Məhkəmə qərarları › İş №3(005)-126/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-126/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-126/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı R.Ağəliyevin rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə sərnişin X2 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Sürücü Şəxs aid olan AC 148532 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsini Nərimanov RPİ DYPŞ-nə təqdim etməmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK 1 N 750 nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:40-da BDYPİ-nin növbətçi hissəsindən məlumat daxil olub ki, Ə.Rəcəbli küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan olmuşdur. Göstərilənləri nəzərə alaraq raportun HK-1-də qeydiyyata alınmasına göstəriş verilməsi xahiş olunmuşdur. HK 2 8775 nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:30-da 3 saylı Sabunçu xəstəxanasından tibb bacısı Novruzova məlumat verib ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1993-cü il təvəllüdlü X2 xəsarət almışdır. Məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2020-ci il tarixli, 2/19131 nömrəli Aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur - ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:15 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “MERSEDES BENZ- minik” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 90 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə H.Əliyev prospekti istiqamətindən metronun 20 yanvar stansiyası istiqamətinə, 3 zolaqdan ibarət avtomobil yolunun hərəkət istiqamətləri ayıran beton sədd tərəfdən 1-ci, sağ tərəfdən isə 3-cü zolağı ilə hərəkət edirmiş. Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətini düzünə davam etdirdiyi zaman ondan arxadan gələn markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilin sürücüsünün fara işıqlarını yandırıb yol istədiyini görüb hərəkətdə olduğu zolaqdan sağ zolağa keçəndə idarə etdiyi avtomobilin sağ yan tərəfi ondan qarşıda, eyni istiqamətdə sağ zolaqda hərəkətdə olan “OPEL STRA- minik” markalı, DD 950 HH Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön qanadına sürtündüyünə görə idarə etməni itirmişdir. Nəticədə idarə etdiyi avtomobil yolun sağ tərəf beton və dəmir məhəccərinə dəyib aşmış, sonrada özü düzəlmişdir. Dərhal avtomobilindən bayıra çıxıb avtomobilində sərnişin olan tanımadığı şəxslərə köməklik edib onları avtomobildən bayıra çıxarmışdır. Həmin şəxslərdən ikisi taksi ilə getmiş, digəri isə yoldan keçən bir avtomobilə əyləşib xəstəxanaya getmişdir. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmanı davam etdirmişlər. R.M.Məhərrəmov verilmiş sualı cavablandırarkən idarə etdiyi avtomobil ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu, hadisə zamanı avtomobilində sərnişin olan şəxslərin Z.Bünyadov prospektində, metronun Koroğlu stansiyası yaxınlığında avtomobilinə əyləşdiklərini və onları metronun 20 yanvar stansiyası yaxınlığına apardığını və həmin şəxsləri tanımadığını qeyd etmişdir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:15 radələrində özünə məxsus, texniki cəhətdən saz olan “OPEL STRAminik” markalı, DD 950 HH Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 60 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə H.Əliyev prospekti istiqamətindən metronun 20 yanvar stansiyası istiqamətinə hərəkət edirmiş. Z.Bünyadov prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa edilmiş körpünü keçib Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində inşa edilmiş körpüyə çatmasına az qalmış ondan arxadan gələn, “MERSEDES BENZ-minik” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona məlum olmayan səbəbdən yüksək sürətlə gələrək avtomobilinin sol tərəf ön qanad hissəsinə çırpılmış, daha sonra avtomobil yolunun sağ və sol kənarlarında bərkidilmiş dayaqlara çırpılıb yolun işlək hissəsinə aşmışdır. Hadisədən sonra avtomobilini dayandırıb qarşı avtomobilə yaxınlaşmışdır. Ancaq həmin avtomobildə neçə nəfər olduğunu bilməmişdir. Digər sürücülərlə aşan avtomobili düzəldib sərnişinləri bayıra çıxarmışlar. Ancaq kimlərin hansı dərəcəli bədən xəsarətləri aldıqlarını bilməmişdir. Hadisədən qısa müddət keçmiş qarşı avtomobildə sərnişin olan şəxslər yoldan keçən avtomobillərə əyləşib oradan getmişlər. Hadisə yerində o və qarşı avtomobilin sürücüsü qalmışdır. Toqquşmadan qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 219-M saylı rəyindən (canlı şəxsin ekspertizası görünür ki, X1 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, təpə nahiyəsinin kəsilmiş - soyulmuş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərə vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar