Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1241/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında, xx.xx.2020-ci il tarixində saat 11:20-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(005)-981/2020 nömrəli Qərarı ilə Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli 3(103)-962/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(005)-981/2020 nömrəli Qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 izahatında göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “X10” obyektinin mülkiyyətçisi başqa şəxs olmuş və sonuncu obyekti işlətmək üçün icarə əsasında müxtəlif şəxslərə vermişdir. Göstərilən obyektin Şəxs aidiyyəti yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışından görünür ki, Şəxs ********** VÖEN ilə vergi uçotu orqanında qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında, xx.xx.2020-ci il tarixində saat 11:20-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir; “X10” obyektinin fotoşəkillərindən görünür ki, obyektdə açıq məkanda reklam yerləşdirilmişdir; P**********001 nömrəli xx xxxxxx 2019-cu il tarixli “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”ndan görünür ki, reklam yayıcısı X1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında ölçüsü 1mx 6,45 m. olan digər fasad reklamlarının yerləşdirilməsinə icazə verilmişdir; M********** nömrəli xx xxxx 2019-cu il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi”ndən görünür ki, reklam yayıcısı X4 ilə Bakı Reklam İdarəsi arasında bağlanmış müqavilənin predmetinə əsasən reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş xx.xx.2019-cu il tarixli İ**********001 nömrəli icazə əsasında müqavilədə nəzərdə tutulmuş şərtlərlə reklam yayımını həyata keçirir, icazə verən qurum isə buna bağlı müvafiq tənzimləməni və nəzarəti həyata keçirir. Məhkəmə iclasında müəyyən edildi ki, “X10” adlı obyekti X5 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vəzifəli şəxs kimi müvəqqəti işlətmişdir. Həmin dövrdə (2018-2019-cu illərdə) X5 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanda yerləşən göstərilən obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam idarəsi ilə müqavilələr bağlamışdır. Bundan sonra isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 ərizə ilə müraciət edərək, xx xxx 2019-cu il tarixdən vergi ödəyicisi kimi onun fəaliyyətinin dayandırılmasını xahiş etmiş və iyul ayından isə fəaliyyətinə xitam verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanda yerləşən “X10” adlı obyektin Şəxs tərəfindən icarəyə götürülməsi ilə bağlı hallar araşdırılmamış, ümumiyyətlə həmin obyektin göstərilən şəxs tərəfindən işlədilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs tərəfindən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi və bununla da İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd edilsə də, iş materiallarında “X10” adlı obyektin Şəxs məxsus olmasını təsdiq edən hər hansı sənəd müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, “X10” adlı obyektdə müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Şəxs məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirən “X10” adlı obyektin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus olmasını təsdiq edən sənəd mövcud deyil, bu səbəbdən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs tərəfindən törədilməsi barədə gəldiyi nəticə əsassızdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması kimi hərəkətlər edilməsi sübut edilmədiyindən onun İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında sözügedən şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Sadalananlara əsasən inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1241/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1241/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver