Məhkəmə qərarları › İş №3(005)-1249/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1249/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1249/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8, Tələbkar – X5 nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Avtandil oğlunun iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Avtandil oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X17 borclu Şəxs Avtandil oğlu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Avtandil oğlu xx.xx.2023-cü il tarixdə, saat 14:10-da ünvan 2 ünvanında icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbinə əməl etməmişdir. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, 1.2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-133/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən «X1 Company» MMC-dən "xxxx" ASC-nin xeyrinə 1,000,000.00 ABŞ dolları əsas, 30,340.18 ABŞ dolları faiz, 444.44 ABŞ dolları cərimə, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2017-ci il tarixədək illik 5%-lə hesablanmış 74,722.33 ABŞ dolları faiz, cəmi 1,105,506.95 ABŞ dolları məbləğində borc pul tutulmalıdır (məlum icra sənədi xx.xx.2019cu il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2196/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən “X3 Company” MMC-dən "xxxx" MMC-nin xeyrinə 126.135 (yüz iyirmi altı min yüz iyirmi beş) manat məbləğində pul tutulmalıdır (məlum icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən “X1 Company” MMC-dən ƏDV daxil olmaqla 450526,86 manat pul və 30 manat dövlət rüsumunun dəyəri "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2088/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən “X1 Company” MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 683,13 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir (məlum icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2369/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən “X1 Company” MMC-dən 3434 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3464 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir^mə/t/m icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-407/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "X4 Company” MMC- dən xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2977410,87 manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 378792,83 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2974216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378386,40 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 226206,70 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 543871,94 manat kredit borcu, 26,68 manat məbləğində dövlət rüsumunun dəyəri tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir (məlum icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-227/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC- dən ƏDV daxil 467021,40 manat borc və ödənilmiş dövlət rüsumunun dəyəri 29,24 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi 05.01,2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-542/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "X1 Company" MC-dən 78329.58 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 936/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMCdən 43000,88 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-958/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “X1 Company” MMC-dən 8500,00 ABŞ dolları məbləğində cərimə tutularaq dövlət nəfinə ödənilməlidir, (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1565/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC-dən 3200 ABŞ dolları məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 5836 nömrəli, 21,06.2022-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC-dən 51.31 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3341/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC- dən 24110.2 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X12 xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1672/2022-026 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "X1 Company" MMC-dən 4838,68 manat məbləğində pul vəsaiti və 116.80 dövlət rüsumu tutularaq tələbkar X18 xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3434/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC- dən 12570 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-274/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "X1 Company" MMC-dən cəmi 21027.6 manat məbləğində pul vəsaiti, mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qisminndə 200 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədi üzrə borclu “X1 Company” MMC-dən xx.xx.2018-ci il tarixli, 323 saylı alqı'-satqı müqaviləsi üzrə 26.105,85 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.015,13 manat, 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022- ci il tarixdə icraata daxil oimuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1913/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 Company” MMC- dən xx.xx.2020-ci il tarixli, HA 048/0620 saylı müqavilə üzrə 95.097 (doxsan beş min doxsan yeddi manat) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 5011,65 (beş min on bir manat, altmış beş qəpik) manat, 396 (üç yüz doxsan altı) manat mediasiya xərci X13 xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022- ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-353/2022-071 nömrəli, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən 281647,30 manat əsas borc və 49934,99 manat ƏDV olmaqla, ümumilikdə 331582,29 manat məbləğində pul vəsaiti "X1 Company" MMC-dən tutularaq X7, ekspertizasının keçirilməsinə xərclənmiş 112 manat məbləğində pul vəsaiti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (məlum icra sənədi xx.xx.2022- ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2493/2022-024 nömrəli, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən “X4Company” MMC-dən 24157,77 manat pul, 200 manat mediasiya xərci, 223 manat dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə ödənilən 750 manat pul tutularaq X2 xeyrinə ödənilməlidir, (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3330/2021-098 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə borclu “X1 Company” MMC-dən 184468,81 manat əsas borc və 11038,60 manat faiz borcu olmaqla, cəmi 195507,41 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar X20 ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2813/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “X1 Company” MMC- dən xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi üzrə 17.095 (on yeddi min manat doxsan beş qəpik) manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq olaraq 200 manat məbləğində pul tutularaq tələbkar X10 ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “X1 Company” MMC- dən 14538,20 manat və 200 (iki yüz) manat məbləğində mediasiya xərci X14 xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “X1 Company” MMC-dən 01 iyul 2020-ci il tarixli HX10/0720 nömrəli xidmət müqaviləsi üzrə 14.016,73 manat məbləğində pul, mediasiya xərci olaraq 200 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul alınıb X15 ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil.olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “X1 Company” MMC- dən alqı-satqı müqaviləsi üzrə 23.297,30 manat və HX 028/0620-saylı, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə 10.530 manat olmaqla, cəmi 33.827,30 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq X9 ödənilməlidir (məlum icra sənədi xx.xx.2022- ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icra~ata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən 272391,41 manat məbləğində əsas borc və 2000 manat cərimə olmaqla ümumilikdə 274391,41 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaiti “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “X1 Company” MMC-dən 14869.47 manat məbləğində əsas borc, 743,47 manat faiz borcu və ödənilmiş 200 manat məbləğində rüsum, ümumilikdə 15812,94 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). 28. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-426/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "X1 Company" MMC-dən 107483.47 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). 29. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir (məlum icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Məlum icra sənədləri icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən "X1 Company"MMCnin adına bank hesabları aşkar edilmiş, borclunun bank hesablarına müxtəlif tarixlərdə inkasso sərəncamı qoyulmuş, lakin bank hesablarında yetərli pul vəsaiti olmadığı üçün icra sənədləri icra olunmadan geri qaytarılmışdır. Elektron İcra” İnformasiya sistömi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman "X1 Company"MMC-nin mülkiyyətində daşınar əmlakların olması müəyyən edilmiş, borclunun adına qeydiyyatdan keçən bütün nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq, hissə-hissə əmlakların dəyəri qiymətləndirilir və açıq hərracda satılması üçün müvafiq sifarişlər verilmişdir. Həmçinin 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-133/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə 512760,32 ABŞ dolları və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2196/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə 82103,59 manat məbləğdə ödənilməmiş borc öhdəliyi qalmış və "X1 Company" MMC-nin borclu olduğu digər icra sənədləri üzrə heç bir məbləğdə ödəniş edilməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur etməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X17 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Avtandil oğlu özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. İcra sənədinin icrası ilə bağlı ödənişlər etmişdir. Hazırda zərərçəkmiş şəxslə razılığı var. Artıq ödəniləri də etməyə başlamışdır. İcra sənədinin icrasından qətiyyən boyun qaçırmır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 nümayəndəsi X11 izahatında göstərdi ki, işin sahibi o olmuşdur. VÖEN-i onun adına açmışdır. Aralarında sözlə razılaşma olmuşdur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : “İcra sənədi üzrə ödənilməli vəsaitin tələbkara təqdim olunmasına dair” xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, X16 tələbkar oludğu icra sənədi üzrə 34027,3 manat məbləğində pul vəsaitindən icra məmuru X8 iştirakı ilə tam, yəni 10000 (on min) ona ödənildi. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1200PEX222862835 nömrəli “Debit haqqında Bildiriş”-dən görünür ki, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 47000 AZN ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1200CAZ220310008 nömrəli “Debit haqqında Bildiriş”-dən görünür ki, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 100000 AZN ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli sazişə əsasən 50000.00 AZN ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli sazişə əsasən 50000.00 AZN ödəniş edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Avtandil oğlunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs Avtandil oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, borclu tərəfindən icra sənədləri qismən icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs Avtandil oğlunun hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs Avtandil oğlunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs Avtandil oğlu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Avtandil oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar