Məhkəmə qərarları › İş №3(005)-1299/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1299/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1299/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun savxozu ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Elnar İbrahimlinin xx.xx.2024-cü il tarixli qərarından və 22 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2023-ci tarixdə saat 14:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” mark **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayor Z.Bünyadov prospekti ilə “20 Yanvar” metro stansiyası istiqamətində hərəkət olduğu zaman əyləcdən istifadə etsə də, həmin zaman Z.Bünyadov prospekti Azadlıq prospektinin kəsişməsində Azadlıq prospektinə sola dönən “Chevrolet Cobalt markalı **-AN-*** qeydiyyat nişanlı avtomobilin hərəkət istiaqmətinə çıxaraq həmin avtomobilə çırpılması, nəticədə “Chevrolet Cobalt” markalı **- AN-*** qeydiyə nişanlı avtomobilin sürücüsü X2 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, avtomobildə olan sərniş X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü tarixdə 14:40 radələrində etibarnəmə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 2008 ci il buraxılışlı “Toyota Pirus ” markalı **-CD-*** dövl qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə üzü 20 Yanvar metro stansiyasi istiqamətində 50 km/saat sürətlə hərək etdiyi zaman K.Marks dairəsində Z.Bünayadov küçəsi ilə Azadlıq prospektin kəsişməsində “Chevrolet Cobalt” markalı avtomobil Azadlıq prospektinə sola dönən zaman əyləcdən istifadə etsə də, həmin avtomobilin hərəkət istiqamətinə çıxmış və həmin avtomobilin sag tərəfinə çırpılmışdır. Həmin avtomobildə sərnişin və sürücü baş vermiş hadisə zamanı xəsarət aldıqları üçün TTYS çağırılmış və onlar hər iki xəsətxanaya aparılmışdır. Hadisə baş verən yerə YPX əməkdaşı yaxınlaşmış və daha sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı özü xəsarət almamiş, həmin zaman avtomobildə tək olmuşdur. Hadisə zamanı hər avtomobildə olan sərnişin və sürücü xəsarət almışlar. Qeyd olunan hadisə baş verən zaman onun idarə etdiyi avtomobilin surəti 40-50 km/saat olmuşdur. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünayadov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklü olmaqla quru olmuş, hamar, ya görünüşlü olmuşdur. Hadisə baş verən zaman hava tam aydın, işiqlı, gömüşü ya olmuş, təxminən 50-100 metr qabağı görmək olmuşdur. Hadisə zamanı idarə etdiyi “Toyota Pirus” markalı **- CD-*** qeydiyyat nişanlı avtomaşın texniki cəhətdən SAZ vəziyyətdə olmuşdur. Araşdırma zamanı X14 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 2023-cü il buraxıl “Chevrolet Cobalt ” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metro stansiyası istiqamətində 60 km/saat sürətlə hərəkət etdiyi zaman Z.Bünyadov prospektində K.Marks dairəsində Z.Bünayadov küçəsi ilə Azadlq prospektinin kəsişməsində Z.Bünyadov prospektindən sola Azadlıq prospketinə dönən zaman Z.Bünyadov prospekti ilə üzü “20 Yanvar” metro stansiyası istiqamətində olan “Toyota” markalı avtomobil “yol ver” nişanın tələbini pozaraq onun hərəkət istiqamətinə çıxmış və onun avtomobilinin sağ yan hisəsəsinə çırpılmışdır. Hadisə zamanı onun avtomobilində arxa sağ oturacaqda qohumu Züleyxa adlı xanım oturmuşdur. Baş verən hadisədən sonra zərbənin təsirindən huşunu itirimiş, daha sonra baş verənləri xatirlaya bilr Hadisə zamanı özü və qohumu Züleyxa xəsarət almışdır. Araşdırma zamanı X6 izahatında göstərmiş ki, xx.xx.2023-cü il tarixdə saat 14-:30 radələrində qohumu Şahinin idarə etdiyi “Chevrolet Cobalt ” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metro stansiysası istiqamətində getdikləri zaman Z.Bünyadov pospektində K.Marks dairəsində Z.Bünayadov küçəsi ilə Azadlq prospektinin kəsişməsində Z.Bünyadov prospektində sola Azadlıq prospketinə döndükləri zaman Z.Bünyadov prospekti ilə üzü “20 Yanv metro stansiyası istiqamətində olan “Toyota” markal avtomobil Şahinin hərə istiqamətinə çıxmış və avtomobilin sağ yan hisəsəsinə çırpılmışdır. Hadisə zamanı avtomobildə arxa sağ oturacaqda oturmuşdur. Baş verən hadisədən sonra zərbə təsirindən huşunu idrimiş, daha sonra baş verənləri xatirlaya bilmir. Hadisə zamanı xəsarət almışdır və hadisədən sonra təxminən bir gün xəstəxanada olmuşdur. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK 1№ 932/102-6496 nömrəli, 20 avqust 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:48-də DİN-in TŞX op. Səfəvi məlumat verərək, TŞ 8-17 kamerasının görüntüsünə görə Z.Bünyadov və Azadlıq pr-lərin kəsişməsində Chevrolet markalı **- AN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Toyota markalı 10-CD- 417 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və xəsarət alanın olmasını bildirdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2023- il tarixli 1116 saylı rəyindən görünür ki, X11 aşkar edilmiş xəsarət - qapalı kəllə-beyin travması, sağ təpə gicgah nahiyyəsinin subaroxnaf qansızması ilə müşaiyət olunan baş beyinin əzilməsi - sağ gicgah nahiyyəsi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2023- il tarixli 1115 saylı rəyindən görünür ki, X5 aşl edilmiş xəsarət - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan alının tüksüz hissəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi - hematoması, sağ baldırın yuxarı və orta üçdə birinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023- cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/217 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Chevrolet Cobalt” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63- cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat (bir yüz iyirmi səkkiz) təşkil edir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibi başlanması, hadisəni törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığına görə bəraətverici əsaslar olmadan rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Şəxs brəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialların olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər X14 və X3 Azər Nahid oğlu ilə barışmış və ona qarşı tələb və şikatələri yoxdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir, ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar