Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1222/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası FHN X3 Xidməti 3-cü ərazi X3 İdarəsi tərəfindən Şəxs barəsində İXMin 518.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 101 A ünvanında yerləşən Şəxsnə məxsus yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı məlum oldu ki, YTQ № 01-2001, bənd: 5.1, 6.1, 8.3, 8,4, 10.4, 9,1; AZ DTN-1.6-1-in tələbləri pozulmuşdur. Protokolu tərtib etmiş şəxs və Şəxsnə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokolu tərtib edən və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, KY242091807 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, Şəxs barəsində sahibkarların plan üzrə yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, 2354 nömrəli "X1 haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, KY242091807 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən X3 üzrə Şəxs fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 101 A ünvanında xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aparılacaq plan üzrə yoxlama ilə bağlı iş üzrə icraata başlanması və pozuntuların aradan qaldırılması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, 2354 nömrəli "Yanğın-Texniki Müayinə” aktından görünür ki, Şəxs fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 101 A ünvanında yerləşən Şəxsnə məxsus yaşayış binasında aparılan plan üzrə yoxlama zamanı yaşayış binasının mərtəbələrində lift holu ilə mənzillərin dəhlizləri arasında qapılar quraşdırılmayıb (YTQ 01-2001 bənd 5.1), Yaşayış binasının zirzəmi və mərtəbələrində elektrik təsərrüfatı normativ sənədlərin- tələblərinə uyğun quraşdırılmamışdır və mərtəbələrarası elektrik saxtaları arakəsmələrə bölünməmişdir (YTQ 01-2001 bənd 6.1), Yanğın su hovuzu zirzəmi mərtəbədə insa olunduğu üçün yanğın avtomobillərinin yan alaraq su götürməsi üçün şərait yoxdur (YTQ 01-2001 bənd 8.3), Yaşayış binasının mərtəbələrinin dəhlizlərində daxili yanğın su kranları quraşdırılmış, lakin yanğınsöndürmə ləvazimatları ilə tam komplektləşdirilməmiş və binanın ümumi su nasosları ilə su hovuzu ilə əlaqələndirilmişdir (YTQ 01-2001 bənd 8.4), Yaşayış binası avtomatik yanğınxəbərverici siqnalizasiva sistemləri ilə təmin olunmamışdır (YTQ 01-2001 bənd 9,1) , Yaşayış binası ilkin yanğın söndürmə vasitələri və odsöndürən balonlarla tam təmin, olunmamışdır (YTQ 01-2001 bənd 10.4), Zirzəmi mərtəbəsinə enən pilləkan təcrid edilməmişdir (AzDTN 2.7-1 bənd 5.121), Zirzəmi mərtəbələri (avtodayanacaq sahələri) fərdi qaydada sakinlər tərəfindən hörülərək jalüzlə bağlanmışdır (AzDTN 2.7-1 bənd 5.40), Zirzəmi mərtəbələrinin avtodayanacaq sahələri ilkin yanğın söndürmə vasitələri və odsöndürən balonlarla təmin olunmamışdır (AzDTN 2.7-1 bənd 7.3) Yaşayış binasında X3 Xidməti tərəfindən istismara qəbul olunmadan insanların yaşamasına və qeyri-yasayış obyektlərinin fəaliyyət göstərməsinə icazə verilir (AzDTN 1.6-1”‘Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”). Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 101 A ünvanında yerləşən Şəxsnə məxsus yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı məlum oldu ki, yaşayış binasının mərtəbələrində lift holu ilə mənzillərin dəhlizləri arasında qapılar quraşdırılmamış, yaşayış binasının zirzəmi və mərtəbələrində elektrik təsərrüfatı normativ sənədlərin- tələblərinə uyğun quraşdırılmamışdır və mərtəbələrarası elektrik saxtaları arakəsmələrə bölünməmişdir. Yanğın su hovuzu zirzəmi mərtəbədə insa olunduğu üçün yanğın avtomobillərinin yan alaraq su götürməsi üçün şərait yoxdur, yaşayış binasının mərtəbələrinin dəhlizlərində daxili yanğın su kranları quraşdırılmış, lakin yanğınsöndürmə ləvazimatları ilə tam komplektləşdirilməmiş və binanın ümumi su nasosları ilə su hovuzu ilə əlaqələndirilmişdir, yaşayış binası avtomatik yanğınxəbərverici siqnalizasiva sistemləri ilə təmin olunmamışdır, yaşayış binası ilkin yanğın söndürmə vasitələri və odsöndürən balonlarla tam təmin, olunmamışdır, zirzəmi mərtəbəsinə enən pilləkan təcrid edilməmişdir, zirzəmi mərtəbələri (avtodayanacaq sahələri) fərdi qaydada sakinlər tərəfindən hörülərək jalüzlə bağlanmışdır, zirzəmi mərtəbələrinin avtodayanacaq sahələri ilkin yanğın söndürmə vasitələri və odsöndürən balonlarla təmin olunmamışdır. YTQ № 01-2001, bənd: 5.1, 6.1, 8.3, 8,4, 10.4, 9,1; AZ DTN-1.6-1-in tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. İXM-in 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Şəxs fəaliyyət göstərdiyi ünvanda Yanğın təhlükəsizliyi haqqında qaydaların tələblərini pozmuş və bununla bağlı daxil olmuş məlumat əsasında səlahiyyətli orqan tərəfindən aparılan müayinə zamanı cəmiyyət tərəfindən "Yanğın Təhlükəsizliyi” Qaydalarının, YTQ № 01-2001, bənd: 5.1, 6.1, 8.3, 8,4, 10.4, 9,1; AZ DTN- 1.6-1-in tələblərinin pozulması halı aşkar olunduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1 -ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21 -ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 518.3-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 (iki min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1222/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1222/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver