Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1295/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs – X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mənim barəmdə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Qərarda göstərilir ki, ünvan 1 ünvanında diametrləri 10 sm olan bir ədəd nar kolu, bir ədəd liqustr kolu, bir ədəd dəfnə ağacı məhv edilmişdir və bu barədə xx.xx.2022-ci il tarixində MN1201369 saylı protokolun tərtib edildiyi göstərilir. Qərarda göstərilir ki, təbiətə vurulan zərər 850 manat təşkil etmişdir. Onun tərəfindən qərarda göstərilən kolların məhv edilməsi və yaşıllığın məhv edilməsinin göstərilməsi əsassız olduğu üçün bununla bağlı Nərimanov rayon məhkəməsinə şikayət etmişdir. Onun tərəfindən yaşıllığın məhv edilməsi kimi hər-hansı bir hərəkət olmamışdır. Qeyd edilən ünvan hər tərəfdən hasara alınmış halda olan onun yaşadığı ünvandır. Yəni onun öz həyətimdir. Qapalı olan öz həyətində yaşıllıq və ya kolların salınması, onlara qulluq edilməsi, həyətinin istifadəsindən asılı olaraq onların dəyişdirilməsi, həyətin təmizlənərək yenidən hər-hansı formada başqa kol və ya yaşıllıqların salınması ona aiddir və onun tərəfindən həyata keçirilir. Qeyd edilən kol bitkiləri ümumiyyətlə qurumuş vəziyyətdə idi və heç nəyə yaramırdı. Bundan əlavə də onun qapalı həyətində hasarının içərisində qeyd edilən işlərin görülməsinin təbiətə ziyan vurulması kimi qiymətləndirilməsi düzgün deyildir. Onun qapalı həyəti ümumi istifadə üçün deyildir. Öz qapalı həyətində qeyd edilən işlərin görülməsi üçün isə kimdənsə icazə almağına zərurət də yoxdur. Bundan başqa, ən əsası odur ki, o həmin həyətindəki qeyd edilən kolları haqqında inzibati tənbeh etmə qərarı tərtib edildiyi gündən ümumiyyətlə 18 ay da qabaq götürmüşdür. Sadəcə qonşuluqda bina tikintisi aparan MTK ilə digər sakin arasında mübahisə olmuş, qonşu sakin ekologiya idarəsinə şikayət etmişdir, ekologiya idarəsinin əməkdaşları əraziyə baxış keçirmişlər və hətta həmin vaxt onun həyətimdəki qurumuş kolların hansı qaydada köçürülməsi barəsində məsləhət də vermişdirlər. Həmin vaxt da o, həyətindəki kolları köçürdü. Qeyd etdiyi kimi qonşular arasında tez-tez belə mübahisələr olduğuna görə, ekologiya idarəsinin əməkdaşları ərazidə olmuşlar və onun da həyətinə baxış keçirmişlər. O həyətindəki kolların onların izah etdikləri qaydada çıxarıldığını bildirmişdir və idarə əməkdaşları kolların çıxardığı yerlərə baxış keçirmişlər və heç bir iradlarının olmadığını bildirmişdirlər. Həmin hadisədən 1,5 il sonra ona inzibati qərarın tərtib edilməsi tamamilə qanunsuzdur. İXM-nin 38-cı maddəsinin tələbinə görə inzibati xətadan bir il müddət keçmişdirsə inzibati məsuliyyət yaratmır. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da göstərilir ki, şəxsin həyətyanı sahəsindəki yaşılıqlar, ağaclar və kolların kəsilməsi, götürülməsi hər-hansı bir məsuliyyət yaratmır. Şikayət vermiş X2 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 AR İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)- 3003/2022 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə tədqiq edilən sənədlərdən görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisələndirdiyi fakt üzrə şikayəti təmin edilməmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Bununla belə şəxs eyni fakt üzrə yenidən məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd olunmaslı ilə bağlı hallardan biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1295/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1295/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver