Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-13/2021 18.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Şikayət vermiş-“Alibaba Nargilə” kafesinin direktoru X4 nümayəndəsi –Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi- X6 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən monitorinq aparılmış, nəticədə barəsində xx.xx.2020-ci il tarixli MN0408151 nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. İşə baxılma nəticəsində xx.xx.2020-ci il tarixli, MN0458508 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən 3000 manat cərimə edilmişdor. Məhkəmə onun iştirakı olmadan işə baxmış və onun iştirakını təmin etmədən qərar qəbul etmişdir. Qərar ümumiyyətlə əsaslandırılmamışdır. İnzibati xəta haqqında protokol həqiqəti əks etdirmir. Bu səbəblə də AR İXM-nin tələblərini nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şikayət vermiş-“Alibaba Nargilə” kafesinin direktoru X4 nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, səlahiyyətli orqan əsassız olaraq K.Ələkbərovun barəsində protokol tərtib etmişdir. Heç bir sübut, videogörüntü belə yoxdur. Protokol əsaslandırılmadan tərtib edilmişdir. Şikayət ərizəsində geniş şəkildə protokolun hüquqi cəhətdən əsassızlığının nədən ibarət olduğu göstərilmişdir. Odur ki, şikayətin təmin edilərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi- X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, həmin obyektdə karantin rejimi qaydalarının ciddi şəkildə pozulduğu aşkar edilmişdir. Həmin pozuntular isə ondan ibarət olmuşdur ki, həmin obyektdə ara məsafəsi qaydalarına riayət edilməmiş və obyektin mətbəx bölməsində işləyən işçilər tibbi maskadan istifadə etməmişlər. Qarşı tərəf inzibati xəta haqqında protokolun hüquqi cəhətdən əsassız olduğunu bildirsə də, faktın törədilməsini təsdiq edən fotoşəkillər və video yazı mövcuddur. Eyni zamanda həmin tarixdə tərtib edilmiş aktın doğruluğu da Kamran Ələkbərov tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmçinin inzibati xəta haqqında protokolda həmin vətəndaş bir daha belə pozuntuya yol verməyəcəyinə dair də qeyd aparmışdır. Bütün bu sadalanan hallar səlahiyyətli orqan tərəfindən gəlinən nəticənin doğruluğuna işarə edir. Bu səbəblə də verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Həmin Qərarın 2.4-cü bəndinə görə bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. Səhiyyə Nazirliyinin təsdiqlədiyi “İctimai iaşə müəssisələrinin açıq hava sahələrində koronovirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişlərində göstərilmişdir ki, oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalar arası məsafənin isə 2 metrdən az olmaması qeyd olunmuşdur. Nazirlər Kabinetinin "Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarında göstərilmişdir ki, restoran və kafelərdə işçilər tibbi maska taxmalı və ondan istifadə edilməsinə nəzarət olunmalı, dezinfeksiya məhlullarından fasiləsiz istifadə edilməlidir. İş vaxtı müştəriyə xidmət göstərən zaman maskanın çənəyə endirilməsi, yaxud tamamilə ağızdan çıxarılması yolverilməzdir. Maska çirkləndikdə və ya nəmləndikdə dərhal dəyişdirilməlidir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qadağandır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və bir ədəd CD diskdən görünür ki, xx.xx.2020-ci il tarixdə “Alibaba Nargilə” kafesində keçirilmiş müşahidə zamanı müştərilərarası məsafə qaydaları gözlənilməmiş, habelə obyektin mətbəxində işçi heyətinin tibbi-qoruyucu maskadan istifadə edilməməsi aşkar görünür. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Alibaba Nargilə” kafesində keçirilmiş müşahidə zamanı karantin qaydaları pozularaq oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalar arası məsafənin isə 2 metrdən az olması, habelə mətbəxdə işçilərin tibbi maskadan istifadə edilməməsi müşahidə edilmiş və aktın doğruluğu iştirakçılar tərəfindən (X4 da iştirakı ilə) imzalanmışdır. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Qida Təhkükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-13/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-13/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver