Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-130/2021 15.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Qənbərova Aygün Ağamösi qızının nümayəndəsi X1 iştirakı ilə, Qənbərova Aygün Ağamösi qızının Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta həqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qənbərova Aygün Ağamösi qızı Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta həqqında protokol üzrə qəbul edilmiş qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin izahatında İXP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta həqqında protokolun tərtib edilməsinə əsas olmuş hadisənin Bakı şəhəri Nizami rayonu ərazisində baş verdiyini və şikayətin baxılması üçün aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Bakı şəhəri , Nizami rayonunda baş verdiyindən Qənbərova Aygün Ağamösi qızının Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta həqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə, QƏRARA ALDİ: Qənbərova Aygün Ağamösi qızının Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta həqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-130/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-130/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver