Məhkəmə qərarları › İş №3(005)-1271/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1271/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1271/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş 14 aprel 2023-cü il tarixli, 00100- 00956/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi üzrə tərtib olunmuş 14 aprel 2023-cü il tarixli, 00100-00956/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs (VÖEN **********) **********7965 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə yaranmış 2442.60 manat məbləğində gömrük borcu ödənməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirmişdir ki, protokolun tərtib edilməsini Bakı şəhəri BBGİ-i onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin ünvanına 24BG196/24ZB471 nömrəli nəqliyyat vasitəsilə, AZERBAJJAN- 202301 10 nömrəli 10.01,2023-cü i! tarixli invoys üzrə idxal olunmuş XİF MN-ə görə tarixli invovsun 2,3,7 mal mövqeyində olan sənədi ilə daxil olmuş lift və lift ehtiyyat hissələri yükü **********7965 sordu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında siınfləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/0xx-xx/002037 saylı, xx.xx.2023-cü il tarixli məktubun nəticəsinə əsasən AZERBA1JAN-20230110 nömrəli xx.xx.2023-cü ıl tarixli invoysun 2,3,7ci mal mövqeyi üzrə idxal olunmuş yük XİF MN-ə görə fərqli sinifləşdirildiyi, yəni 15 % gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur və gömrük bəyannaməsi ilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal gömrük rüsumu üzrə 2040 azn, ƏDV üzrə 367,2 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 az təşkil edir. Həmçinin "S-ENNA” MMC barəsində 11 yanvar 2023-cü il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-00066/23-nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirli bilinərək iş üzrə icraata tərəfimizdən xitam verilmişdir. Bununlada adı qeyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. MMC lift və lift ehtiyat hissələrinin gətirilməsi ilə məşğuldur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İNİL-916/2017 saylı, xx.xx.2017-ci il tarixli lisenziyasına əssən Liftlərin quraşdırılması və təmiri fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilmişdir. 14 aprel 2023-cü il tarixli protokolla bağlı isə qeyd edir ki, Bakı şəhəri BBGİ-i tərəfındən nəinki Azərbaycan Qanunvericili ilə yanaşı beynəlxalq qanunvericilik də pozulmuşdur. Şəxs MMC-ti tərəfindən ancaq və lift və lift ehtiyat hissələri gətirilir. Fəaliyyətləri ancaq bundan ibarətdir. Lakin son vaxtlar Bakı şəhəri BBGİ-i tərəfindən gətirdiyimiz mallar həmin malları daşıyan tırla birlikdə qanunsuz olaraq gömrükdə saxlanılmışdır. Razılaşdıqları nəqliyyat şirkəti isə 24-72 saat ərzində sifariş edilmiş mallar sifariş vermiş hüquqi şəxs tərəfindən qəbul edilmədikdə günə 100 dollar və əlavə olaraq sürücü üçün yemək xərci sifariş vermiş təşkilat tərəfindən ödənilir. Bundan əlavə günlük 9 manat yol xərci də ödənilir. Bakı şəhəri BBGİ-i tərəfindən nəqliyyat şirkətinə məxsus-tir qanunsuz olaraq saxlanıldığından nəqliyyat şirkətinə ödənilən əlavə pullar cərimədən çox olduğundan məcbur qalıb Gömrük Komitəsinin dedikləri ilə məcburən razılaşmalı oluruq. Gördüm ki, cərimə maşının cərimə meydançasında qalmasına görə alınan puldan azdı, mən də az ziyan çəkmək üçün məcbur qalıb ərizə verərək həmin məbləği məcburiyyət səbəbindən ödədim. Eyni zamanda Gömrük Komitəsi tərəfindən həmin mallar qərəzli olaraq hansısa bir şirkətə saxlanılması üçün verilmir ki, əlavə xərclər yaransın. 2013-cü ildən 2022-ci dekabr ayına kimi Bakı şəhəri BBGİ-i tərəfindən S-ENNA” MMC tərəfindən gətirilən lift və lift ehtiyat hissələrinə gömrük rüsumu tətbiq edilməmişdir. Daha sonra qanunsuz olaraq guya Gömrük Komitəsi X1 İdarəsinin rəyi ilə bütün dünyada qəbul edilmiş 843131 kodu heç bir səbəb olmadan özbaşına dəyişdirilmişdir. Həmin rəy bu günə kimi bizə təqdim edilməmişdir. Yalnız təhqiqatda izahat verən zaman onun varlığından xəbərdar olmuşam həmin rəyi mənə təqdim etmələrini istəsəm də mənə təqdim edilməmişdir. Təhqiqatda mənə məlum oldu ki, ekspertiza lift ehtiyat hissələrini də qanunsuz olaraq müxtəlif kodlarla kodlaşdırılmaqla rüsumlar toplamaq niyyəti güdmüşlər və hazırda da bu qanunsuzluqları həyat keçirirlər. Lift ehtiyat hissəsi olan konkret adı və təyinatı göstərilmiş “Titrəməyə qarşı yastıq” metalla annaturlaşdırılmış vulkanlaşdırılmış əsassız və qanunsuz olaraq rezindən olan məmulatlar kimi göstərmişdir. Maraqlı sual meydana çıxır ki, ekspertiza mərkəzi necə sübuta yetirdi ki, lift ehtiyat hissəsi metalla annaturlaşdırılmış vulkanlaşdırılmış rezin məmulatıdır? Halbuki həmin ehtiyat hissəni liftdən başqa heç bir yerdə işlətmək olmaz. Bizim tərəfimizdən həmin üst və lift ehtiyat hissələrinin hansı şirkətə satıldığını və hara quraşdırılmasını, həmçinin qoyulduğu yerləri, şirkətlərə satılmış elektron qaimələri hamısını təqdim edə bilərlər. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli, 00100-00956/23 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs (VÖEN **********) **********7965 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə yaranmış 2442.60 manat məbləğində gömrük borcu ödənməmişdir. 1400-012/0xx-xx/003344 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla BBGİ-yə göndərilən X1 İdarəsinin 2200-017/0xx-xx/002037 nömrəli, xx.xx.2023-cü il tarixli cavab alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı müəyyən olmuşdur ki, Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 2040 azn, ƏDV üzrə 367,2 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. Şəxs MMC tərəfindən **********7965 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə yaranmış 2442.60 manat məbləğində gömrük borcu ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 2442.60 manat məbləğində yayınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 2442.60 manat məbləğinin 70 faizi miqdarında, yəni – 1709.82 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar