Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1234/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 20 aprel 2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Elnar İbrahimlinin rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:46 radələrində Nərimanov rayonu, Ağaoğlu küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Wolksvagen Polo” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində olan işıqforun yaşıl işığında keçdikdə soldan gələn “Mercedes Sprinter” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı Təcili-tibbi yardım avtomobillə toqquşmuşdur. Həmin zaman hərəkət sürəti 50 km/saat olmuşdur. Hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 N-165 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:05-də DİNnin 102-XZM-nə məlumat daxil olmuşdur ki, TŞ-nin operatoru Hümbətov (5416) məlumat verərək bildirdi ki, Təbriz küçəsi ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsində Mercedes markalı Az **-JD-*** d.q.nlı TTY avtomobili ilə Wolksvagen markalı Az **-LP-*** d.q.nlı avtomobili toqquşub. Hadisə yerində olan 8285 saylı PPX verdiyi məlumata əsasən TTY-nin sürücüsü xəsarət alıb və başqa TTY vasitəsilə 1 saylı KTM-yə aparılıb. HK 2 N-3320 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:37-də KTM-dən həkim Qasımov məlumat verərək bildirdi ki, Təbriz küçəsi ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsində, YNH-si zamanı TTY-nin həkimi 1955-ci il təv.X1 döş qəfəsinin küt travması xəsarəti almışdır. Araşdırma zamanı izahatı alınmış X7 izahatında bildirmişdir ki, hadisə təxminən 00:46 radələrində baş vermişdir. Belə ki, oğlu Əliyev Elcan qızılca tutmuşdu. Buna görə 103 xidmətinə zəng edib təcili-tibbi yardım çağırmışdır. Qısa müddət sonra təcili-tibbi yardım onun yaşadığı ünvana gəlmişdir. Gələn həkimlər oğluna ilkin yardım göstərdikdən sonra bildirmişlər ki, oğlunu xəstəxanaya yerləşdirmək lazımdır. Bundan sonra oğlunu həmin təcili-tibbi yardım maşınına mindirib, özü də həmin təcili-tibbi yardım maşınına əyləşib xəstəxanaya doğru yola düşmüşlər. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə TTYS-nın avtomobili ilə hərəkətdə olan zaman birdən avtomobil nəyəsə dəymiş və bu zaman onun başı TTYS-nın avtomobilinin içərisində dəmirə dəymişdir. Bundan sonra TTYS-nın avtomobilindən düşən zaman görmüşdür ki, TTYS-nin avtomobili “Wolksvagen Polo” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşub. Həmin vaxt heç bir ağrı hiss etməmiş, lakin bir gün sonra başında küt ağrılar başlamışdır. Bundan sonra evə təcili yardım çağırmışlar. Həmin təcili tibbi yardım gəldikdən sonra onu xəstəxanaya aparmışlar. Orda məlum olmuşdur ki, onun beyni silkələnmişdir. Bundan əlavə olaraq sağ əlinin iki barmağı çıxmışdır. xx.xx.2024-cü ildə rentgendən keçmişdir. Orda ona bildirmişlər ki, kəllə sümüyündə çat vardır. Bundan sonra KT aparatından keçmiş və bildirmişlər ki, onun kəllə sümüyümdə çat yoxdur. Daha sonra isə ekspertizadan keçmişdir. Araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:46 radələrində Təbriz küçəsi ilə “Mercedes Sprinter” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı Təcili-tibbi yardım avtomobillə hərəkətdə olduqları zaman qabaqda əyləşmişdir. Təbriz küçəsi ilə Ağaoğlu küçəsinin kəsişməsində onun olduğu Təcili-tibbi yardım avtomobillə “Wolksvagen Polo” markalı **-LP-*** dövləq qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sağ qapıya dəyərək xəsarət almışdır. Döş qəfəsində ağrılar olduğu üçün məhkəmə-tibbi ekspertizasından keçmək istəyir. Araşdırma zamanı izahatı alınmış X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:46 radələrində Nərimanov rayonu, Təbriz küçəsi ilə yol vərəqəsi ilə idarə etdiyi “Mercedes Sprinter” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı Təcili-tibbi yardım avtomobillə hərəkətdə olduğu zaman Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində olan işıqforun yaşıl işığında keçdiyi zaman Ağaoğlu küçəsi ilə hərəkətdə olan “Wolksvagen Polo” markalı **-LP-*** dövlə qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında keçərək toqquşmuşlar. Həmin zaman hərəkət sürəti 40 km/saat olmuşdur. Hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmamışdır. Heç bir xəsarəti yoxdur və məhkəmə-tibbi ekspertizasından keçmək istəmir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2024-cü il tarixli 178 saylı rəydən görünür ki, X4 aşkar edilmiş xəsarətlər - təpə nahiyyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, ağrı simptomu və hərəkət məhdudluğu ilə maşaiyət olunan sağ əlin yumşaq toxumalarının şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2024-cü il tarixli 151 saylı rəydən görünür ki, Şəxs aşkar edilmiş xəsarətlər - sol mil bilək oynağının ön səthinin sıyrığı, sol baldırın orta üçdə birinin iç səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, iş materiallarında zərərçəkmiş şəxs X5 vurulmuş ziyanın ödənilməsinə və sonuncunun Şəxs ilə barışığının olub-olmamasına dair hər hansı bir sübutun olmamasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1234/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1234/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver