Məhkəmə qərarları › İş №3(005)-1282/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1282/2020

11.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1282/2020 11.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməliyyat müvəkkili x8, Müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 mənzil 112 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 10 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək sonuncu həmin tarixdə saat 22:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,998 qram bitki mənşəli tərkibində narkotik tərkibli maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin İstintaq və x5 Bölməsinin baş təhqiqatçısı x9 11 iyul 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməliyyat müvəkkili x14 tərəfindən 11 iyul 2020-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməliyyat müvəkkili x14 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Şəxs üzərində aşkar olunmuş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair 11 iyul 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, narkotik vasitədən istifadə etmir və heç vaxt da istifadə etməmişdir. 10 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmiş və əsassız olaraq şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə baxış zamanı üzərindən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə çıxmamışdır. Buna görə də şəxsi axtarış aparılması barədə protokolu imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Onun barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmasını qanunsuz hesab edir və məhkəmədən barəsində həmin maddə ilə olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində İXMin 206-cı maddəsinin tərkibi yoxdur. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü etiraf etməsə də, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 x1rşı mübarizə idarəsinin əməliyyat müvəkkili Ayaz Hüseynovun idarə rəhbərliyinə ünvanladığı 10 iyul 2020-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Şamil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması bildirilir. Həmin məlumat əsasında “Şamil” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1986-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, ünvan 3 mənzil 112 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs olması bilinmişdir. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və müvafiq əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin rəisi Əbülfət Rzayevin Ə90-007-20 nömrəli, 10 iyul 2020-ci il tarixli əmrindən görünür ki, məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin əməkdaşlarından - qrupun rəhbəri əməliyyat müvəkkili, polis kapitanı x15 və qrupun üzvü əməliyyat müvəkkili, polis kapitanı x6 ibarət əməliyyat qrupu yaradılılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 x1rşı mübarizə idarəsinin əməliyyat müvəkkili Ayaz Hüseynovun idarə rəhbərliyinə ünvanladığı 10 iyul 2020-ci il tarixli raportdan görünür ki, “Şamil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması ilə bağlı Baş İdarəyə daxil olmuş məlumat əsasında onun şəxsiyyəti müəyyən edilərək xx.xx.1986-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, ünvan 3 mənzil 112 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs olması bilinmişdir. Şəxs cinayət əməlinin ifşa olunması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10.07.2020-ci il tarixdə saat 22:30-da o, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış və götürmə keçirilməsi üçün BMCMİ-yə gətirilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs 10 iyul 2020-ci il tarixdə saat 22:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 İdarəsinin İstintaq və x5 bölməsinin baş təhqiqatçısı, polis mayoru x16 əməliyyat müvəkkili polis kapitanı x10 və x11, hal şahidlərinin, müdafiəçi Vəkil və x7 iştirakı ilə protokol tərtib etmişdir. DİN-in Baş x2 idarəsinə daxil olmuş məlumatda Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 11 iyul 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:30 radələrində Şəxs tədbir iştirakçıları tərəfindən ünvan 4 ünvanının yaxınlığında saxlanılmış, saxlanıldığı zaman anket məlumatları soruşulduqda özünə məxsus sürücülük vəsiqəsini təqdim etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Vəkil dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşımaqda şübhəli bilindiyi və bununla bağlı onun üzərinə şəxsi axtarış və baxış keçirilməli olduğu bildirilmişdir. Baxışda iştirak etmək məqsədi ilə iki nəfər hal şahidi x13 və x12 dəvət olunaraq Şəxs təqdim olunmuşdur. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl şübhəli şəxs Şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələblərinə müvafiq olaraq dəvət olunan hal şahidlərinin hüquq vəzifələri izah edilmişdir. Şəxsi axtarış 11.07.2020-ci il tarixdə saat 01:00-da başlanılmışdır. Şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli şalvarının ön sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs həmin bükülünün içində narkotik vasitə olan marixuana olduğunu demişdir. 01 ədəd bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində yaşıl rəngli, ot kütləsi halında, spesifik iyli, narkotik vasitə olan marixuanaya bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Şəxs narkotik vasitə olan marixuananı şəxsi istifadəsi məqsədi ilə 3 gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Şübhəli şəxs Şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 11.07.2020-ci il tarixdə saat 01:30-da başa çatmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2020-ci il tarixli 7/422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər maddə” yazılar və imzalar olan kağız paketdə 1 (bir) siqaret sellofanında təmiz çəkisi - 1,998 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır; 1/3754 nömrəli 11 iyul 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sidikdə test:MOP, TNC, AMP aşkar edilməmişdir; “Maddi sübut hesab edilməsi haqqında” 11 iyul 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd kağız zərfdə olan qalıq 1,978 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təyinatı məsələsi həll olunanadək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; “Cinayət işi başlanmasının rədd edilməsi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və MSY-dan azad edilməsi barədə” 11 iyul 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Şəxs şübhəli şəxs statusuna xitam verilmiş və o, saxlanıldığı DİN-in Baş x2 İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad olunmuşdur. Şəxs hərəkətlərində İXM-in 206-cı maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır; 11 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.07.2020-ci il tarixdə ünvan 2 ünvanında saxlanılmış, üzərinə BMCMİdə baxış zamanı bir büküm narkotik vasitə marixuana aşkar edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. İş materiallarında göründüyü kimi Şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin miqdarı 1,998 qram olmuşdur. İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf etməməsi, üzərindən narkotik vasitə çıxmaması barədə izahatını inandırıcı hesab etmir və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, onun İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 10 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 1,978 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 iyul 2020-ci il tarixdən saat 22:30-dan hesablansın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 1,978 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar