Məhkəmə qərarları › İş №3(005)-1275/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1275/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1275/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 01.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 oglu Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 01.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 01.02.2022-ci il tarixində saat 07:14 Nəsimi rayonu, Azadlıq prospekti 88 yaşadığı evinin qarşısında səhər uşaqlarını məktəbə apararkən BNA2074247 nömrəli protokol tərtib edilmişdir. 346.1 dayanma qaydalarını pozmağa görə, ailənin və uşaqlarının avtomobilə minmə və ya düşmə olaraq yeganə yer yaşadığı binanın önüdür. 2009-cu ildən bu binada yaşayır və dəfələrlə cərimə ödəmişdir. əgər ona BNA və ya DYP alternativ yer olaraq parklanmağa və ya durmağa 10-15 dəqiqəlik münasib yer göstərsələr qərarla razılaşar. Qanunsuz və səbəsiz yerlə tərtib edilmiş protokol haqqında qərarın ləğv edilməsini və həmin inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi və şikayıt vermiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İşdə olan BNA ******* nömrəli, 01.02.2022-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X3 idarə etdiyi “Mercedes Benz GLE 350” minik dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Azadlıq prospekti ərazisində 01.02.2022-ci il tarixdə saat 07:14-də dayanma və durma qaydalarını pozdugundan AR İXM-nin 346.1 maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir; İXM-in: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - 20 manat məbləğində cərimə edilir; Məhkəmə hesab edir ki, X5 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Belə ki, X3 yazdığı şikayət ərizəsində 01.02.2022-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti ərazisində. saat 07:14-də idarə etdiyi “Mercedes Benz GLE 350” minik dövlət nömrə nişanlı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq dayanma və durma qaydalarını pozduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, X2 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş ******* nömrəli, 01.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 oglunun Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 01.02.2022ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar