Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1269/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01032/23 nömrəli, 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/004603 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 10 avqust 2022-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli **********4633 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 810 (səkkiz yüz on) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar "xxxx" MMC-nin ünvanına Bakı Bas Gömrük İdarəsinə dəvət olunma barədə 1400-013/0xx-xx/001929 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuşdur. "xxxx" MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixli, 1400-013/0xxxx/002250 nömrəli məktubla Bakı Bas Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinə dəvət olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı səhəri. Nərimanov rayonu, X3, ev 123A, mənzil 54 ünvanında qeydiyyatda olan "xxxx" MMC MMC 007/21 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən K046/22 nömrəli, xx.xx.2022-ci il tarixli invovs üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, **********4633 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1144 (min vüz qırx dörd) ABŞ dolları dəyərində “elektroliz qurğuları ücün qrafit katod kütləsi” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 810 (səkkiz vüz on) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma ilə əlaqədar "xxxx" MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 10 aqvsut 2023-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli **********4633 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 810(səkkiz vüz on) AB$ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülüb-köçürülmədiyini müəyyən edərək bu barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə xx.xx.2023cü il tarixdə 34/013/009089 nömrəli raportla sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Gömrük Əməliyyatları İdarəsindən Təhqiqat şöbəsinə daxil olmuş 34/012/010819 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 17.04,2023-cü il tarixinə alınmış məlumata əsasən Gömrük Əməliyyatları İdarəsinin 34/012/004603 nömrəli xx.xx.2023-cü il tarixli raportunda göstərilən "xxxx" MMC (VÖEN:**********) tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 mav 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli, **********4633 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 810(səkkiz yüz on) ABŞ dolları qalıq məbləğinin müəyyən olunduğu aevd edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********4633 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 810 (səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bununla da "xxxx" MMC-nin barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01032/23 nömrəli, 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********4633 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 810 (səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Gömrük Əməliyyatları İdarəsinin rəis müavini Kamran Mədətov tərəfindən Bakı Baş Gömrük İdarəsinin birinci müavini Faiq Seyidova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "xxxx" MMC-yə (VÖEN **********) bu barədə Xəbərdarlıq (1400-012/0xx-xx/006504; xx.xx.2022) və Bildiriş (1400-012/0xx-xx/008653; xx.xx.2022) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən 01,12.2022-ci il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 810 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şöbəyə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin "xxxx" MMCyə ünvanladığı xx.xx.2022-ci il Konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində Vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair bildirişdən görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci İs tarixli Qərarına görə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin 24.06.İ997-ci il tarixli, 609 nömrəli fərmanı iiə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qadaları”nm 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respubiikasmdakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bildiririk ki, qoşma sənəddə göstərilən bəyannamələr (əlavə olunur) üzrə ixrac eydiyiniz malların müqabilində vəsaitlərin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir. Əlavə olaraq hüquqi və fiziki şəxslər ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunacaqları və mövcud normativ-hüquqi aktlarda nəzərdə tutulan və tətbiq olunacaq hüquqi hərəkətləri barədə xəbərdarlıq edilmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda rəsmiləşdirməklə xx.xx.2022-ci il tarixli **********4633 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 810 (səkkiz yüz on) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Göründüyü kimi, "xxxx" MMC ixrac etdiyi məhsulun dəyəri olan 810 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görəinzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 810 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 243 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1269/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1269/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver