Məhkəmə qərarları › İş №3(005)-1240/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1240/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1240/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin direktoru X2 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Mərkəzi Bankın 26-01168-2020 saylı xx.xx.2020-ci il tarixli sorğusu ilə tələb edilən sənədlər və məlumatlar Şəxs ASC-dən tələb olunmuş, lakin məlumatlar hüquqi şəxs tərəfindən təqdim edilməmişdir. Bununla da Şəxs ASC barəsində İXM-in 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-698/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə Şəxs ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-698/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin direktoru X3 çıxış edərək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola etiraz etdiyini, belə ki, karantin rejimi ərzində məhkəmə tərəfindən işə onların iştirakı olmadan baxılmış və yekun qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, Şəxs ASC artıq həmin ünvanda yerləşmir və icarə müqaviləsi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verilmişdir. Mərkəzi Bank tərəfindən sorğunu qəbul etmiş Musayev soyadlı şəxs isə onların işçisi deyil. Bu da o deməkdir ki, sorğu onlar tərəfindən qəbul edilməmişdir. Son olaraq Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görəvəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. -Mərkəzi Bankının baş direktoru Rəşad Orucovun 26-01168-2020 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X4 müraciəti əsasında qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumati zəruri sənədləri yəni 2018-ci il yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər və həmin ilin sonuna müəssisənin mühasibat balansını, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatını, habelə son beş il ərzində səhmdarlara divident hesablanıb-hesablanmamsı,hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumatları əlavə edilməklə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. -Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən SS 635526513AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs” ASC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixdə Musayev soyadlı şəxs tərəfindən qəbul edilmişdir. - Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə göndərilmiş 26-03048-2020 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 26-01168-2020 saylı xx.xx.2020-ci il tarixli sorğusu ilə tələb edilən sənədlər və məlumatlar Şəxs ASC tərəfindən təqdim edilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsiilə Şəxs ASC barəsində 2020-ci il 28 fevral tarixindən saat 11:00-da Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən Azərbaycan Respublikası Mərkəzi Bankında inzibati xəta haqqında protokol tərtib olunacaqdır. Müvafiq sübutları təqdim etmək, sübutların olmadığı təqdirdə tərtib olunacaq inzibati xəta haqqında protokol ilə tanış olmaq və protokolun surətini almaq üçün səlahiyyətli nümayəndənin gəlməsinin tələb olunması barədə məlumat vermişlər. - X5 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki Şəxs ASC-nin hüquqi ünvanı ünvan 2 məhəllə olmaqla, xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdı İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla ASC-nin inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Digər tərəfdən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mərkəzi Bankın 26-01168-2020 saylı xx.xx.2020-ci il tarixli sorğusu ilə tələb edilən sənədlər və məlumatlar Şəxs ASC-dən tələb olunmuş, lakin məlumatlar hüquqi şəxs tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub “ASC-nin rəsmi qeydiyyat ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixdə “Musayev” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul qəbul olunmuşdur. Göründüyü kimi ASC tərəfindən qeyd olunan inzibati xəta xx xxxxxx 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın xx xxxxxx 2020-ci il tarixdə törədildiyini və həmin vaxtdan 3 ay müddətin keçdiyini nəzərə alaraq Şəxs ASC xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasənbu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi xx.xx.2020-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar