Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1286/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılması üçün məhkəməyə göndərmişdir. Göstərilən qərardan görünür ki, 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 20 ünvanında işləyərkən yıxılaraq xəsarət alması və almış olduğu xəsarətlər səbəbindən 20 saylı Şəhər Poliklinikasının Travmatoloji məntəqəsinə aparılması barədə müraciəti daxil olmuşdur. Araşdırma nəticəsində Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi və barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən həmin şəxslərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, 2013-cü ildən bugünədək Bakı şəhərinin müxtəlif ünvanlarında inşa edilən binalarda və tikilən obyektlərdə suvaqçı usta kimi işləyib dolanışıq əldə edir. Qeyd edir ki, özü təxminən 4-5 il öncə o, vaxtki Vergilər Nazirliyində fiziki şəxs kimi dövlət qeydiyyatından keçib ********** nömrəli VÖEN əldə etmiş, vaxtı vaxtında vergilərini ödəyir. 09 yanvar 2023-cü il tarixdə qardaşı X2 direktoru olduğu "xxxx" MMC ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 20 ünvanında “NGM Group” şirkəti tərəfindən inşa edilmiş 5 və 6 nömrəli hündürmərtəbəli binaların fasadında suvaq və boya işlərinin görülməsi ilə bağlı subpodrat müqaviləsi bağlamışdır. Qardaşı Ramizin direktoru olduğu "xxxx" MMC isə öz növbəsində “NGM Group” şirkətinin podratçısıdır. “NGM Group” şirkəti Nərimanov rayonu, Ə.Əliyev küçəsi 20 ünvanında 5 və ya 6 bina inşa etmiş, binaların hamısı əksəriyyəti yaşayışlıdır, 14-16 mərtəbəlidirlər. Subpodrat müqaviləsinin icra edilməsi ilə bağlı 09 yanvar 2023-cü il tarixdən etibarən öz tanış boyaçı ustaları Şubay, Elnur, Fəzail və Əlini, suvaqçı usta kimi isə köhnədən tanışı Afiqi tikintiyə dəvət etmişdir. Həmin ustaları bir neçə il idi tanıyırdı və hər biri ilə münasibəti var idi, əvvəllər bir yerdə də işləmişlər. Boyaçı ustalar 5 nömrəli binanın fasadına boya vururdular, Afiq isə suvaq vururdu. Binanın çöl fasadında işləməkdən ötrü ustalar asma səbətdən istifadə edirdilər. Xatırladığı qədər, Afiq işə yanvar ayının ortalarında gəlmişdir. Afiq özü ilə Ravul Məmmədov adlı fəhləni işə gətirmiş, işləməsi üçün ondan icazə almışdır. Afiq demişdir ki, Ravul ona sement ilə qumu qarışdırıb mayeni hazırlamaqda köməklik edəcək. Əlavə etmişdir ki, ustalara hər kvadrat metr üçün 3 manat verəcəkdi, Ravula isə pulu Afiq ilə bərabər verirdi, yəni ki, Afiq ilə Ravul pulu öz aralarında bölüşdürməli idilər. İş saat 09-da başlayırdı, saat 18-də bitirdi. Özü isə hər gün sahədə gəzişib görülən işlərə nəzarət edirdi, ehtiyac olan mal-materialları alıb gətirirdi. Əlavə etmişdir ki, hər bir işçi ilə qanuna uyğun qaydada rəsmi əmək müqaviləsi bağlamışdır. 09 yanvar 2023-cü il tarixli subpodrat müqaviləsinə əsasən işlərin yerinə yetirilməsi zamanı işçilərin təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmələrinə nəzarəti özü həyata keçirirdi, həmçinin işçilərə fərdi mühafizə vasitələri ilə təmin etmək onun vəzifəsi idi. X10 ilə birlikdə iş sahəsində təxminən 3-4 gün işləmiş, işlədiyi zaman özünü yaxşı tərəfindən göstərmişdir. Qeyd etmişdir ki, Afıq Salmanov ilə 19 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlamış və Afiqdən Ravulun şəxsiyyət vəsiqəsini istəmişdir ki, sonuncu ilə əmək müqaviləsi bağlasın. Afiq isə ona bildirmişdir ki, Ravul ilə əmək müqaviləsi bağlamağa tələsməsin, Ravulun 2-3 gün işlədikdən sonra işindən razı olduğu halda ona bu barədə deyəcək, yalnız razı olduğu halda əmək müqaviləsi bağlasın. Özü də Ravulun şəxsiyyət vəsiqəsini özündə saxlamış və Afiqə etiraz etməmiş, çünki Ravulu Afiq özü işə gətirmişdir. 22 yanvar 2023-cü il tarixdə günorta saatlarında tikinti sahəsində gəzişib işlərə baxarkən qarşısına Ravul çıxmış, Ravul ona qolunun ağrıdığını, evə gedib 3-4 gün istirahət edəcəyini, sonra isə işə qayıdacağını söyləmişdir. Ondan qolunun niyə ağrıdığını soruşduqda Ravul yıxılıb qolunu əzdiyini söyləmiş, lakin harda yıxılmasını söyləməmişdir. Ravula göznən görünən heç bir xəsarət və ya zədə izi görünmürdü. Ravul çıxıb getdikdən sonra Afiq ilə rastlaşdıqda Ravulun yıxılması ilə bağlı soruşmuş, Afiq isə Ravulun yıxılmasını görmədiyini demişdir. Sonraki günlərdə isə Ravul işə gəlməmişdir. Ravul çıxıb getdikdən sonraki günlərin birində Afiq ona məlumat vermişdir ki, Ravul ona zəng edib və yıxılıb qolunu əzməsi ilə bağlı ondan maddi yardım xahiş edir, işə çıxa bilmir. Özü isə insani borcunu yerinə yetirməkdən ötrü Afiqə demişdir ki, Ravul gəlsə ona 5-10 manat cib xərci verər, belə ki, Ravulun necə və harda yıxılmasını görməmiş, bu ona inandırıcı gəlmirdi. Sonraki müddət ərzində öyrənmişdir ki, Ravul narazılıq edib onlardan X3 və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Sonraki müddət ərzində özü Ravulu müayinə olunması üçün xəstəxanaya apardıqda onda hər hansı bir ciddi problem olmamasını bildirmişlər. Şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, qeyd edilən sahədə işləyən zaman işçilərə fərdi mühafizə vasitələri kimi hündürlükdə iş üçün qoruyucu kəmər, dəbilqə, xüsusi botinka və mövsümi forma verilir. İşçilər işə başlayan zaman özü tərəfindən onlara təhlükəsizlik texnikası və əmək mühafizəsi qaydaları barədə təlimat keçirilmiş, bu barədə jurnal imza edilmişdir. Hazırda həmin jurnal iş yerində olduğu üçün təhlükəsizlik qaydalarının təlimatlandırılması haqqında kitabı, habelə Afiq Salmanov və digər ustalar ilə bağlanmış əmək müqavilələrini, VÖEN sənədinin surətlərini daha sonra təqdim edə bilər. Hazırki izahatına 09 yanvar 2023-cü il tarixli subpodrat müqaviləsini təqdim edir. 09 yanvar 2023-cü il tarixli subpodrat müqaviləsi əsasən işə cəlb etdiyi işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə nəzarəti həyata keçirmək onun vəzifəsidir, yəni ki, cavabdeh şəxs özüdür. Aparılmış araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, heçvaxt ailəli olmamış, subaydır. 2006-cı ildən 2020-ci ilədək Türkiyə Respublikası İstanbul şəhərində işləyib yaşamış, həmin şəhərdə sərnişin avtobusu idarə edib dolanışıq əldə etmişdir. 2020-ci ildə isə “Covid-19” xəstəliyi ilə əlaqədar pandemiya və karantin rejimi tətbiq olunmağa başladıqdan sonra Bakı şəhərinə qayıtmış, həmin vaxtdan bugünədək Bakı şəhərinin müxtəlif ünvanlarında inşa olunan hündürmərtəbəli binaların tikintisində əsasən günəmuzd olaraq fəhlə işləyib dolanışıq əldə edir. 2023-cü ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ABŞ səfirliyinin yanında inşa olunan hündürmərtəbli binanın tikintisində suvaqçı usta yanında fəhlə kimi işləyirdi. Həmin vaxt yanında işlədiyi suvaqçı usta Afiq demişdir ki, tanışları ona Nərimanov rayonu, Ə.Əliyev küçəsi 20 ünvanında tikilməkdə olan 12 mərtəbəli binada suvaqçı işini tapıblar və onunla birgə işləməsini təklif etmişdir. Afiq demişdir ki, öz payından gündəlik 25 manat pul verəcək. Həmin təklif ilə razılaşıb 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında Afiq ilə birlikdə qeyd olunan Nərimanov rayonu, Ə.Əliyev küçəsi 20 ünvanına gəlmişlər. Həmin bina 12 mərtəbəli olmaqla dəmir-beton-hörgü işləri bitmişdi, binanın çöl fasadında suvaq işləri qalmışdı. Tikinti Daxili Qoşunlarının Hospitalı ilə üzbəüzdə yerləşir. Tikintiyə daxil olduqda Afiq ilə birlikdə usta və fəhlələr üçün nəzərdə tutulmuş paltardəyişmə və istirahət otağına keçmişlər, paltarlarını dəyişmişlər. Bundan sonra Afiq tərəfindən təyin edilmiş yerdə qum və sementi su ilə qarışdırırıb Afiqin suvaq işinə başlaması üçün hazırlıq görmüşdür. Palçığı qarışdırdıqdan sonra palçığı qaba doldurub Afiqə verir, Afiqdə asma səbət ilə binanın 12-ci mərtəbəsi səviyyəsinə qalxıb suvaq vurmağa başlamışdır. Afiq qabda olan palçığı suvaq vurub bitirdikdən sonra yenidən asma səbəb ilə yaşayış sahəsinin birinci mərtəbəsinə enirdi, Afiq aşağı endikdən sonra yuxarıda işlədiyi müddət ərzində aşağıda hazır etdiyi palçıqdan qabına təkrarən doldurduqdan sonra işini davam etdirmək üçün yenidən yuxarı qalxırdı, yəni ki, öz işi yalnız binanın qeyri yaşayış mərtəbəsində yerdə qum və sementi su ilə qarışdırıb mayeni hazır etməkdən və istifadə etməsi üçün Afiqə verməkdən ibarət olmuşdur. Təxminən günorta saatlarında nahar vaxtı yanma Məhəmməd adlı şəxs gəldikdə bilmişdir ki, həmin işi onlara təklif edən və onlara cavabdeh olan şəxs həmin Məhəmməddir. Məhəmməd onlara demişdir ki, şəxsiyyət vəsiqələrini ona göndərək ki, onları qeydiyyata alsın, Ertəsi gün, yəni ki, 17 yanvar 2023-cü il tarixdə təkrarən işə gəldikdə şəxsiyyət vəsiqəsinin surətin: Afıqə göndərmiş, Afiq də öz növbəsində şəxsiyyət vəsiqəsinin surətini Məhəmmədə göndərmişdir. Məhəmməd özü daima tikintidə olurdu, ara-sıra gəlib işlədikləri yerə baxış keçirirdi, nəzarəti həyata keçirirdi. 22yanvar 2023-cü il tarixdə həftənin bazar günü səhər saatlarında tikintiyə gəlib paltarlarını dəyişib iş yerimə keçmiş və qum və sementi su ilə qarışdırıb mayeni hazırlamağa başlamışdır. Afiq təxminən yarım saat sonra işə gəlmiş və paltarlarını dəyişib asma səbətə keçmişdir. Qeyd etdiyi şəkildə asma səbətdə olan qaba mayeni doldurduqdan sonra Afiq yuxarı mərtəbəyə qalxıb öz işinə başlamışdır. Təxminən saat 12:30 radələrində mayeni qarışdırdıqdan sonra şlanqdan gələn suyu bağlamaqdan ötrü binanın arxa hissəsində olan kranı bağlayıb yenidən maye olan yerə gəldikdə qəflətən özündə halsızlıq hiss etdiyi və başı fırlandığı üçün yıxıldığını hiss etmiş, özünə gəldikdə görmüşdür ki, qeyri-yaşayış hissəsinin birinci mərtəbəsindən binanın kotlovanma, yəni ki, boşluğuna yıxılmışdır. Özündə güc tapıb sürünə-sürünə kotlovandan birinci mərtəbəyə keçmiş və üst başını təmizləmişdir. Həmin vaxt sol qolunda və sağ qabırğa nahiyəsində ağrıları yaranmışdır. Qeyd etmişdir ki, yıxıldığı yer ilə işlədiyi birinci mərtəbəyə təxminən 2-3 metr hündürlük idi. Elə həmin vaxt Aflqin asma səbət ilə aşağı enməsini görüb ona yıxıldığını söyləmiş və evə getmək istədiyini bildirmişdir. Afiq necə yıxıldığımı soruşduğu üçün ona yıxıldığı yeri də göstərmişdir. Afiqə demişdir ki, gedib evə 2-3 gün istirahət edib, ağrıları keçdikdə yenidən işə gələcək. Afiq buna etiraz etmədiyi üçün paltardəyişmə otağına keçib paltarlarını dəyişmiş və getməyə hazırlaşmışdır. Tikintidən çıxarkən Məhəmməd qarşılarına gəldikdə ona da yıxıldığını bildirib, yıxıldığı yeri göstərmiş və 2-3 gün istirahət etdikdən sonra işə qayıdacağını söyləmişdir. 23 yanvar 2023-cü il tarixdə isə səhər saatlarında ağrılarının çoxaldığını görüb 20 saylı poliklinikanın 3-cü Mikrorayon dairəsi yaxınlığında yerləşən travmatologiya məntəqəsinə yaxınlaşmış, orada rentgen olunub sol qoluna gips qoyulmuş, sağ qabırğa nahiyəsində hiss etdiyi ağrılar ilə əlaqədar dərman yazılmışdır. Müalicə üçün pul vəsaiti lazım olduğundan və xəsarətini iş yerində aldığından qərara gəlmişdir ki, tikintinin rəhbərliyinə, məhz Məhəmmədə bu barədə müraciət etsin. Bununla əlaqədar Afiqə zəng edib xahiş etmişdir ki, Məhəmmədin nömrəsini ona göndərsin. Afiq isə Məhəmmədin nömrəsini ona 3-4 gün sonra göndərmişdir. Məhəmmədin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib xahiş etmişdir ki, xəsarət alması ilə əlaqədar ona kompensasiya ödənilsin. Məhəmməd isə ona heçbir kompensasiya verməcəyəyini, onu narahat etməməsini bildirmişdir. Məhəmmədin bu cür laqeyd münasibətini görüb iş yerində xəsarət alması ilə bağlı ilk öncə X3 mobil telefonla, daha sonra isə ərizə ilə Nərimanov rayon prokurorluğuna müraciət etmişdir. Sonraki müddət ərzində X1 müraciəti ilə bağlı izahat verərkən öyrənmişdir ki, əmək müqaviləsinə 23 yanvar 2023-cü il tarixdə xitam verilmişdir. Təxminən 1 həftə öncə isə tikintiyə gedib orada Məhəmməd və qardaşı kimi bildiyi Ramiz ilə görüşmüşlər, sonuncular ona 500 manat pul vermişlər, bununla yanaşı elə həmin gün Ramiz onu ilk öncə müayinə üçün “Ege” hospitala, daha sonra isə “İstanbul” hospitala aparmış, müayinəsi üçün 450 manat, dərman üçün isə 250 manat ödəmişdir. Xahiş edir ki, bu məsələ ilə bağlı tədbiq görülsün və ona kompensasiya ödənilməsi ilə bağlı köməklik göstərilsin. Ravul Məmmədov verilən suallara cavab olaraq göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 20 ünvanında yerləşən 12 mərtəbəli binada işə başlayan zaman 17 yanvar 2023-cü il tarixdə öz şəxsiyyət vəsiqəsini qeydiyyata düşmək üçün Afiqə, Afiq isə öz növbəsində tikintidə cavabdeh şəxs və onları işə cəlb edən Məhəmmədə göndərmişdir. Özü heç bir sənədə imza etməmiş, tanış olmamışdır. Sonraki müddət ərzində müraciəti ilə bağlı X1 araşdırma aparılarkən öyrənmişdir ki, Məhəmməd onunla əmək müqaviləsi bağlamış, lakin 23 yanvar 2023-cü il tarixdə müqaviləyə xitam vermişdir. Qeyd edilən tikintidə işləyən zaman mühafizə vasitə kimi ona heçnə verilməmişdir. İşdə yalnız özünə məxsus fəhlə paltarlarından istifadə etmiş, nə Afiqə, nədə ki, ona dəbilqə və ya digər fərdi mühafizə vasitələri verilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 20 ünvanında yerləşən 12 mərtəbəli binada işə başlayan zaman heçkəs tərəfindən təlimatlandırılmamış və bu barədə hər hansı bir jurnal imzalamamışdır. İşə nəzarəti Afiqi və onu işə cəlb edən tikintinin məsul işçisi Məhəmməd adlı şəxs həyata keçirirdi. Məhəmməd işlərinə nəzarət edirdi, göstərişləri və tapşırıqları verirdi. Əmək haqqını isə xəsarət aldıqdan sonra Məhəmmədin qardaşı Ramiz ona vermişdir. Hadisə baş verən vaxt yanında heçkəs olmamışdır, yıxıldığını görən olmamışdır. Araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, 20 ildir ki, Bakı şəhərində yerləşən müxtəlif tikintilərdə və obyektlərdə suvaqçı usta kimi işləyib dolanışıq əldə edir. 2023-cü ilin yanvar ayının ortalarında tanışı və müxtəlif tikintilərdə iş icraçısı kimi təmir işlərini həyata keçirən Şəxs əlaqə saxlayaraq ünvan 2 ünvanda yerləşən binanın çöl fasadında suvaq işlərini görməyi təklif etmiş, hər hazır olan kvadrat metr sahə üçün 3 manat verəcəyini demişdir. Həmin vaxt Bakı şəhəri, Nəsimi rayonunda yerləşən hündürmərtəbəli binada suvaq işlərini görürdü və işini demək olar ki, yekunlaşdırmışdı. Buna görə də, Məhəmmədə təklif etdiyi işə razı olduğunu söyləmişdir. İşlədiyi sonuncu tikintidə yanında köməkçim kimi işləyən fəhlə X5 Əhmədovun təklif etdiyi iş barədə məlumat verib və gündəlik ona qazancından 25 manat pul verəcəyini deyib, onunla birgə işləmək istəyib-istəməməsi ilə maraqlandıqda Ravul müsbət cavab vermişdir. Əlavə etmişdir ki, Ravul ilə təxminən 2 ildir ki, tanışdır, Ravul ilə birgə işlədikləri tikintidə tanış olmuş, yanında fəhlə işləmiş, sement və qumu su ilə qarışdırıb palçığı hazır edib ona verməklə məşğul olurdu. Xatırladığı qədər, 18 yanvar 2023-cü il tarixdə səhər saatlarında Ravul ilə birlikdə ünvan 2 ünvanda yerləşən 14 mərtəbəli binanın tikinti sahəsinə gəlmişlər. Bir müddət sonra isə sahəyə Şəxs da gəlmişdir. Məhəmməd Ravul ilə tanış olub onlara görüləcək işlər barədə məlumat verdikdən sonra paltarlarını dəyişib işə başlamışlar. Məhəmmədin deməsindən bilmişdir ki, həmin işi subpodratçı olaraq müqavilə əsasında götürmüşdür. İşə başlamadan öncə Şəxs tərəfindən fərdi mühafizə vasitələri verilmişdir. Belə ki, Ravul ilə hər ikisinə dəbilqə, botinka verilmiş, özünə isə hündürlükdə işləyəcəyi üçün əlavə olaraq qoruyucu kəmər və kəndir verilmişdir. Bundan əlavə Şəxs tapşırığı ilə həm özünün, həmdəki Ravulun şəxsiyyət vəsiqələrinin surətlərini qeydiyyata salınmaq üçün Şəxs mobil nömrəsinə mesaj vasitəsi ilə göndərmişdir. İşləyəcəkləri binada dərmi-beton-hörgü işləri bitmişdi, binanın çöl fasadında suvaq və boya işləri qalmışdı. Bundan sonra öz iş yerlərinə keçib əmək fəaliyyətlərin başlamışlar. Ravul binanın birinci mərtəbəsində təyin edilən yerdə qum və sementi su ilə qarışdırıb palçığı hazır edirdi, palçıq hazır olduqdan sonra həmin palçığı asma səbətə qoyduğu qabın içinə doldururdular, qab doldurulduqdan sonra asma səbəti işəsalan cihaz vasitəsi ilə ən yuxarı mərtəbəyə qaldırıb suvaq işlərini görürdü, yəni ki, işi yalnız bundan ibarət idi. Şəxs özü daima tikinti sahəsində olub ara-sıra onlara baş çəkirdi, görülən işlərə nəzarət edirdi. Həmdə ki, tikintidə Ravul və özü ilə yanaşı boyaçı ustalar işləyirdilər. İş saat 09-da başlayırdı, saat 18-də bitirdi. 22 yanvar 2023-cü il tarixdə səhər saatlarında eyni qayda ilə işə gəlmiş və Ravul ilə birlikdə gündəlik gördükləri işləri görmüşlər. Həmin gün Ravulun səhhətində hər hansı bir problem müşahidə etməmiş, Ravul özünü pis hiss etməsi barədə heç bir söz deməmişdir. Həmin gün saat 12 radələrində yuxarı mərtəbə suvaq vurub aşağı endikdə görmüşdür ki, Ravul palçıq qatdığı yerin yanında dayanıb sol qolunu sağ qolu ilə tutub sanki onu gözləyir. Ravul demişdir ki, binanın kotlovan və zibil atılan hissəsinə yıxılıb zədələnmişdir, evə gedib 3-4 gün istirahət etdikdən sonra işə qayıdacaq. Göznən baxdıqda Ravulda hər hansı bir ciddi zədə izi yox idi. Ravul paltarlarını dəyişdikdən sonra çıxıb getmişdir. Ravul getdikdən biraz sonra isə Şəxs zəng edib Ravulun dedikləri barədə məlumat verdikdə, Məhəmməd müəllim Ravul ilə üzbəüz gəldiyi və məsələ barədə məlumatının olduğunu söyləmişdir. Bir müddət sonra Ravul ona zəng edərək müalicəsi üçün maddi köməklik göstərilməsini xahiş etmiş və bunu Şəxs çatdırmasmı deyib işə çıxa bilməyəcəyi barədə məlumat vermişdir. Bu barədə öz növbəsində Məhəmməd müəllimə məlumat verdikdə, sonuncu insanlıq naminə Ravul gəlsə ona maddi köməklik göstərəcəyini söyləmişdir. Lakin bu danışıqdan az müddət sonra birdə eşitmişlər ki, Ravul X3 və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Özü də Ravulun artıq işə çıxmayacağmı görüb başqa köməkçi kimi fəhlə olaraq tanışı Sahili işə dəvət etmişdir. Hal-hazırda tikintidə işini davam etdirir. Afiq Salmanov verilən suallara cavab olaraq göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 20 ünvanında işə başlayan zaman suvaqçı usta kimi işə cəlb edən subpodratçı Şəxs ilə rəsmi əmək müqaviləsi bağlamışdır. İşə başlayan zaman Ravul Məmmədov ilə hər ikisiniə dəbilqə, botinka verilmiş, özünə isə hündürlükdə işləyəcəyi üçün əlavə olaraq qoruyucu kəmər və kəndir verilmişdir. İşə başlayan zaman onlara subpodratçı Şəxs tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları barədə təlimat keçirilmiş, bununla əlaqədar müvafiq jurnalda imza etmişlər. Həmçinin Şəxs özü gündəlik şifahi olaraq təhlükəsiz şəraitdə işləmələri barədə təlimat keçirmişdir. İşə nəzarəti subpodratçı Şəxs həyata keçirir, gündəlik olaraq ərazidə gəzişib görülən işin keyfiyyətini yoxlayır, tapşırıqlarını və göstərişlərini verir, əmək haqqılarını verir. Yəni ki, sahədə əməyin mühafizəsinə cavabdeh şəxs Şəxsdur. 22 yanvar 2023-cü il tarixdə Ravul Məmmədovun səhhətində hər hansı bir problem müşahidə etməmişdir. Bununla yanaşı Ravul yıxıldığı dediyi halda belə göznən Ravula baxdıqda onda hər hansı bir cızıq, xəsarət, zədə izi görünmürdü. Əlavə etmişdir ki, heç Ravulun yıxılma anını belə görən olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 10/2037 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nm 2.26 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nm 4.11.4, 16.4.6, 16.5 bəndlərinin tələbləri pozulmuşdur. Bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Binanın qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsində hündürlük düşgüsü sərhədindən 2 m-dən az məsafədə yerləşən iş meydançasının kənarı müvəqqəti qoruyucularla çəpərlənmədiyinə, həmin sahədə işləyən X4 hündürlük düşgüsü olan sahənin kənarında olarkən(iş görərkən) qoruyucu kəmərdən istifadə etməsi təmin olunmadığına görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nm 2.26 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.11.4, 16.4.6, 16.5 bəndlərinin tələbləri faktiki olaraq işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 30 mart 2023-cü il tarixli, 290 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, R.Q.Məmmədovun bədən səthində aşkar edilmiş xəsarətlər: sol mil sümüyünün tipik yerinin cüzi yerdəyişmə ilə qapalı sınığı, sağ baldırın yuxarı 1/3-nin yan sağrı nayihəsinin yumşaq toxumalarının geniş həcmli əzilməsi, hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Araşdırma materialına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli 1 nömrəli subpodrat müqaviləsinin 2.2.2-ci bəndinə əsasən təhlükəsizlik qaydalarına riayət etmək, əməyin mühafizəsi, işçilərin xüsusi geyim vasitələri ilə təmin etmək vəzifəsi subpodratçı fiziki şəxs Şəxs (VÖEN- **********) vəzifəsi kimi müəyyən edilmişdir. 19 yanvar 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X4 fiziki şəxs Şəxs tərəfindən 19 yanvar 2023-cü il tarixdə işə qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasında subpodratçı olaraq fasad işlərini həyata keçirən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasında subpodratçı olaraq fasad işlərini həyata keçirən və texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs (AZE: ********; FİN-xxxxxxx) - (xx.xx.1973-cü il tarixdə Ermənistan, Əzizbəyov rayonu, Kaput kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi qaydada subpodratçı kimi fəaliyyət göstərən, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində nömrəsiz evdə yaşayan) - barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilir ki, Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyətə səbəb olur və min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, ekspert rəylərini və digər iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 199.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1286/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1286/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver