Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1220/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, Məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, Şikayətçi - X2, Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X4 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsitərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin təmin edilməsini məhkəmə iclasından xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X5 inzibati xətanın törədilmə yerinin Xətayi rayonu olduğunu bildirərək işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunvericilik tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə iclasda iş materiallarını araşdıraraq müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixində Məhəmməd Hadi küçəsində baş vermişdir. Qeyd edilən ərazi isə Bakı şəhəri, Xətai rayonu ərazisi hesab edilir. İş materiallarında inzibati xəta haqqında qərardan verilmiş şikayətə şikayət vermiş şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatəti olmamış, məhkəmə iclas zalında bu barədə münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM: X4 tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1220/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1220/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver