Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1233/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxx” MMC (VÖEN **********) xx xxxx 2017-ci ildən bəri nizamnamə əsasında fəaliyyət göstərir. O, həmin müəssisənin direktoru olaraq Möhsümov Elbrus İlham oğlunu hüquqşünas vəzifəsi üzrə işə qəbul etmişdir. İlk dəfə işdən çıxdıqdan sonra, sonuncu yenidən müraciət etmiş və o, onu yenidən eyni vəzifəyə işə qəbul etmişdir. Sonuncu yenidən səhlənkarlıq və məsuliyyətsizlik etdiyi üçün o, E.Möhsümovu öz xahişi ilə işdən azad etmiş, 2019-cu ilin yanvar ayının əmək haqqı istisna olmaqla, digər sənədləri və əşyalarını işçiyə təhvil vermişdir. Həmin vaxtlarda, demək olar ki, müəssisənin gəliri yox idi və ay ərzində gələn bir müştərinin ödənişi hesabına ancaq obyektin xərcləri və işçilərin əmək haqları ödənilirdi. ƏƏSMN yanında DƏMX-nin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə yazdığı cavab məktubunda sonuncu ayın ödənişini 150 manat qeyd etsə də, lakin sonradan mühasibin hesablamasına əsasən 2019-cu il yanvar ayı üçün işçi E.Möhsümova 100 manat əmək haqqı ödənilməli olduğu ona aydın olmuşdur. Ona görə ki, işçiyə yanvar ayı ərzində 14 gün (03 yanvar- xx xxxxxx 2019) iş günü hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixindən işdən azad edilmişdir. Aylıq əmək haqqının 150 manat, yanvar ayı ərzində ümumi iş günlərinin sayının 21, işçinin hesablanmış iş günlərinin sayının 14 olduğu nəzərə alınsa, E.Möhsümovun 2019-cu il yanvar ayı üzrə əmək haqqı 14*150/21=100 manat təşkil edir. 100 manat pulun verilməsində çətinlik çəkən müəssisəyə Dövlət Əmək Müfəttişliyi qanunsuz şəkildə 1000 manat cərimə inzibati tənbeh tətbiq etmişdir. 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi X6 istər onun, istərsə də həyat yoldaşının mobil telefonlarını, faktiki yaşadığı ünvanı bilməsinə baxmayaraq, protokolun tərtib edilməsindən və onun göndərilməsi barədə heç bir məlumat verməmiş, protokolu qanunsuz şəkildə tərtib etmişdir. Ərizəsinə əlavə etdiyi sözü gedən protokolun surətindən də görünür ki, protokolda imza göstərilən yerlərdə müəssisənin və onun adı yazılsa da, qarşısında heç bir imza yoxdur. X9, ilk dəfə ünvanladığı məktuba yazdığı cavab məktubunu gəlib faktiki yaşadığı ünvana yaxın olan İnşaatçılar metrosundan götürsə də, nədənsə bu protokolu "səssiz" tərtib edərək, elə "səssizcə" qeydiyyatda olduğu lakin yaşamadığı ünvana göndərmişdir. Burada açıq aşkar müfəttişin maraqlarının olması məntiqlə aydın olur. Hüquqlardan sui-istifadəyə yol verilməməsi birbaşa Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində qeyd edilmişdir. Yenicə fəaliyyət göstərən, mikro sahibkarlıq subyektinə 100 manat əmək haqqı ödəyə bilmədiyi üçün 1000 manat cərimənin olunması həm ədalətsizlikdir, həm də qanunsuzluqdur. Belə ki, cənab X2 son dövrdəki sərəncam və fərmanlarından, Vergi sahəsində və digər sahələrdə aparılan iqtisadi islahatlardan və siyasətdən də görünür ki, ölkədə sahibkarlara rahat iqtisadi mühit yaradaraq, onlara fəaliyyət göstərməsi və gəlir əldə etməsi, inkişaf etməsi üçün şərait yaradılır. xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək müəssisənin gəliri olmamışdır. Bu səbəbdən də E.Möhsümovun sonuncu yanvar ayına dair əmək haqqısı ödənilməmişdir. Qanunsuz şəkildə tərtib edilmiş protokol əsasında qəbul edilən MN ******* saylı qərar da qanunsuz hesab edilməlidir. Bütün bu protokol və qərar barəsində onun yenicə xəbəri olmuşdur. X7-dan ASANPAY proqramı yükləmiş və qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə 1000 manat cərimə edildiyi göstərilirdi. Mahiyyətinin nə olduğunu bilmək üçün sistemdə araşdırma apardıqdan sonra, həmin cərimə ilə bağlı işin Nərimanov Rayon İcra və Probasiya şöbəsində olduğunu görüb o, xx xxxxxx 2019-cu il tarixdə icra və probasiya şöbəsinə yaxınlaşaraq həm bildirişin, həm də protokol və qərarın surətlərini almışdır. Hesab edir ki, 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi, X5 tərəfindən qəbul edilən MN ******* nömrəli qərar və həmin müfəttişliyin baş əmək müfəttişi X6 tərəfindən tərtib edilən ******* nömrəli protokol qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin “xxxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, Ə-387-**********4 nömrəli məktubundan görünür ki, vətəndaş Möhsümov Elbrus İlham oğlunun onlara ünvanlandığı ərizə ilə bağlı «Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətə baxılması və cavablandırılması üçün səlahiyyətli nümayəndələrinin bununla bağlı müvafiq sənədləri 5 (beş) iş günü müddətində 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə təqdim edilməsi xahiş olunmuşdur. Möhsümov Elbrus İlham oğlu xx.xx.2019-cu il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. “xxxxx” MMC-nin direktoru Sevinc Əhmədova tərəfindən xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış məktubdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli, 02 nömrəli əmri ilə Möhsümov Elbrus İlham oğlu “xxxxx” MMC-də hüquqşünas vəzifəsinə qəbul edilmiş, müvafiq olaraq həmin tarixdən əmək müqaviləsi bağlanılmışdır. İşə qəbul zamanı və işlədiyi müddət ərzində işçiyə məxsus əmək haqqı 150 manat olmuşdur. İşçi E.Möhsümov xx xxxxxx 2018-ci il tarixdə ərizə yazaraq öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə və işdən azad edilməsinə icazə istəmiş, qeyd edilən ərizəyə əsasən xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli əmri ilə (AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) həmin tarixdən işdən azad edilmişdir. İşdən azad edilərkən sonuncuya əmrin surəti, əmək kitabçası və işçinin özünə aid olan ofisdə işlətdiyi şəxsi əşyaları təhvil verilmişdir. Lakin sonuncu ayın maaşı ödənilməmişdir. İşçinin işlədiyi son müddətlərdə və işdən azad edildikdən sonrakı dövrdə də müəssisənin gəliri olmadığı üçün sonuncu ayın əmək haqqısının verilməsində çətinliklər yaranmışdır. Xüsusilə qeyd edir ki, xx xxxxxx 2019-cu ildən hazır ki, vaxta qədər müəssisənin fəaliyyəti olmamış, heç bir gəlir əldə edilməmişdir. Bu səbəbdən son haqq-hesabın aparılması gecikdirilmişdir. Müəssisənin fəaliyyəti olduğu zaman və gəlir əldə etdiyi zaman sözü gedən işçinin işlədiyi son ayının əmək haqqı olan 150 manat məbləğində pul vəsaiti ödəniləcəkdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi X5 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx xxx 2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, xx xxxxx 2019-cu il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq müəyyən edilmişdir ki, “xxxxx” MMC-nin direktoru X3 vətəndaş Möhsümov Elbrus İlham oğlunun əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X3 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli, 91687/2019-15-5 nömrəli məktubundan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli əmrindən görünür ki, “xxxxx” MMC-nin hüquqşünası Möhsümov Elbrus İlham oğlu ilə xx xxxxxx 2018-ci il tarixindən başlanmış əmək müqaviləsinə Azərbycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xitam verilmişdir. xx.xx.2019-cu il tarixli ərizədən və “Amrahbank”ın xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X3 Möhsümov Elbrus İlham oğlunun hesabına 100 manat məbləğində ödəniş köçürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-959/2020 saylı qərarı ilə X3 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X1 Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayətin təmin olunmamasına dair Bakı şəhəri Nərimanov Rayon xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsmiş, inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materialları araşdırılaraq müəyyən edilmişdir ki, X3 ilə Möhsümov Elbrus İlham oğlu arasındakı əmək münasibətlərinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və həmin tarixdən sonra həmin əmək münasibətləri artıq davam etməmişdir. Başqa sözlə desək hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2019-cu il tarixdə törədilmişdir. Bununla da həmin hadisənin törədildiyi vaxtdan 3 aydan artıq vaxt keçdikdən sonra, yəni İXM-in 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməliydi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X1 Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı nömrəli qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1233/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1233/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver