Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1217/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ YNH üzrə inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızının iştirakları ilə, xx.xx.1991-ci ildə Oğuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 15 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobillə “Toyota Rav4” minik markalı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. Hadisə nəticəsində X2 maddi zərər dəymişdir. Bununla da, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ YNH üzrə inspektoru polis mayoru X3 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobillə “Toyota Rav4” minik markalı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. Hadisə nəticəsində X2 maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı məhkəmə iclasında çıxış edərək polis idarəsi tərəfindən onun barəsində tərtib edilmiş protokola etiraz etmədiyini, belə ki, yol-nəqliyyat hadisəsinin protokolda göstərildiyi kimi baş verdiyini bildirmişdir. Nəqliyyat vasitəsini idarə etməyə sürücülük hüququ olmamışdır. Himayəsində azyaşlı uşaqları var və başı onlara qarışıq olduğundan sürücülük vəsiqəsinin vaxtının bitməsinə diqqət yetirməmişdir. Göstərilənləri nəzərə alaraq əməlindən peşmanlıq çəkdiyini qeyd edib barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18 aprel 2023-cü il tarixli, 50/2-10708 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X4 Sisteminə əsasən, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızına verilmiş AB 502437 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Vətəndaş Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin iş materiallarında olan izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızının törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızının barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mustafazadə (Məmmədova) Könül Baxtiyar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1217/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1217/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver