Məhkəmə qərarları › İş №3(005)-1228/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1228/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1228/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi-X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 00100-0149/20 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Baş Gömrük idarəsində xx xxxxxx 2019-cu il tarixdə **********2812 sorğu nömrəli, xx xxxxxx 2019-cu il tarixdə **********7385 sorğu nömrəli, **********7111 sorğu nömrəli, **********7040 sorğu nömrəli, xx xxxxxx 2019-cu il tarixdə **********8642 və **********8767 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməklə Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda yerləşən anbara saxlanca qoyulmuş, gömrük nəzarəti altında olan mallardan **********7111 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 3000 ədəd “Papazol tabletki No.: 10 Seriya:60618” markalı, 1020 ədəd “Dimedrol rastvordlya vnutrivenpoqo i vnutrimişennoqo vvedeniya 10mq\ml ampul 1 ml N10 Seriya; “Nitpokcolin tabletki pokritie obolojkoy 50 mq N50 Seriya; 180619" markalı; 4000 ədəd "Sulfadimezına tabletki 0.5 q N 10 Seriya; 500 ədəd “Furaçilin tabletki 0.02 q N10 Seriya; 2201018” markalı dərman vasitələrini, **********7040 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 1920 ədəd “Anaferon detskyı tabletki dlya rassasıvaniya qoneopatiçeskiy N20 Seriya: 9751019-1 markalı, 500 ədəd “Napalçik N100 Seriya: 122019” markalı, 6000 ədəd “Pipedka medisinski trambezopasnaya Seriya: 112019” markalı dərman vasitələrini, **********7385 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 17 ədəd “Cıtramon Borimed tabl Seriya:35391019” markalı, 28 ədəd “Azitromicin tabl p/p/o 500mq Seriya: 3251018” markalı, 550 ədəd “Natriya xlorid p-l dlya priq pek form d/in 0.9 % amp Serıya:3560819” markalı, 200 ədəd “Lidokain r-r d/in 2% amp 2ml Seriya: 190119” markalı, 105 ədəd "Piracetam r-r dlya v/v i v/m vved 200mq/ml amp Seriya:460319” markalı dərman vasitələrini, **********8767 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 10 ədəd “Furazolidon (Tabl. 0.05Q N10 Borisovskiy EMP-Belarus” markalı, 30 ədəd Çiprofloksaçin (R-R D\inf.2mq\ml 100ml) Sintez OAO-Rossiya” markalı, 152 ədəd “Natriya Xlorid (R-R\İNF. 0.9% 200ML N28) Bioximik PAO-Rossiya” markalı dərman vasitələrini, **********2812 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 502 ədəd “Seftriakson (D\Priq.r- Pa Dlya B\B i NAM vved. 1q N Fl. ind.up.) Borisovskiy EMP-Belarus” markalı, **********8642 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 4380 qutu “Natriya Xlorid, rastvor dlyaq infuzii 0.9% 400 ml ( Natriya xlorid ) ( Sodium chloride 9g)” markalı dərman vasitələrini saxlanca qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda yerləşən anbardan gömrük orqanının icazəsi olmadan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbara daşımışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 məhkəmə iclasında çıxış edib MMC-nin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, həqiqətən də **********1571 sorğu nömrəli, **********8767 soğru nömrəli, **********8642 sorğu nömrəli, **********7305 sorğu nömrəli, **********711 sorğu nömrəli, **********7040 sorğu nömrəli, **********2812 sorğu nömrəli, **********2346 sorğu nömrəli, **********2317 sorğu nömrəli Gömrük bəyannamələri ilə müxtəlif dərman vasitələri Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda yerləşən anbardan gömrük orqanının icazəsi olmadan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbara daşımışlar. Odur ki, MMC-nin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 34/013/001589 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsi tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara dair saxlanc qaydalarının pozulmasına dair məlumatların yoxlanılması məqsədi ilə “İpək Yolu” gömrük postunun əməkdaşı ilə birlikdə Şəxs MMC tərəfindən **********1571 sorğu Nömrəli, **********8767 sorğu nömrəli, **********8642 sorğu nömrəli, **********7305 sorğu nömrəli, **********711 sorğu nömrəli, **********7040 sorğu nömrəli, **********2812 sorğu nömrəli, **********2346 sorğu nömrəli, **********2317 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” gömrük proseduru altında rəsmiləşdirilməklə Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda boşaldılaraq anbarın qapısına gömrük təminatı qoyulmuş mallar yoxlanılmışdır. Yoxlama nəticəsində müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş malların bir qisminin Şəxs MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbara daşınması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-dan başlayaraq Şəxs MMC tərəfindən **********1571 sorğu nömrəli, **********8767 sorğu nömrəli, **********8642 sorğu nömrəli, **********7305 sorğu nömrəli, **********711 sorğu nömrəli, **********7040 sorğu nömrəli, **********2812 sorğu nömrəli, **********2346 sorğu nömrəli, **********2317 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” gömrük proseduru altında rəsmiləşdirilməklə Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda boşaldılaraq anbarın qapısına gömrük təminatı qoyulmuş mallar yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda yerləşən anbarın içərisində saxlanılan dərman vasitələrinin Gömrük bəyannamələri üzrə mövcudluğu yoxlanıldı. Yoxlama nəticəsində malların bir qisminin yerində olmadığı aşkar edildi, hüquqi şəxsin nümayəndəsi Nailə Hadıyeva malların Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbara daşındığını bildirdi. Gecə vaxtı olduğuna görə yoxlama səhəri günə təxirə salındı, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30-da Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda yerləşən anbarın qapısına No.:52 plomb qoyuldu, həmin gün saat 21:50-də Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbarın qapısına AA 007658 nömrəli stiker yapışdırıldı. xx xxxxxx 2020-ci il tarixdə saat 14:10-dan etibarən yoxlama davam etdirildi, yoxlama nəticəsində həqiqətən də saxlanca qoyulmuş malların bir qisminin Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbara daşındığı müəyyən edildi. Dərmanların mövcudluğuna görə vəziyyətinə dair cədvəl tərtib edilmiş və protokolun mətninə daxil edilmişdir. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs nümayəndəsi hüquqi şəxs Şəxs MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanının (AR Dövlət Gömrük Komitəsi) icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşımalarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.1-ci maddəsinə əsasən gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə görə mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.2-ci maddəsinə görə malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının (AR Dövlət Gömrük Komitəsi) icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC **********1571 sorğu Nömrəli, **********8767 sorğu nömrəli, **********8642 sorğu nömrəli, **********7305 sorğu nömrəli, **********711 sorğu nömrəli, **********7040 sorğu nömrəli, **********2812 sorğu nömrəli, **********2346 sorğu nömrəli, **********2317 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” gömrük proseduru altında rəsmiləşdirilməklə Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda boşaldılaraq anbarın qapısına gömrük təminatı qoyulmuş malları Bakı şəhəri, Nərimanov rayonu, 222-ci məhəllə ev 12 ünvanda yerləşən anbardan gömrük orqanının icazəsi olmadan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3/19 ünvanda yerləşən anbara daşımışdır. Bununla da Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar