Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1316/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, “xxxxxxxxxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1966/19 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “xxxxxxxxxxx” MMC-nin ünvanına Gürcüstandan 42CB355/10ZG983 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********8723 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsi əsasında mallar xx.xx.2019-cu il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “dərman vasitələri, sarğı materialları, dəftərxana ləvazimatı, ağac ləvazimatı” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “xxxxxxxxxxx” MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Araşdırma zamanı “xxxxxxxxxxx” MMC tərəfindən **********8723 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş dərman vasitələri yükünün saxlanc müddəti xx.xx.2019-cu il tarixdə bitsə də, adı qeyd olunan MMC tərəfindən **********8723 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi və bütün gömrük ödənişlərinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxxxxxxxxx” MMC -nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin rəisi Aydın Eylazov tərəfindən imzalanmış raportdan görünür ki, “xxxxxxxxxxx” MMC-nin ünvanına **********8723 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 xx xxxx 2020-ci il tarixli izahatından görünür ki, “xxxxxxxxxxx” MMC ölkə ərazisinə dərman vasitələri idxal edərək topdan satışını həyata keçirir. Adı qeyd olunan firma Gürcüstandan dərman vasitələrini ölkə ərazisinə idxal etmişdir. Həmin mallara görə sənədlərin qısa müddət ərzində alınması imkan xaricində olduğundan mallar **********8723 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüşdür. Saxlancın son günü xx.xx.2019-cu il müəyyənləşdirilmişdir. Lakin malların müvəqqəti saxlanc müddəti sənədlərin əldə edilməməsi səbəbindən pozulmuşdur. Verilmiş müddət ərzində malları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduranda rəsmiləşdirə bilməmişlər. Mallar ünvan 1 ünvanında yerləşən firmanın anbarında toxunulmaz olaraq saxlanılmışdır. Lakin müddət bitdikdən sonra xx.xx.2019-cu il tarixdə **********2998 sorğu nömrəli gömrük bəyannaməsi ilə malları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduranda bəyan edərək tam olaraq gömrük ödənişlərini ödəmişlər. Gömrük qaydalarının pozulduğu etiraf edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən **********8723 sorğu nömrəli xx.xx.2019-cu il tarixli Gömrük bəyannamələri əsasında müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara “xxxxxxxxxxx” MMC-nin anbarında baxış keçirilmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “xxxxxxxxxxx” MMC-nin ünvanına Gürcüstandan 42CB355/10ZG983 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********8723 sorğu nömrəli xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsi əsasında xx.xx.2019-cu il tarixədəkmüvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “xxxxxxxxxxx” MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bununla da, “xxxxxxxxxxx” MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “xxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1316/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1316/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver