Məhkəmə qərarları › İş №3(005)-1306/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1306/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1306/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədovun 30 noyabr 2020-ci il tarixli qərarından və 03 iyun 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.11.2020-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “Ravon” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindən sağa Ə.Rəcəbli küçəsinə dönərkən yolu keçməkdə olan piyada X4 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, 10.11.2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindən sağa Ə.Rəcəbli küçəsinə dönərkən yolu keçməkdə olan piyada X5 vurmuşdur. Zərərçəkmiş şəxsə dəyən zərəri ödəmiş və onlar barışmışlar. X3 ona qarşı şikayət və tələbi yoxdur. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, 10.11.2020-ci ildə Ə.Rəcəbli küçəsində yerləşən avtomobil yolunu “Konfetti” restoranının qarşısından əks tərəfə piyada keçidi ilə keçərkən “Ravon” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu avtomobilin ön hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Bundan sonra avtomobilin sürücüsü ona yardım etmiş və xəsarət alıb-almamasını soruşmuşdur. O, xəsarət almadığını bildirmiş və qırılmış mobil telefonunun bərpa elətdirilməsini xahiş etmişdir. Daha sonra o, hadisə barədə atası Şaiq Qarayevə məlumat vermişdir. Atası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Elşad Cəfərov tərəfindən tərtib edilmiş HK-1-N-739 nömrəli, 10.11.2020-ci il tarixli raportdan görünür ki, 10.11.2020ci il tarixdə, saat 11:35-də vətəndaş X1 DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, “Ravon” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X5 vurmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 091875 nömrəli, 10.07.2018-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 10 noyabr 2020-ci il tarixli, 848 nömrəli rəyindən görünür ki, vətəndaş X3 almış olduğu xəsarətlər xəsarətlər - sol diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması və sıyrığı küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 noyabr 2020-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə cinayət işinin başlanılması barədə qərar 30 noyabr 2020-ci il tarixdə qəbul edilmiş və həmin vaxtdan 8 aya yaxın müddət keçmişdir. İXM-in: 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar