Məhkəmə qərarları › İş №3(005)-1300/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1300/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1300/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2024-cü il tarixində saat 18 radələrində narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında yazılı ərizə ilə müraciət edərək 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs materialın geri qaytarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə proses iştirakçılarının mövqeyini dinləyib, iş materiallarını araşdıraraq borclu Şəxs barəsində Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları ilə Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar