Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1217/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan MN seriyalı ******* nömrəli, 11 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən X1 və digər 2 (iki) işçinin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində istehsalatda peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsilə bağlı DSMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2-11522/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X10 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə barələrində tərtib edilmiş protokol əsasızdır. Belə ki. Şəxs MMC tərəfindən işçilərin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində istehsalatda peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmiş və bu barədə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinə məlumat verilmişdir. Qeyd olunanların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-11522/2025 nömrəli Göstərişin icra olunması barədə X6 Xidmətə məlumat verilməsi istənilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-5/2-11522/2025 nömrəli Göstərişdən görünür ki, Şəxs MMC-nin direktoru X2 (AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 100A, M66) 20 (iyirmi) gün müdətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməsi qərara alınmışdır. Şəxs MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış 25 fevral 2025-ci il tarixli 03 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixinə olan 354 nəfər işçinin hamısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir. "xxxx" MMC-yə məxsus 140668 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 25 fevral 2025-ci il tarixli 03 nömrəli məktub Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinə çatdırılmışdır. xx.xx.2025-ci il tarixli Əlavədən görünür ki, "xxxx" ASC ilə Şəxs MMC arasında bağlanmış xx/xx/2025-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasının əlavəsində MMC-in bütün əməkdaşlarının, eləcə də protokolda adları qeyd olunan işçilər X3, X8 qızının sığorta olunması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin elektron portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində X3 və X8 qızının, xx.xx.2025-ci il tarixində X1 əmək müqavilələrinə son dəyişikliklər edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 aprel 2025-ci il tarixli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında protokol tərtib edilmiş, işçinin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində istehsalatda peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi və təmin edilməməsi barədə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 aprel 2025-ci il tarixli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1217/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1217/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver