Məhkəmə qərarları › İş №3(005)-1247/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1247/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1247/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Azərenerji MMC-də iqtisadçı işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 01.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyun 2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanda olarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X4 məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, polis əməkdaşları 01.06.2021-ci il tarixdə, saat 19:30 radələrində xidməti ərazidə olan zaman ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin uca səslə mobil telefonla danışdığını, ünvansız nalayiq ifadələr işlətdiyini və davranışları ilə spirtli içkinin təsiri altında olmasını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib onun özünü təqdim etməsini xahiş etmişlər, lakin sözügedən şəxs polisin qanuni tələbinə məhəl qoymayıb səbəbsiz yerə özünü aqressiv apararaq şəxsiyyəti barədə məlumat verməkdən imtina etmişdir. Bu zaman ətrafdakıların görüb və eşidə biləcəyi şəraitdə polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirmiş, əl-qol hərəkətləri etməklə nümayişkar şəkildə onları kənara itələyib fiziki təzyiq göstərmişdir. Daha sonra şöbədə onun şəxsiyyəti müəyyənləşdirilərək izahatı alınmış və daha sonra tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, baş vermiş hadisədə özünü tam təqsirli bilir. 01 iyun 2021-ci il tarixdə iş yoldaşları ilə ad gününü qeyd etmək məqsədi ilə birlikdə toplaşmışlar. Bundan sonra axşam tərəfi evə gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını və ictimaiyyətdə birgəyaşayış qaydalarına riayət etməsini tələb etmişlər. O, isə onların mülki geyimdə olduqlarından əvvəl polis əməkdaşları olduğuna inana bilməmişdir. Onunla dəfələrlə özünü təqdim etməsini xahiş etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətinə davam etmişdir. Polis əməkdaşları onu avtomobilə əyləşdirdikdə və maşında xidməti vəsiqələrini gördükdə bilmişdir ki, onlar həqiqətən də polis əməkdaşlarıdır. Avtomobildə də olarkən, şöbədə də olarkən dəfələrlə üzr istəmiş, əməlindən səmimi peşmanlıq çəkdiyini bildirmişdir. Ad gününü qeyd etdiyindən bir qədər də spirtli içkinin təsiri altında olduğundan ilk dəfədir ki, belə əmələ yol vermiş, lakin heç bir zaman qaydaları pozmamış, qanunlara daim riayət etmişdir. Polis əməkdaşlarına qarşı əl-qol hərəkəti etməmiş, onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Ailəlidir, himayəsində azyaşlı övladı vardır. Polis əməkdaşlarından bir daha üzr istədiyini, belə qanun pozuntusu törətməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 01.06.2021-ci il tarixdə xidmətdə olarkən ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin uca səslə mobil telefonla danışdığını, ünvansız nalayiq ifadələr işlətdiyini və davranışları ilə spirtli içkinin təsiri altında olmasını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib onun özünü təqdim etməsini xahiş etmişlər, lakin sözügedən şəxs polisin qanuni tələbinə məhəl qoymayıb səbəbsiz yerə özünü aqressiv apararaq şəxsiyyəti barədə məlumat verməkdən imtina etmişdir. Həmin vətəndaş telefonda danışaraq ucadan nalayiq ifadələr işlədirdi. Ona yaxınlaşarkən polis əməkdalarına qarşı nalayiq ifadələr işlətməsə də, hörmətsizlik nümayiş etdirirdi. Spirtli içkinin təsiri altında olmuşdur. Onlara “ Mən polis zad tanımıram” demişdir. Özlərini təqdim etmək istədikdə buna məhəl qoymamışdır. Ona ilk dəfə xidməti vəsiqələrini göstərəndə fikir verməmişdir. Tabesizlik göstərirdi. Ümumi birgəyaşayış qaydalarına riayət etmirdi. Onu maşına əyləşdirdikdən sonra vəsiqəni görüb inanmışdır ki, onlar həqiqətən də polis əməkdaşlarıdır. Elə avtomobildə olarkən, sonra da şöbədə olarkən üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 01.06.2021-ci il tarixdə xidmətdə olarkən ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin uca səslə mobil telefonla danışdığını, ünvansız nalayiq ifadələr işlətdiyini və davranışları ilə spirtli içkinin təsiri altında olmasını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib onun özünü təqdim etməsini xahiş etmişlər, lakin sözügedən şəxs polisin qanuni tələbinə məhəl qoymayıb səbəbsiz yerə özünü aqressiv apararaq şəxsiyyəti barədə məlumat verməkdən imtina etmişdir. Daha sonra əl ilə müqavimət göstərməyə başlamışdır. Onlara qarşı nalayiq ifadələr işlətməsə də, hörmətsizlik göstərirdi. Özlərini təqdim etdikdə mülki geyimdə olduqlarından onların polis əməkdaşı olmasına inana bilməmişdir. Mübahisə o zaman başlamışdır ki, o, avtomobilə əyləşərək onlarla birlikdə şöbəyə getmək istəmirdi. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/7175 nömrəli 01.06.2021-ci il tarixli protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxsin tutulması haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 01.06.2021-ci il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 01.06.2021-ci il tarixdə saat 22:00-dan hesablanmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01 iyun 2021-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar