Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1224/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət verən şəxs X4, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən çıxarılmış 06 aprel 2023-cü il tarixli, MN №1291602 nömrəli inzibati tənbeh haqqında qərarı ilə barəsində tam əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İnzaibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərək ona 800 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda sadalanan hallara görə inzibati xəta hadisəsi olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin rəisi X15 tərəfindən çıxarılmış 06 aprel 2023-cü il tarixli, MN №1291602 nömrəli inzibati tənbeh haqqında qərarı ləğv edilməli və is üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində şikayət etdiyi qərarda adı çəkilən, guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsiylə müəyyən edilmiş hüquqları pozulmuş X13 13 dekabr 2022ci il tarixdən rəhbərlik etdiyi "xxxx" şirkətində buldozer maşinisti vəzifəsində işləyir. X13 ilə bağlanılmış əmək müqaviləsinin 1 aylıq müddəti 13 yanvar 2023-cü il tarixdə tamamlanıb. Rəhbərlik etdiyi "xxxx" şirkətində işçilərin əmək haqları hər gələn ayın 15-də ödənilir. Lakin, rəhbərlik etdiyi "xxxx" şirkətinin xx.xx.2020-ci il tarixli, AJ25092020 nömrəli “Xidmət müqaviləsi”nə əsasən sifarişçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xidmət haqqının ödənişinin gecikdirilməsi səbəbi ilə işçilərin əmək haqlarının ödənişində problem yaranmışdır. Buna baxmayaraq buldozer maşinisti vəzifəsində işləyən X7 pula olan ehtiyacı nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə onun göstərişinə əsasən ona 700 (yeddi yüz) manat (aylıq əmək haqqından artıq) ödənilmişdir. Sadalananlardan aydın olur ki, bir ayın tamamında onun göstərişi ilə əmək haqqından da artıq məbləğ buldozer maşinisti vəzifəsində işləyən X8 ödənilmişsə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsiylə nəzərdə tutulmuş əməl törədilməmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Çünki, işçi X7 əmək haqqı iş ayının tamamında artıqlaması ilə ödənilmişdir. Lakin, barəsində şikayət etdiyi qərarda bu fakta, yəni X8 xx.xx.2023-cü il tarixdə əmək haqqının ödənilməsinə hüquqi qiymət verilməmiş, yanlış olaraq ona əmək haqqının yalnız xx.xx.2023-cü il tarixdə ödənilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X6 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, vət. H.Səmədovun şikayəti və barələrində qərar qəbul edilməsindən məlumatlı olmamışdır. H.Səmədova əmək haqqı kartda vəsait olmadığından əlbəəl ödənilmişdir. Bu barədə şəxsin ünvanına məktub da göndərilmişdir. Bu səbəbdən X14 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğunu və ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, vət. X7 2022-ci il dekabr ayı və 2023-cü il yanvar aylarının əmək haqları xx.xx.2023-cü il tarixdə gecikdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq ödənilmişdir. X3 İXM-in 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 800 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X6 tərəfindən X7 hesabına 700 manat məbləğində nağd pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" Şirkəti üzrə 13 dekabr 2022-ci il tarixli, 17№-li Əmrdən görünür ki, X13 xx.xx.2022-ci il tarixdən şirkətə buldozer maşinisti peşəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 360,00 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ******* №-li ödəniş tapşırığından görünür ki, "xxxx" Şirkəti tərəfindən X7 hesabına 2023-cü ilin yanvar ayı üzrə 364 manat ödəniş köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ******* №-li ödəniş tapşırığından görünür ki, "xxxx" Şirkəti tərəfindən X7 hesabına 2023-cü ilin yanvar ayı üzrə 34,82 manat ödəniş köçürülmüşdür. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X4 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 179-cu maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin 2022-ci il dekabr ayı və 2023-cü il yanvar aylarının əmək haqlarının ödənilməsində hər hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə xx.xx.2023-cü il tarixdə X6 tərəfindən X7 hesabına 700 manat məbləğində pul köçürüldüyü müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X14 tərəfindən intibati protokol tərtib edilərkən qeyd edilən hallara münasibət bildirilməmişdir. X7 X10 ünvanladığı şikayətində ona işdən çıxarkən son haqq-hesab ödənilmədiyini göstərsə də, onun bu dəlilləri məhkəmə iclasında hər hansı sübutla öz təsdiqini tapmamışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X6 tərəfindən işəgötürən kimi işçi X7 əmək haqqının ödənilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X14 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X14 vəzifəli şəxs kimi X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız X7 müraciətinə istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X6 tərəfindən X7 əmək haqqının ödənilməsi ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq X5 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən X7 əmək haqqının ödənilməsi ilə bağlı hər hansı hüquqlarının pozulması təqdim edilmiş sübutlarla müəyyən olunmur, səlahiyyətli orqan X7 şikayətində göstərilən halları müəyyən etmədən və yalnız ehtimallara əsaslanaraq X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan X7 şikayətində göstərilən halların təsdiq edilməsi üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin olunsun və həmin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1224/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1224/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver