Məhkəmə qərarları › İş №3(005)-13/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-13/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-13/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokurorluğundan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 04 dekabr 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, "xxxx" MTK-nın nəzarət üzrə ustası Şəxs (FİN: 4NJP5AQ) - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi əməyin mühafizəsi, təhlükəsizlik texnikasının qayda və normalarına riayət olunmasına nəzarət etməli olduğu halda, «Tikinti norma və qaydaları İİ1-4-

80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1, 2.27 bəndlərinin tələblərini pozaraq tikinti sahəsində qəlib işlərinin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin etməməsinə görə "xxxx" MTK-da qəlibçi işləyən X5 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən işlədiyi müəssisənin yeni hündürmərtəbəli binanın tikintisi zamanı ikinci mərtəbədə qəlib qurmaq üçün taxtanı gətirib üçüncü mərtəbəyə qaldırması üçün krana verən zaman arxaya doğru addımlayarkən binanın hava boşluğuna (şaxta) düşməsi nəticəsində ehtiyatsızlıqdan sonuncu “mil sümüyünün distal metaepifizinin qəlpəli sınığı” kimi sağlamlığa az ağır zərər vuran xəsarət almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 04 dekabr 2023-cü il tarixli qərarda əks olunan X2 izahatından aydın olur ki, Şəxs "xxxx" MTK-da əmək müqaviləsi üzrə nəzarət üzrə usta vəzifəsində işləmişdir. Bununla da, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, rəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X6 xx.xx.2023-cü il tarixli, 1396 saylı rəyindən görünür ki, əfərov Nizami Azər oğlunun almış olduğu xəsarət-mil sümüyünün distal metaepifızinin qəlpəli sınığı küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, şəxsin göstərdiyi şəraitdə, yəni 2-ci mərtəbədən beton örtük üzərinə yıxılmasınəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlğa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/6422 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1,2.27 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur.Tikinti sahəsində qəlib işlərinin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.1 2.27 bəndlərinin tələbləri "xxxx" MTK-da işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X2 əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi və sair qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 13 noyabr 2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, X3 həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar