Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1292/2020 14.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x5, Zərər çəkmiş şəxs- Əliyev x6, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-71/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən mülki İddiaçı x1 mülki İddia tələbi qismən və x2 mülki iddia tələbi tam təmin edilmiş, mülki cavabdeh Şəxs 6950 manat məbləğində pul mülki iddiaçı x1 və 8513 manat məbləğində pul mülki iddiaçı x3 xeyrinə tutulması qət edilmişdir. Şəxs icra vərəqəsində göstərilən tələbi icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə də Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş həmin tarixdə də tərəflərindən icraata başlama haqında qərar qəbul olunaraq icra edilməsi bildirişlə birlikdə borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı aidiyyəti orqanlara sorğular edilmiş, AR Əmək və x7 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov Rayon Məşğulluq Mərkəzinin şöbəyə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktuba əsasən Şəxs Nərimanov rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamış və işsizlikdən siğorta haqqı almamışdır. Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində xx.xx.2019-cu il tarixdən x17 (VÖEN **********) oğlu fiziki şəxsin yanında ofisiant vəzifəsində işləyir. Aylıq əmək haqqısı 300 AZN təşkil edir. Borclu bu günədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu tərəfində məhkəmənin hökmündən apelyasiya və kassasiya qaydasında şikayət verilmiş lakin hökm dəyişdirilmədən saxlanılmışdır. Zərər çəkmiş şəxs Əliyev x10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, borclu tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-71/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 6950 manat məbləğində pul onun xeyrinə ödənilməli idi. Lakin icra sənədinin şöbənin icraatına daxil olduğu tarixdən etibarən icra sənədi üzrə hər-hansı borc ödənilməmişdir. O, qərəzli olaraq icra sənədi üzrə öz öhdəliklərini icra etmir. İcra sənədinin icrasının hissə-hissə deyil tam şəkildə öədnilməsini tələb edir. Son olaraq məhkəmədən barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədi üzrə borclu olduğunu qəbul edir, lakin məhkəmənin hökmündən apelyasiya şikayəti və kassasiya şikayəti vermişdir. Bu səbəblə də həmin müddət ərzində heç bir ödəniş etməmişdir. Hazırda isə icra sənədi üzrə borcunu hissə-hissə ödəyəcəkdir. Son olaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-71/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, mülki İddiaçı x1 mülki İddia tələbi qismən və x2 mülki iddia tələbi tam təmin edilmiş, mülki cavabdeh Şəxs 6950 manat məbləğində pul mülki iddiaçı x1 və 8513 manat məbləğində pul mülki iddiaçı x3 xeyrinə tutulması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir; AR Əmək və x7 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov Rayon Məşğulluq Mərkəzinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Şəxs Nərimanov rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamış və işsizlikdən siğorta haqqı almamışdır. Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində xx.xx.2019-cu il tarixdən x17 (VÖEN **********) oğlu fiziki şəxsin yanında ofisiant vəzifəsində işləyir. Aylıq əmək haqqısı 300 AZN təşkil edir. Doğum haqqında AZ-İİİ 118421 nömrəli şəhadətnamədən görünür ki, Şəxs himayəsində himayəsində xx.xx.2013-cü il təvəllüdlü x4 adında azyaşlı övladı vardır. AZE 18218706 və AZE 12068208 nömrəli şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Şəxs himayəsindəxx.xx.2011-ci il təvəllüdlü Əliyeva Nuryana və xx.xx.2015-ci il təvəllüdlü Əliyev Rihat adlı övladları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Məhkəmə eyni zamanda barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatına da hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Şəxs məhkəmə iclasında çıxış edərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin icra edilməməsinin səbəbini tərəfindən həmin qətnamədən kassasiya şikayətinin verilməsi ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Belə olan təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri onun həm məhkəmədə səsləndirdiyi izahatı, həm icra işinin materialları və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, Şəxs tərəfindən icra vərəqəsində göstərilən tələbin icra etməməsi, bununla da icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə hökmü ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-71/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, himayəsində üç azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1292/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1292/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver