Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1218/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X6 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC mehmanxana xidmətlərinin göstərilməsi ilə məşğul olan hüquqi şəxsdir. Uzun müddətdir ki, həmin şirkətin baş direktoru vəzifəsində çalışır. Hüquqi şəxsin işəgötürəni olaraq 01 aprel 2021-ci il tarixində X7 ilə qanunvericiliyin tələblərinə uyğun olaraq Əmək müqaviləsi bağlayaraq onu "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərən “Shah Palace” otelinin Təhlükəsizlik və Nəqliyyat Şöbəsinin müdiri vəzifəsinə qəbul etmişdir. X17 Məcəlləsinin 47-ci maddəsinin f bəndinə müvafiq olaraq 01 aprel 2021-ci il tarixindən 01 may 2021-ci il tarixinədək 1 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, 1 il 10 ay ərzində hər ay bir ay müddətinə avtomatik olaraq uzadılmışdır. İşçinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə onun əmək haqqı 1000 manatdan 1115 manatadək artırılaraq ƏMAS (Əmək Münasibətləri və Məşğulluq altsistemi)-da əmək müqaviləsinə müvafiq dəyişiklik edilərkən, yəni Əmək Müqaviləsinin 8ci bəndində dəyişikliyin qüvvəyə minmə xanasında, 01 iyun 2022-ci il seçilmiş və Əmək müqaviləsinin bitmə tarixi isə 1 ay artırılaraq 01 iyul 2022-ci il müəyyən edilmişdir. Həmçinin işçinin məzuniyyət hüququnu tam təmin etmək məqsədilə əmək məzuniyyəti əmək stajına görə 30 gündən 36 günədək artırılaraq əmək müqaviləsinə 04 noyabr 2022ci il tarixində ƏMAS (Əmək Münasibətləri və Məşğulluq altsistemi) -da əmək müqaviləsinə müvafiq dəyişiklik edilərkən, yəni Əmək Müqaviləsinin 8-ci bəndində dəyişikliyin qüvvəyə minmə xanasında 04 noyabr 2022-ci il seçilmiş və Əmək müqaviləsinin bitmə tarixi isə 26 gün artırılaraq 30 noyabr 2022-ci il müəyyən edilmişdir. Tərəfindən sözügedən şəxsin Əmək müqaviləsinə 04 noyabr 2023-cü il tarixindən sonra hər hansı bir dəyişiklik edilməmiş və X3 əmək müqaviləsi 01 aprel 2021-ci il tarixdən 03 fevral 2023-cü il tarixinədək Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər ay bir ay müddətinə avtomatik uzadılmalarda daxil olmaqla ümumilikdə 1 il 10 ay ərzində qüvvədə olmuşdur. İşçi X1 müqaviləsinə xitam verilməsindən narazı qalmış və bu barədə X10 Xidmətinə şikayət etmişdir. İşçinin şikayəti üzrə X10 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X4 tərəfindən ədalətli araşdırılma aparılmamış, işin bütün halları ətraflı öyrənilməmiş, ƏMAS sisteminin texniki imkanlarının məhdudluğu və qüsurunun nəticəsi olaraq barəmdə İXM-nin 192.6-cı maddəsi ilə MN ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İnzibati xəta haqqında Protokolun tərtibi zamanı "xxxx" MMC-nin X15 Vəkil tərəfindən ƏMAS sisteminin texniki qüsurları nəticəsində sistemdən çıxan müqavilələrdə bir aylıq müqavilələrə dəyişikliklər edilərkən ƏMAS sistemində olan əmək müqaviləsinin 2-ci bəndində müddət hissəsindəki rəqəmin avtomatik olaraq uzanması və müqavilənin ümumi qüvvədə olma müddətinin ƏMAS sistemində olan müqavilənin 2.3-cü bəndində müqavilənin bağlanma müddəti kimi əks olunması halı qeyd edilsə də bu haqlı tələb nəzərə alınmamış və barəsində qanunsuz və əsassız olaraq inzibati protokol tərtib edilmişdir. Həmçinin protokol tərtib edilərkən ilkin Əmək Müqaviləsinin əsli, əmək müqaviləsinə edilmiş dəyişikliklərə dair bildirişlər və dəyişiklik edilmiş əmək müqavilələri təqdim edilmiş və ƏMAS sisteminin texniki xətasının araşdırılması baş müfəttişə təklif edilmişdir. Lakin, göstərilən təkzibedilməz sübutlara əhəmiyyət verməyən baş müfəttiş qərəzli şəkildə qanunsuz və əsassız Protokol tərtib etmişdir. Yuxarıda qeyd edilən Protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən 05 aprel 2023-cü il tarixində İnzibati araşdırılma aparılmış və araşdırılma zamanı “Resant Group" MMC-nin X15 Vəkil tərəfindən yuxarıda qeyd edilən hallar təkrarən bildirilmiş və ilkin Əmək Müqaviləsinin əsli, əmək müqaviləsinə edilmiş dəyişikliklərə dair bildirişlər və dəyişiklik edilmiş əmək müqavilələri təqdim edilmişdir. X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 idarənin baş müfəttişi tərəfindən qərəzli şəkildə qanunsuz və əsassız tərtib edilmiş Protokolu ləğv etmək əvəzinə qanunsuz və əsassız İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında MN ******* saylı Qərar qəbul etmişdir. Bununla da X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən mənim hüquqlarım pozulmuş və təqsirsiz olduğum halda inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən 05 aprel 2023-cü il tarixində qəbul edilmiş İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında MN ******* saylı Qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Şikayət vermiş şəxs X6 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Vəkil verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquqi şəxs otelçilik fəaliyyəti ilə məşğul olur. Hüquqi şəxsin rəhbəri Emin Rüstəmovdur. İşəgötürən şəxs məhz Emin Rüstəmovdur. İşçinin vəziyyətinin yaxşılaşdırılması üçün əmək haqqı və məzuniyyəti artırılmışdır. Vətəndaş müfəttişliyə məzuniyyət haqlarının düzgün hesablanmadığına dair şikayət etmişdir. Vətəndaşın əmək müqaviləsi 2022-ci ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər qüvvədə olub. Həmin müddət ərzində də vətəndaşa əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Heydərov Təbaətin şikayət ərizəsi əsasında araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsində qeyd edilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Araşdırma zamanı isə vətəndaş Heydərov Təbaətlə müqavilə 01 il 08 ay müddətə bağlandığı aşkar edilmişdir. Sistem əl ilə işləndiyi üçün işəgötürən tərəfindən müdaxilə edilməklə müqavilənin müddəti dəyişilə bilər. Yekunda məhkəmədən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə baxış keçirilmiş və iş üçün sübut əhəmiyyətinə malik heç bir hal aşkar edilməmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X12 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin məhkəmə iclasında Təbaət Heydərovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materialların olan sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X12 əmək qanunvericiliyini pozmuşdur və inzibati xətaya görə barəsində əsaslı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində Təbaət Heydərovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi aşkar edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Təbaət Heydərov ilə əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 il 08 ay müddətə bağlanmışdır. Daha sonra tərəflər əmək münasibətlərini davam etdirdiklərinə və müqavilə müddəti bitdikdən bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyinə görə əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq 01 il 08 ay müddətinə artırılmışdır. İş materiallarından isə görünür ki, Təbabət Heydərovla bağlanılmış əmək müqaviləsinin müddəti bitmədən, yəni xx.xx.2023-cü il tarixdə qanunvericiliyin tələbləri pozulmaqla Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1218/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1218/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver