Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-127/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı R.Ağəliyevin 1045 nömrəli rədd materialına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin V bəndinin tələbini pozmuş, nəticədə sərnişin X.Mədətova “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK 1 N 706 nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:50-də, Tarvmatologiya İnstitutundan tibb bacısı Abdullayevə məlumat verərək bildirmişdir ki, 5 saylı xəstəxananın yanında avtobus dayanacağında 1961-ci il təvəllüdlü X1 ayağının üzərindən 202 saylı avtobusun keçməsi nəticəsində sağ ayaq pəncəsinin əziyi xəsarəti almışdır. Məlumatın HK 1-də qeydiyyata alınmasına və araşdırma aparılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Aparılan araşdırma zamanı X7 izahat verərək bildirmişdir ki, 6 ildir “xxxx” MMC-də sürücü işləyir. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 12:30 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “KARSAN” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 202 saylı marşrut xətti üzrə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Atatürk prospekti istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətinə idarə edirmiş. F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsinin kəsişməsində inşa edilmiş körpünün alt hissəsindən keçəndən sonra yolun sağ tərəfində yerləşən avtobus dayanacağında avtobusu dayandırıb qapıları açmışdır. Təxminən 20-25 saniyədən sonra qapıları bağlamış, lakin arxa qapı bağlanmamışdır. Buna baxmayaraq avtobusu hərəkətə gətirib dayandığı yerdən təxminən 1 metr qarşıya hərəkət etdikdən sonra qapı tərəfdən gələn səs-küyü eşidib sağ yan güzgüdən arxaya baxanda görmüşdür ki, avtobusun salonundan yerə enən orta yaşlı bir qadın arxa qapıdan yerə yıxılıb və avtobusun arxa təkəri onun ayağının üzərindən keçdi. Dərhal avtobusu dayandırıb qadına yaxınlaşaraq onu dayanacaqda olan oturacaqda əyləşdirmişdir. Daha sonra sərnişinləri avtobusdan düşürüb qadını xəstəxanaya aparmaq istəmişdir. Lakin qadın onunla xəstəxanaya getməkdən imtina edib oğluna və həyat yoldaşına zəng edib onları hadisə yerinə çağırmışdır. Təxminən 40 dəqiqə keçəndən sonra qadının oğlu hadisə yerinə gəlib anasını taksi ilə X4 və Ortopediya İnstitutuna aparmışdır. O da avtobusla onların arxasınca həmin xəstəxanaya getmişdir. Orada həkimlər qadının ayağını müayinə edib tibbi yardım göstərib evinə göndərmişlər. Oğlu da anasını evlərinə aparmışdır. Araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 5 saylı şəhər klinik xəstəxanasına getmək üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsindən 202 saylı marşrut xətti üzrə hərəkət edən, markasına və dövlət qeydiyyat nişanına baxmadığı sərnişin avtobusuna əyləşmişdir. Əyləşdiyi avtobusun sürücüsü F.X.Xoyski küçəsində, 5 saylı şəhər klinik xəstəxanasının yaxınlığında yerləşən dayanacaqda avtobusu dayandırıb qapıları açmışdır. O avtobusun orta qapısından yerə endiyi zaman sürücü qapını bağlamadan qarşıya hərəkət etməsi nəticəsində yerə yıxılmış və avtobusun sağ tərəf arxa təkərinin biri sağ ayağının topuq və pəncə hissəsini sıxıb keçmişdir. Hadisədən sonra orada olan tanımadığı şəxslər onu kənara keçirib ayağının üzərinə su tökmüşlər. Ancaq ağrıları şiddətli olduğu üçün oğlu Samirə zəng edib hadisə yerinə dəvət etmişdir. Qısa zamanda Samir hadisə yerinə gəlib onu X4 və Ortopediya İnstitutuna aparmışdır. Avtobusun sürücüsü də İnstituta getmişdir. Orada həkimlər ayağını müayinə edib tibbi yardım göstərib evə göndərmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X8 xx xxxxxx 2020-ci il tarixli, 822 saylı rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər:-sağ baldırın qançırı, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq baldır oynağının və sağ ayaq pəncəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsihematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxx 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə X5 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbirinin görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 342.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 342.8-ci maddəsinə əsasən bu Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4 - 342.1.6, 342.1.8, 342.2.1 - 342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 342.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-127/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-127/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver