Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1290/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16cı PŞ-nin polis sahə inspektoru X1, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 26 aprel 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Atatürk prospekti 29 ünvanında vətəndaş X8 narahat etdiyi üçün polis əməkdaşları onu PB-nə gətirən zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, yaşadığı ünvanın qarşısında parkın yanında parfüm mağazası var. Orada işləyən xanımı iki-üç dəfə görmüşdür. O xanımdan sadəcə olaraq xoşu gəlir. Sadəcə həmin mağazanın 20 metr qarşısında taksi sürücüsü ilə söhbət edirmiş. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb vətəndaşı narahat etdiyini ona bəyan ediblər. Polis əməkdaşları onu polis bölməsinə dəvət ediblər. O, həmin xanıma qarşı heç vaxt heç bir artıq hərəkət etməmiş, söyüş söyməmişdir. Sonda Şəxs barəsində başlanmış iş icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X14 polis nəfəri X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Atatürk prospekti 29a ünvanında yerləşən parfümeriya mağazasının sahibi idarəyə zəng edərək bildirmişdir ki, bir şəxs onun xanım işçisinə söz atmışdır. O da bu məlumat əsasında əməkdaşlarla birlikdə əraziyə getmişdir. Onları görən kimi Musa adlı şəxs qışqıraraq heç kimə söz atmadığını bildirmişdir, polisə etiraz edərək uca səslə qışqırmışdır. İzahatının alınması üçün bölməyə gəlməsini xahiş etdikdə o, bundan imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmçinin, 16-cı Polis Bölməsinə gətirildikdən sonra bölmənin iş rejimini pozmuş, MSY-də olan çarpayının bir hissəsinin dəmir parçasını qoparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin polis sahə rəisi X9 digər şahid X2 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Atatürk prospekti 29a ünvanında yerləşən dükanda satıcı işləyir. Təxminən saat 18:50 radələrində dükanın qarşısında bir nəfər onu narahat edib. Həmin şəxsə yaxınlaşıb onu narahat etməməyini bildisə də həmin şəxs onun arxasınca qışqırıb qeyri-etik ifadələr işlətmişdir. Bu hərəkətlərdən narahat olmuşdur. Bir neçə gün davamlı olaraq onu izləmişdir. Bu səbəbdən də məsələ ilə bağlı polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X12 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi Xəyal Şükürovun adına yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində xidmət apardıqları Atatürk prospekti 29 saylı binanın altında yerləşən parfümeriya mağazasında işləyən xanım onlara yaxınlaşaraq qarşıda dayanan şəxsin üç gün ərzində onu narahat etdiyinibildirmişdir. Onlar həmin şəxsə yaxınlaşıb pözlərini təqdim edib xanımı narahat etməsinin səbəbini soruşduqda həmin şəxsuca səslə qışqıraraq polislərə bildirmişdir ki, “Yaxşı edirəm. Sizlik burada bir şey yoxdur”.Dəfələrlə həmin şəxsi intizamlı olmağa dəvət etsələr də onlatrın sözlərinə məhəl qoymayaraq tələblətrinə tabesizlik göstərmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsi öcün göstəriş verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi Xəyal Şükürovun adına yazılmış xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, vətəndaş X6 16-cı polis bölməsə yazmış olduğu ərizəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində, 16-cı polis bölməsinin sahə rəisi polis mayoru Ruslan Əliyev tərəfindən vətəndaş Şəxs izahatı alınması üçün 16-cı polis bölməsinə gətirilmək istədikdə, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün 1-ci ƏÇPA əməkdaşlarının köməkliyi ilə polis bölməsinə gətirilmişdir. Həmin şəxs bölmənin MSY-də olan zaman, Növbətçi Hissənin iş rejimini pozmuş, və MSY-də olan çarpayının bir hissəsinin dəmir parçasını qoparıb sol qol nahiyyəsini doğrayaraq xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq, həmin şəxs barəsində tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Atatürk prospekti 29 ünvanında Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin izahatı və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi X12 26 aprel 2022-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəsi üçün 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-cimaddələrinirəhbərtutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 aprel 2022-ci il tarixdən saat 19:45-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1290/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1290/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver