Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1228/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Togrul Məmmədovun 18 mart 2022-ci il tarixli qərarından və AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.03.2022-ci il tarixdə saat 23:49 radələrində vət. X3 idarə Ford Tranzit markalı, ** ON *** dövlət nömrə nişanlı avtomobil ilə vuraraq xəsarət yetirmişdir.Bununlada Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Aparılan təhqiqat araşdırması zamanı izahatı alınmış X5 11.03.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mahiyyəti üzrə bildirmişdir ki, qeyd olunan tarixdə saat 19:45 radələrində piyada şəkildə ünvan 1 ünvanında hərəkət edirmiş. O, yolun əks tərəfmə keçmək məqsədilə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada keçidinə yaxınlaşaraq avtomobillərin azalmasını gözləməyə başlamışdır. O, avtomobillər azaldıqdan sonra isə piyada keçidinə daxil olmuşdur. Bu zaman Ə.Əliyev küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində hərəkət edən “Ford Transit” markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun piyada keçidi ilə hərəkət etdiyini görməmiş və nəticə də idarə etdiyi avtomobilin ön hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, müvazimətini itirmiş və asfalt örtüyün üzərinə yıxılmışdır. Bu zaman mobil telefonu da yerə çırpılmışdır. Həmin vaxt ətrafdan təsadüfi keçən şəxslər və avtomobilin sürücüsü ona yaxınlaşaraq köməklik etməyə başlamışlar. Avtomobilin sürücüsü onu avtomobilə əyləşdirib, xəstəxanaya aparmaq istədiyini demişdir. Bundan sonra onlar birlikdə xəstəxanaya getmiş və onu orada müayinə etmişlər. Sürücü ondan bu barədə polisə məlumat verməməsini xahiş edib, bütün xərcləri ödəyəcəyini bildirmişdir. O, da bunla razılaşıb, heç bir yerə məlumat verməmişdir. Lakin 12.03.2022-ci il tarixdə həmin şəxsin onla maraqlanmadığını gördükdən sonra DİN-nin 102 məlumat xidmətinə bu barədə məlumat verib, Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Araşdırma zamanı izahatı alınmış sürücü Şəxs 11.03.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar mahiyyəti üzrə bildirmişdir ki, qeyd olunan tarixdə saat 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ilə H.Əliyev prospekti istiqamətindən üzü F.X.Xoyski küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yoluna zolaqla saat da 15 km sürətlə düzünə hərəkət edirmiş. X9 Tofiq oğlu da avtomobildə ön sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Həmin vaxt avtomobil yolunda avtomobillərin çox olması səbəbindən sıxlıq yaranmış və tıxac var imiş. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman adını bilmədiyi piyada qadın qəflətən yola daxil olmuş və bu zaman o, əyləci sıxsa da, nəticə də idarə etdiyi avtomobilin ön hissəsi həmin avtomobil yolunu keçməyə çalışan qadına çırpılırmışdır. Hadisədən sonra o, dərhal avtomobildən çölə çıxaraq həmin qadına yaxınlaşıb, onun xəsarət alıbalmadığını maraqlanaraq ona xəstəxanaya getməyi təklif etmişdir. Həmin adını bilmədiyi qadında tanışı gəldikdən sonra xəstəxanaya gedəcəyini bildirmişdir. Daha sonra isə onlar “Medistyle” xəstəxanasına müraciət etmişlər. Orada qadını müayinə etdikdən sonra ciddi bədən xəsarəti olmadığı üçün onu evə buraxmışlar. O, bundan sonra həmin qadına öz mobil nömrəsini verərək nəyəsə ehtiyac olarsa, əlaqə saxlamasını xahiş etmişdir. 12.03.2022-ci il tarixdə onlarla əlaqə saxlayan zaman qadın ondan özünə yeni mobil telefon almasını istəmişdir. O, da maddi cəhətdən çətinliyinin olduğunu dedikdən sonra polisə məlumat verəcəyini bildirmişdir. 12.03.2022-ci il tarixdə Nərimanov RPİ- nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməsini xahiş etmişdir. O, da həmin araşdırmada iştirak etmişdir. Material üzrə təyin edilmiş və 18 mart 2022-ci il tarixdə Məhkəmə-tibb Ekspertiza və X7- Təcrübi və X4 rayon Şöbəsindən Nərimanov RPİ-nə daxil olmuş 17 mart 2022-ci il tarixli, 254 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 qızında aşkar edilmiş xəsarət- təpə ənsə nahiyəsinin əzilmiş yarası ilə müşaiyət olunan hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 11.03.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18.03.2022-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının 18.03.2022-ci il tarixli, 254 nömrəli rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1228/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1228/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver