Məhkəmə qərarları › İş №3(005)-1227/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1227/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1227/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X3 vəkili Abşeron rayon Vəkil bürosunun vəkili X8, Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X14 iştirakları ilə, X19 Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli və Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X27 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli və Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin rəisinin xx xxxx 2020-ci il tarixli ******* №li inzibati tənbeh vermə haqqında Qərarında Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Belə ki, guya o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1nı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X1 şikayətində bildirmişdir ki, guya onu Sabunçu rayonunda yerləşən obyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Ancaq onun nə X10 adlı işçisi, nə də ki Sabunçu rayonunda yerləşən hər hansı bir obyekti olmuşdur. Lakin heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Tərəfindən Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin rəisinin xx xxxx 2020-ci il tarixli 0461915№-li inzibati tənbeh vermə haqqında Qərarından yuxarı səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət verilmişdir. Lakin eynilə Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də heç bir araşdırma aparmadan və onu, inzibati tənbeh tətbiq edən orqanı və şikayət verən şəxsi prosesə dəvət etmədən, izahatlarını almadan əsassız qərar qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, həmin şikayət və onun əsasında heç bir araşdırma aparılmadan qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli Qərarının və Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 vəkili X15 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X20 izahatında göstərdi ki, X11 şikayət etmiş və göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinə kimi “Qolden Rose” firmasında işləmiş, Gənclik baş ofisində yazılı ərizə ilə Səkinə xanım tərəfindən işə qəbul edilmişdir. Sınaq müddəti başa çatdıqdan sonra firmanın Bakıxanov filialına işə dəvət olunmuşdur. Danışdıqlarına görə 300 manat maaş karta köçürülməli, qalan maaş isə onun əlinə verilməli idi. Lakin maaş ona əlbəəl verilmiş və hər dəfə gecikdirilmişdir. Dekabr ayının 16-da heç bir səbəb bildirilmədən işdən azad edilmişdir. Şikayətə əsasən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, göstərilən firmanın rəhbəri X2 Kubra İlham qızını əmək müqaviləsi olmadan müvafiq işə cəlb etmişdir. Buna görə də onun barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərardan yuxarı orqana verilən şikayət də əsassız olduğundan təmin edilməmişdir. Qəbul edilmiş qərar qanuni olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, “Golden Rose” firmasının X21 bağlılığını təqribi axtarışları nəticəsində müəyyən etmişlər. Belə ki, Rəhim Rzayevin nömrəsini müəyyən edərək ona zəng etmiş, iş barədə məlumat vermiş və onu dəvət etdikdə Rəhim “Pərviz” adlı nümayəndəsinin gələcəyini bildirmişdir. “Pərviz” adlı şəxs X27 barəsində olan icraatda iştirak etsə də, ondan nümayəndə kimi səlahiyyətlərini təsdiq edən sənəd alınmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli və Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 Əmək və X16 Nazirinə ünvanladığı ərizədən görünür ki, o, xx xxxxxxx 2019-cu il tarixdən “Qolden Rose” firmasının Gənclik baş ofisində yazılı ərizə ilə Səkinə xanım tərəfindən işə qəbul edilmişdir. Sınaq müddəti başa çatdıqdan sonra firmanın Bakıxanov filialına işə dəvət olunmuşdur. Hər gün səhər işə qol çəkərək başlamış və ofisin kameralarında onun iş fəaliyyəti öz əksini tapmışdır. Danışdıqlarına görə 250 manat maaş karta köçürülməli, qalan maaş isə onun əlinə verilməli idi. Lakin maaş ona əlbəəl verilmiş və hər dəfə gecikdirilmişdir. Dekabr ayının 16-da heç bir səbəb bildirilmədən işdən azad edilmişdir. Əmək kitabçası da azad olunduğu iş yerindədir. Onunla bağlanmış müqavilə sistemə vurulmamışdır; xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol”un surətindən görünür ki, X27 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X9 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt X6 izahatı ilə təsdiq olunur; xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X27 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, İXM-in 134.1.1-ci maddəsinə əsasən fiziki şəxs X27 barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır; Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışlardan görünür ki, X27 (VÖEN: **********) Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev ev 4, Nəsimi rayonu, Azadlıq pr., ev Füzuli küçəsinin kəsişməsi, məhəllə 720, Nərimanov rayonu, F.Xoyski pr. ev 830-835-ci məhəllə, Səbail rayonu, Bülbül pr., ev 7D-ci korpusunun 1-ci mərtəbəsi, Nərimanov rayonu, Təbriz ev 106 A, Ağa Nemətulla küçəsi ilə kəsişmə, Nəsimi rayonu, F.Əmirov ev 24, Nizami rayonu, Heydər Əliyev prospekti ev 98 ünvanlarda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X27 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 müvafiq işlərin yerinə yetirilməsinə cəlb etməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında şəxsin inzibati xəta törətməsini bildirsə də, bu barədə dəlillərini hər hansı sübutla əsaslandıra bilməmişdir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X19 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız X4 izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Həmçinin, həmin izahatda firmanın rəhbərinin məhz X27 olması göstərilməmişdir. X11 da məhz X27 tərəfindən əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmasını bildirməmişdir. Şikayətçinin vəkili tərəfindən məhkəməyə təqdim edilən arayışlardan göründüyü kimi, onun rəhbəri olduğu kosmetika mağazalarının Bakı şəhərinin Sabunçu rayonunda filialı mövcud deyildir. Araşdırma aparan orqanın X4 şikayətində göstərdiyi “Golden Rose” firmasının məhz X21 aid olması və sonuncunun həmin firmanın rəhbəri olması qənaətinə gəlməsi əsası da qeyri-müəyyəndir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən X19 iştirakı təmin olunmamışdır. İnzibati orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında icraat zamanı X19 nümayəndəsi kimi “Pərviz” adlı şəxsin iştirak etdiyini bildirsə də, özü də qeyd etdiyi kimi bu halda İXM-in 65-ci maddəsinin tələblərinə riayət olunmamışdır. X25 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X27 tərəfindən X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb olunması barədə qənaətinə gəldiyi halda, bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi, yəni X4 işlərin görülməsinə cəlb olunmasını təsdiq edən, onunla birgə çalışan şəxslərin izahatlarını almalı və bundan sonra əldə edilmiş sübutlara hüquqi qiymət verərək X19 əməlində inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etməli idi. Lakin qeyd edilən orqan bu istiqamətdə hərəkətsizlik göstərmiş və yalnız ehtimallara əsaslanaraq X22 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı isə X27 ilə X11 arasında əmək münasibətlərinin yaranması, yəni sonuncunun müəyyən işlərin görülməsinə cəlb olunması halları öz təsdiqini tapmamışdır. Bu isə X19 əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasını şübhə altına alır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X27 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi heç bir sübutla öz təsdiqini tapmır, inzibati orqan araşdırma aparmadan X19 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və onu əsassız olaraq inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş və həmin qərar da əsassız olaraq Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X27 ilə X11 arasında əmək münasibətlərinin mövcud olması hər hansı sübutla müəyyən olunmur, səlahiyyətli orqan X4 şikayətində göstərilən halları müəyyən etmədən və yalnız ehtimallara əsaslanaraq X19 İXM-in 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi və həmin qərarın qüvvədə saxlanılması barədə qərarlar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmiş şəxsi müəyyən etmək üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4.-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli və Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət qismən təmin olunsun və həmin qərarlar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar