Məhkəmə qərarları › İş №3(005)-1263/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1263/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1263/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs X2, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 04 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi RPl-nin 43-cü Polis Bölməsinin ******* nömrəli, 18.04.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2317/2020 nömrəli, 05.11.2020-ci il tarixli icra sənədinə borclu Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinərək 37,50 manat məbləğində cərimə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2117/2020 nömrəli, 03.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 19580 AZN tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədləri ümumi icraatda 04.06.2021-ci il tarixli qərarla birləşdirilmişdir İnzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs hazırda 19717.50 manat borcu yaranmasına baxmayaraq ödəməkdən imtina edir. Hesab edirlər ki, gələcəkdə də ödəməkdən yayınma ehtimalları yüksəkdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Barəsində olan icra sənədlərindən, ümumiyyətlə məhkəmə qərarlarından xəbərdar deyil. Barəsində olan icra sənədlərindən və bildirişlərdən yalnız icra şöbəsində olarkən 04.06.2021-ci il tarixdə məlumat verilib. Həmin tarixdən əvvəl ona bu barədə hər hansı bir məlumat verilməyib, rəsmi qaydada bildiriş çatdırılmayıb. Ümumiyyətlə barəsində qəbul edilmiş qərarlardan xəbəri olmamışdır. Tərəf olduğu mülki işə məhkəmədə baxılarkən ona məlumat verilməmişdir. Hazırda həmin qətnamədən apelyasiya şikayəti vermək istəyir. Ona görə də o həmin icra sənədlərini icra etməkdən yayınmamışdır. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək borcun ödənilməsini tələb etdiyini Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi RPl-nin 43-cü Polis Bölməsinin ******* nömrəli, 18.04.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. 10.06.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, qeyd olunan bildiriş borclu Şəxs tərəfindən rəsmi qaydada 04.06.2021-ci il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2317/2020 nömrəli, 05.11.2020-ci il tarixli icra sənədinə borclu Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 517- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 37,50 manat məbləğində cərimə edilmişdir. 24.11.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, qeyd olunan bildiriş borclu Şəxs tərəfindən rəsmi qaydada 04.06.2021-ci il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2117/2020 nömrəli, 03.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs, cəmi 19580 AZN tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. 21.12.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, qeyd olunan bildiriş borclu Şəxs tərəfindən rəsmi qaydada 04.06.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərarları Bakı şəhəri Binəqədi RPİ 43-cü Polis Bölməsinin ******* saylı, 18.04.2020-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2317/2020 saylı, 05.11.2020-cİ il tarixli və 2(005)-2117/2020-014 saylı, 03.11.2020-cİ il tarixli icra vərəqələrinin icrası ilə əlaqədardır. Həmin icra sənədləri üzrə icra məmuru tərəfindən icraata başlanılması barədə qərar qəbul edimiş, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədləri barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya bildirişlər göndərilmişdir. Beləliklə, borclu üçün həmin icra sənədlərinin icrasına dair könüllü icra müddəti müəyyən edilmişdir. Həmin müddətin başlanğıcı borclunun bu barədə rəsmi məlumatlandırıldığı gündən hesablanır. Adından da göründüyü kimi, könüllü icra müddəti ərzində borclu icra sənədini icra etməkdə könüllüdür. Ona görə də həmin könüllü icra müddətinin sonuna qədər gözlənilib, borclunun bu müddət ərzində icra sənədini könüllü icra etmək hüququ təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sənədlərdən bildirişin çatdırılması, icra sənədləri barədə borclunun məlumatlandırılması yalnız 04.06.2021-ci il tarixdə qeyd edilən bildirişlərə imza etdirməklə baş tutmuşdur, ona görə də könüllü icra müddəti 14.06.2021-ci il tarixdə bitəcək. Çünki həmin tarixdən əvvəlki hər hansı bir vaxtda bildirişlərin çatdırılması və icra sənədi barədə məlumatlandırma barədə sübut mövcud deyildir. Belə olduğu təqdirdə könüllü icra müddəti barədə məlumatlandırıldığı vaxtdan həmin könüllü icra müddəti üçün müəyyən edilmiş vaxt keçmədən, şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinə bilməz, məlumatı olmayan sənədin icrasında şəxs təqsirli sayıla bilməz, bu cür vəziyyətdə şəxsin əməlindən inzibati xəta tərkibi mövcud olmur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar