Məhkəmə qərarları › İş №3(005)-1311/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1311/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1311/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin rəis müavini X2 «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-1367/20 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,«Şəxs» MMC-nin ünvanına (VÖEN **********) xx xxxx 2020-ci il tarixdə gələn İran İslam Respublikasından 74E41510/74E41610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi 1200 səbət, netto çəkisi 5400 kq olan təmizlənmiş (dondurulmuş) farel balığı yükü Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Qeyd olunan mallar buraxılışa verildikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti köndələn 6-2 ünvanında yerləşən anbarda gömrük yoxlaması zamanı **********9379 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən farel balığı yükünün brutto çəkisinin 6000 kq deyil, 6720 kq olduğu, bununla da «Şəxs» MMC **********9379 sorğu nömrəli gömrük bəyannaməsində malların brutto çəkisi 6720 kq göstərilməli olduğu halda 6000 kq göstərilməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs» MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, «Şəxs» MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan, “İpək yolu” gömrük postundan daxil olmuş 34/029/017013 nömrəli, xx.xx.2020-ci il tarixli raporta əsasən «Şəxs» MMC-nin ünvanına xx xxxx 2020-ci il tarixdə gələn İran İslam Respublikasından 74E41510/74E41610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi yükdə 700 kq artıq çəki aşkar edilmişdir. İş materiallarında olan, “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Şəxs» MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx xxxx 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə İran İslam Respublikasından 74E41510/74E41610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi 1200 səbət, netto çəkisi 5400 kq olan təmizlənmiş (dondurulmuş) farel balığı yükü Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Qeyd olunan mallar buraxılışa verildikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti köndələn 6-2 ünvanında yerləşən anbarda gömrük yoxlaması zamanı **********9379 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən farel balığı yükünün brutto çəkisinin 6000 kq deyil, 6720 kq olduğu, bununla da «Şəxs» MMC **********9379 sorğu nömrəli gömrük bəyannaməsində malların brutto çəkisi 6720 kq göstərilməli olduğu halda 6000 kq göstərilməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi məlum olmuşdur. İş materiallarında olan, «Şəxs» MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, şirkətin ünvanına xx xxxx 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə İran İslam Respublikasından 74E41510/74E41610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal etdiyi 1200 səbət, netto çəkisi 5400 kq olan təmizlənmiş (dondurulmuş) farel balığı yükü daxil olmuş, **********9379 sorğu nömrəli gömrük bəyannaməsində malların brutto çəkisi 6720 kq göstərilməli olduğu halda 6000 kq göstərilməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Gömrük qaydalarını pozduqlarını etiraf edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkənAzərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, «Şəxs» MMCnin ünvanına 74E41510/74E41610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair **********9379 sorğu nömrəli gömrük bəyannaməsində malların brutto çəkisi 6720 kq göstərilməli olduğu halda 6000 kq göstərilməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, «Şəxs» MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkənAzərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1 maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1 maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Şəxs» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar