Məhkəmə qərarları › İş №3(005)-1289/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1289/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1289/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin təhqiqatçısı X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə xx xxxxx 2020-ci il tarixli, 00100-0496/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkiyə Respublikasından Bakı səhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 64/68 (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 19HG782/19HG957 nömrə nişanlı avtomaşınla, İHR**********006 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə gələn 6580 kq “kreslonun hissələri” yükü xx.xx.2020-ci il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuş və BBGİ-də baxıldıqdan sonra şirkətin anbarına göndərilmiş və anbarda gömrük inspektoruna məlumat verilmədən yüklər özbaşına boşaldılmışdır. Bununla da, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 19HG782/19HG957 nömrə nişanlı avtomaşınla daxil olmuş yük **********3497 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Bildirilir ki, xx.xx.2020-ci il tarixdə qeyd olunan avtomaşın “İpək Yolu” gömrük postunda möhürlənmiş və boşaldılmaq üçün “İpək Yolu” gömrük terminalından çıxıb, müəssisənin ünvan 1ünvanında yerləşən anbarına yollanılıb. Lakin yük sahibi gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malları anbarda özbaşına boşaltmışdır. İş materiallarında olan, Şəxs MMC-nin nümayəndəsi X3 izahatından görünür ki, Şəxs MMC-nin ünvanına 19HG782/19HG957 nömrə nişanlı avtomaşınlaİHR**********006 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə gələn 6580 kq “kreslonun hissələri” yükü xx.xx.2020-ci il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuş və BBGİ-nin ərazisində yükə baxıldıqdan sonra şirkətin anbarına göndərilmiş və anbarda gömrük inspektoruna məlumat verilmədən yüklər boşaldılmışdır. Bildirmək istəyir ki, ilk dəfədir ki, şirkətin gömrük işləri ilə məşğul olduğu üçün yüklər şirkətin anbarına aparıldıqdan sonra gömrük inspektoruna məlumat verilməli olduğundan xəbərsiz olmuşdur. Məlumatsızlıq ucbatından malların özbaşına boşaltdıqlarının nəzərə alınmasını xahiş edirlər, gələcəkdə bu kimi halın təkrarlanmayacağını və öz fəaliyyətlərini gömrük qanunvericiliyinə uyğun təşkil edəcəklərinə dair söz verirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına 19HG782/19HG957 nömrə nişanlı avtomaşınla, İHR**********006 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə gələn 6580 kq “kreslonun hissələri” yükü xx.xx.2020-ci il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuş və BBGİ-də baxıldıqdan sonra şirkətin anbarına göndərilmiş və anbarda gömrük inspektoruna məlumat verilmədən yüklər özbaşına boşaldılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliyin tələbinə əsasən gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malları anbara boşaltdığına görə, MMC-nin hərəkətlərində İXM-nin 491.3-cü maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 491.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar