Məhkəmə qərarları › İş №3(005)-124/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-124/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-124/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən “xxxx” MMC tərəfindən X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili X5 izahatında göstərdi ki, MMC barəsində tərtib edilmiş protokol əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətçi Ə.Ələkbərovun şikayət ərizəsindən görünür ki, o, BİG.AZ saytının aid olduğu “xxxx” MMC-də xx xxxxxxx 2020-ci il tarixdən videoqraf vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx xxxxxxx 2020-ci il tarixdə redaktor ilə mübahisə etdiyi üçün işdən çıxıb getmişdir. Şikayətçi Ə.Ələkbərov iddia etdiyi kimi “xxxx” MMC-də xx xxxxxxx 2020-ci il tarixə qədər işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin iddia etdiyi “xxxx” MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni yuxarıda qeyd olunan fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquq müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əməli də həmin xx xxxxxxx 2020-ci il tarixədək törədilmişdir. MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” Protokola, yəni, törədilməsi iddia edilən inzibati xəta 2020-ci ilin oktyabr ayının 27-dək baş vermişdir ki, bu da 3 aylıq müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməsinə dəlalət edir. X4 işə götürülməsi məqsədi ilə Emil Əkbərovun rəhbəri olduğu “xxxx” MMC tərəfindən deyil, “xxxx” MMC tərəfindən işə cəlb edilmişdir. Lakin şikayətçi Ə.Ələkbərov təyin olunması nəzərdə tutulan vəzifəyə uyğun olmadığından işə götürülməmişdir. Şikayətçi Ə.Ələkbərovun BİG.AZ saytında videoqraf vəzifəsinə işə təyin olunması nəzərdə tutulmuşdur ki, həmin saytda xx xxxxxx 2020-ci il tarixdən Emil Əkbərovun rəhbəri olduğu “xxxx” MMC-yə deyil, “xxxx” MMC-yə məxsusdur. Şikayətçi Ə.Ələkbərovun bundan məlumatı olmamış və ona Emil Əkbərov tərəfindən BİG.AZ saytına işə götürüləcəyi bildirilmiş, lakin həmin saytın ümumiyyətlə hansı MMC-yə aid olması barədə məlumat verilməmişdir. Şikayətçi Ə.Ələkbərovun xidməti vəsiqəsində də BİG.AZ saytını özündə əks etdirən möhür vurulmuşdur. xx xxxx 2020-ci il tarixdən hüquqi şəxslərin dövlət qeydiyyatından keçən “xxxx” MMC BİG.AZ xx xxxxxx 2020-ci il tarixdən domeni öz adına qeydiyyatdan keçirmişdir. Bununla bağlı, “xxxx” MMC domenlərin onlayn qeydiyyatını həyata keçirən Network Technologies şirkəti ilə xx xxxxxx 2020-ci il tarixdə müqavilə bağlamış və həmin tarixdən BİG.AZ saytının domenini 1 il müddətinə öz adına keçirtmişdir. Həmin tarixdən də BİG.AZ saytı “xxxx” MMC-yə məxsus olmuşdur. Emil Əkbərov isə həm “xxxx” MMC-nin, həm də yeni yaradılan “xxxx” MMC-nin təsisçisi və rəhbəridir. İnzibati orqan isə inzibati xəta prtokolu tərtib edərkən qeyd olunan xüsusatları ümumiyyətlə nəzərdən qaçırmış və iş üzrə inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə düzgün araşdırma aparmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xətanı törətmiş şəxsi düzgün müəyyən etməmişdir. Bu hal isə “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibinin olmamasına dəlalət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş X3 “xxxx” MMC-də işə götürülməmiş, onunla heç bir müqavilə bağlanmamış və barəsində işə götürməklə bağlı əmr verilməmişdir. Müraciətinə əsasən işlə tanışlıq məqsədilə təcrübəçi kimi ona 15 gün vaxt verilmiş, lakin özünü doğrultmadığı üçün müdiriyyət tərəfindən işə qəbul olunmamışdır; X1 Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsində yazdığı izahatdan görünür ki, o, xx.xx.2020-ci ildə “xxxx” MMC-nin layihəsi olan Big.az və sonxəbər.az saytında videoqraf vəzifəsinə təyin olunmuşdur. 15 iş günü sınaq müddəti keçdikdən sonra işə başlamışdır. xx.xx.2020-ci ildə redaktor Fəridə Ağazadə ilə telefonda işlədiyi video bağlı mübahisə yaranmışdır. Mübahisə ilə bağlı səbrli və təmkinli danışdığı halda, üzərinə səsini yüksəldərək, qışqıraraq danışmağa davam etmiş və o, sərt cavab verərək danışığı davam etdirərək danışığı sonlandırmışdır. xx.xx.2020-ci ildə işə gəldikdə onu yenidən studio otağına dəvət edərək mübahisəni davam etdirmişdir. Ona 2 gün vaxt verərək işini bitirməyini demişdir; X6 kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışlardan görünür ki, “xxxx” MMC xx.xx.2019-cu il və “Big Media” MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, təsisçisi X7r. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, “xxxx” MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “xxxx” MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, “xxxx” MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda vətəndaş X1 “xxxx” MMC-də işə götürülmədiyi, onunla heç bir müqavilə bağlanmadığı və barəsində işə götürməklə bağlı əmr verilmədiyini, həmçinin X1 təcrübəçi kimi müəyyən işlərin görülməsinə cəlb edilməsi bildirilmişdir. Yəni, “xxxx” MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi “xxxx” MMC tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “xxxx” MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili X2 izahatında inzibati xətanın xx xxxxxxx 2020-ci il tarixdə törədilməsinə istinad edərək İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin artıq başa çatması barədə dəlillərinə dair bildirir ki, inzibati məsuıliyyətə cəlb olunma ilə bağlı İXM-də nəzərdə tutulmuş müddət hazırda başa çatmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “xxxx” MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “xxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “xxxx” MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar