Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1317/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsindən daxil olmuş 00100-0785/22 nömrəli, 19 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 27AAT829/27AAK975 nömrəli yük nəqliyyat vasitəsi ilə LO**********0019 nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 2068 bağlama “Gigiyenik uşaq bezləri” adlı yükü **********8099 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi Gömrük Prosedurları Şöbəsinin rəisi Akif Hümmətov tərəfindən imzalanmış raportdan görünür ki, Şəxs MMC tərəfindən **********8099 və **********8076 saylı GB-ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC-nin tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, nizamnamə kapitalı 10,00 manat olan Şəxs MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Şəxs MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 27AAT829/27AAK975 nömrəli yük nəqliyyat vasitəsi ilə LO**********0019 nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 2068 bağlama “Gigiyenik uşaq bezləri” adlı yükü **********8099 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. Müvəqqəti saxlanc müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsi təmin edilməmişdir. Səbəb olaraq bildirir ki, şirkətin maddi vəziyyəti hazırda qənaətbəxş olmadığından malları idxal edə bilmirlər, bu səbəbdən sözügedən malları saxlanc xüsusi gömrük prosedurunda saxlayırlar. Yaxın zamanda problemlər aradan qalxdığı zaman qanunvericiliklə nəzərdə tutulmuş gömrük ödənişlərini ödəyib malları saxlanc gömrük prosedurundan çıxaracaqlarını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, «Şəxs MMC tərəfindən **********8099 və **********8076 saylı GB-ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC-nin tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1317/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1317/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver