Məhkəmə qərarları › İş №3(005)-1277/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1277/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1277/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X9 və onun vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 onun vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 onun vəkili və nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi onunla əsaslandırmışdır ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən MN seriyalı ******* nömrəli qərarla 3000 manat cərimə edilmişdir. Qərarda qeyd edilmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi işə cəlb edilmişdir. X9 MN seriyalı ******* nömrəli qərardan ümumiyyətlə məlumatı olmamışdır. O, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə dəvət edilərkən həmin Qərardan məlumatı olmuş və Qərarı oradan almışdır. Həmin Qərarda ümumiyyətlə tarix yazılmamışdır, buna görə də şikayətdə də qərarın tarixini qeyd edə bilmirik. Bundan başqa X14 tərəfindən hansı ünvanda, hansı əcnəbinin və hansı işin yerinə yetirilməsinə cəlb edilməsi Qərarda qeyd edilməmişdir. X14 tərəfindən heç vaxt əcnəbi işçi işə cəlb edilməmişdir. Səlahiyyətli orqan araşdırma aparmadan və X7 heç bir izahat almadan onun barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsini müəyyən etmiş oldu. Ona görə də X14 da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X14 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, keçən ilə qədər sahibkar olmuşdur, “Micros Terrace” adlı restoran onun qaynı X6 məxsusdur. O, “Micros Terrace” adlı restoranın VÖEN-i kimin adınadır bilmir. X10 X1 sahəsində onun təcrübəsindən kömək istəmiş, X4 Victorianı tanımadığı və onu işə götürmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X9 və onun vəkili və nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, “Micros Terrace” adlı restorana faktiki rəhbərliyi X14 etməmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarını müdafiə etmiş, eyni zamanda etiraz təqdim edərək bildirmişdir ki, X9 vəkili Vəkil Dövlət Miqrasiya Xidmətinə (bundan sonra DMX) qarşı şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək DMX tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, Gürcüstan vətəndaşı Khachirova Victoria (17AB71460) xx.xx.2023-cü il tarixdə DMX-ya ünvanladığı məktubda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanınıda yerləşən “Micros Terrace” adlı qurumda menecer vəzifəsində çalışdığını və müqabilində ona əmək haqqı ödənilmədiyini, bununla bağlı müvafiq tədbirin görülməsini xahiş etmişdir. O, həmçinin işlədiyi dövrdə iş icazəsi alınmadan və əmək müqaviləsi bağlanılmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Əcnəbi qeyd olunan fəaliyyətə Azərbaycan Respublikası vətəndaşı X11 tərəfindən cəlb edildiyini qeyd etmişdir. Müraciətin araşdırılması zamanı Khachirova Victoria DMX-ya dəvət edilmiş və izahatı alınmışdır. Şəxs izahatında iş şərtlərini yuxarıda adı qeyd olunan X11 ilə razılışdırsa da, işlədiyi dövrdə ictimai iaşə obyektinə X9 (VÖEN: **********) rəhbərlik etdiyini bildirmişdir. Onlar tərəfindən məsələyə münasibət bildirilməsi ilə əlaqədar həm X14, həm də X11 əlaqə saxlanılsa da, onlar araşdırmada iştirakından imtina etmişlər. Qeyd olunan xüsusatlar nəzərə alınaraq, Gürcüstan vətəndaşı Khachirova Victoria barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4cü maddəsinə əsasən iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə xx.xx.2023cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş və ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla dörd yüz manat məbləğdə cərimə edilmiş, həmin məbləğ tam həcmdə ödənilmişdir. Eyni zamanda, X14 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin işə cəlb edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmiş və araşdırmaya dəvət edilmişdir. Sonuncu araşdırmada iştirak etməkdən imtina etdiyindən barəsində onun iştirakı olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilmiş və həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında həmin tarixli, 11/QD nömrəli qərardad qəbul edilərək şəxsə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmişdir. İ.Tağıyev işə baxılmasında iştirak etməmiş və barəsində onun iştirakı olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanılması və X9 onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. “Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X14 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə İXMin 578.1-ci maddəsinin tələbləri pozmuşdur. X5 İXM-in 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi”-dən görünür ki, qeydiyyat nömrəsi №********** olan VÖEN X12 məxsusdur. İş materiallarında olan İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında №45262/024-15-5-004 nömrəli bildirişin surətindən görünür ki, borclu X12 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli icra sənədində gösrətilən tələb üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Khachirova Victoria tərəfindən yazılmış izahatdan görünür ki, o X14 tərəfindən işlədildiyini qeyd etmişdir. Azərbaycan Respublikasının 69.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə- vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X12 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 578.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 onun vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 onun vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş İXM-nin 578.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar