göndərmişlər. Eyni zamanda Rəşad Əliyev verilən sualları cavablandırarkən onu da qeyd etmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobildə Tamara Əliyevadan və Fidan Əliyevadan başqa həyat yoldaşı X1 və 13 yaşlı oğlu X8 olmuşdur. Hadisə zamanı özü və həyat yoldaşı Aynur İmamquliyeva hər hansı bir bədən xəsarəti almamıdır. X14 sol ayağında ağrı hiss etmiş, ancaq ağrı ciddi olmadığına görə hər hansı bir tibb müəssisəsində müayinədən keçirməmişdir. Təhqiqat araşdırması üzrə izahatları alınmış X5, X1, X7 və X8, X2 izahatını təsdiq edərək eyni məzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 25 mart 2023-cü il tarixli, 316 saylı MTE-nin rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X8 dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 Publilc Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 25 mart 2023-cü il tarixli, 317 saylı MTE-nin rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X7 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 25 mart 2023-cü il tarixli, 318 saylı MTE-nin rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK-1 N 287/102-0132/ nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:21-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vət. X4 məlumat verərək, Z.Bünyadov və Azadlıq pr-lərimn kəsişməsində Hyundai markalı AZ ** VG *** d.q.n-lı avtomobil iiə Changan mıarkaiı AZ ** AK *** d.q.n-lı avtomobilin toqquşması nəticəsində 2 nəfər şəxsin xəsarət almışdır. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş BB 356160 nömrəli, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “CAHANGAN UNİ-T” minik markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şəxsdur. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ/1 saylı Asan x.m tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; 2/8868 nömrəli, xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol nəqliyyatı hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar