Məhkəmə qərarları › İş №3(005)-125/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-125/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-125/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 02 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında tibbi maskadan etməmiş, uca səslə danışıb xrda xuliqanlıq etmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 211.2 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru Mehman Əhmədov tərəfindən 16-cı polis bölməsinin rəhbərliyinə ünvanlanmış 02 yanvar 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Ak H.Əliyev 101 ünvanında postda olan zaman, postun əks istiqamətində bir neçə şəxsin yanında duran iki nəfərin tibbi maskası olsa da, (çənəsinin altında idi) düzgün istifadə etmədiyini görmüş, onlara yaxınlaşaraq özünü təqdim edib bildirmişdir ki, tibbi maskadan düzgün istifadə etmədikləri üçün barələrində inzibati protokol tərtib olunacaq. Onlardan şəxsiyyət vəsiqəsini təstiq edən sənədi istəmiş, bu an vətəndaş Şəxs tibbi maskasını burnunu üstünə çəkərək bildirdi ki, “mən tibbi maskamı düzgün taxmışam”. Bu zaman onu çəkdiyi videonu göstərdikdə bildirdi ki, “qıraqdan durub çəkənsiz” və yerində protokol tərtib etməyə maneçilik törədib iş rejimini pozaraq uca səslə danışıb kənar şəxsləri özünə cəlb etmişdir. O öz növbəsində, bölmə ilə əlaqə saxlamış, kömək istəmişdir ki, bu iki şəxs polis bölməsinə aparılsın. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 yanvar 2021-ci ildə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)- 125/2021 saylı qərarından görünür ki, Şəxs azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 211.2 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməsi və barəsində 75 (yetmiş beş) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-748/2021 saylı qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 yanvar 2021-ci il tarixli, 3(005)-125/2021 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs tərəfindən üzrsüz səbəbdən icra sənədinin icrası tam təmin olunmamış, bununla da Azərbaycan Respublikası İXM-in 211.2 və 510-cu maddələrində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211.2 və 510-cu maddələri ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs barəsində İXM-nin 211.2 və 510-cu maddələri ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar