Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1247/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs və "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs barəsində İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə tərtib edilmiş 16 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs barəsində İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə tərtib edilmiş 16 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" ASC-də xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2020 – xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bununla da "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək qeyd etmişdir ki, yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək 4 müştəri ilə işgüzar münasibətlər yaradılmasından əvvəl MUT qaydaları ilə nəzərədə tutulmuş məlumatlar Bank tərəfindən əldə edilməmişdir. Protokolda qeyd olunan tarıxlərdə həmin şəxslərlə 8 bank əməliyyatı aparılmışdır. Bununla da Bank müxtəlif gəlirlər əldə etmişdir. Qanunvericiliyin tələbləri pozulmuş və həm "xxxx" ASC, həm də vəzifəli şəxsi Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Hazırda vəzifəli şəxs barəsində qanunvericilyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və "xxxx" ASC-nin nümayəndəsi X4 ayrı-ayrılıqda izahat verərək inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirərək qeyd etmişlər ki, protokolda göstərilən müştərilərdən məlumatların əldə edilməməsinin səbəbi həmin məlumatların müxtəlif mənbələrdə olması və ya ümumiyyətlə həmin məlumatların mövcud olmaması səbəbindəndir. Bundan başqa qeyd olunan qanunvericiliyin müddəalarına əməl edilməməsi ilə bağlı "xxxx" ASC heç bir halda məsuliyyət daşımamalıdır. Protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə monitorinqi departamentinin direktoru Orxan Abdullayev tərəfindən "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs ünvanlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində Mərkəzi Bank tərəfindən keçirilmiş yoxlamanın nəticəsində tərtib edilmiş “İnspeksiya haqqında hesabat” əsasında monitorinq iştirakçısı olan "xxxx" ASC-də (Bank) İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1 və 598.1.2-ci maddələrinin tələbinin pozulduğunu göstərən hallar aşkar edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə monitorinqi departamentinin yoxlama haqqında hesabatından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (Bank) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama xx.xx.2020 - xx.xx.2024-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqmda qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: ƏL/TMM Qanunun 4.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. "Müştəri uyğunluğu və yeni texnologiyalarm tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydalarm (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasmda 4 müştəri ilə işgüzar münasibətlərin yaradılmasından əvvəl MUT ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmişdir (MUT Qaydalarının 2.1.1.1-2.1.1.5-ci, 2.1.3-cü və 2.1.4-cü yarımbəndləri üzrə) (İnspeksiya haqqında hesabat, səh 47-48, Əlavə 4.2). MUT Qaydalarının 2.1.1.8-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində birdəfəlik əməliyyatlar zamanı əməliyyatm növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyini barədə məlumatlar əldə etməlidirlər Yoxlama zamanı müəyyən edilmişdir ki, ödəniş terminalları vasitəsilə (autentifikasiya alətlərindən istifadə edilmədən) xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində 3 sayda mədaxil əməliyyatları, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 3 sayda nağd valyuta alışı, habelə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 2 halda Bankın kassası vasitəsilə ücüncü şəxs tərəfindən müştərinin hesabına nağd mədaxil əməliyyatları zamanı yuxanda qeyd edilən tələblərə əməl edilməmiş, vəsaitin mənbəyi barədə məlumatlar əldə olunmamışdır. Bununla da 4 müştəri və 8 sayda əməliyyat üzrə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Bankın fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Nəticədə “Premium Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (4 müştəri və 8 sayda əməliyyat üzrə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 598.1.1 və 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata və maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş hər bir müştəriyə və əməliyyata görə İXM-nin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin İdarə heyətinin üzvü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 10000 (on min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1247/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1247/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver