Məhkəmə qərarları › İş №3(005)-1318/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1318/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1318/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 19.04.2022-ci il tarixli, 00100-0786/22 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/007449 nömrəli 13.04.2022-ci il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 27AİJ721/27AİL021 nömrəli yük nəqliyyat vasitəsi ilə LO**********0018 nömrəli, 01.12.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 2009 bağlama “Gigiyenik uşaq bezləri” adlı yükü **********8076 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 08.04.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Həmçinin 19.04.2022ci il tarixdə **********8099 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmiş yüklərə baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19.04.2022-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/007449 nömrəli 13.04.2022-ci il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 27AİJ721/27AİL021 nömrəli yük nəqliyyat vasitəsi ilə LO**********0018 nömrəli, 01.12.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 2009 bağlama “Gigiyenik uşaq bezləri” adlı yükü **********8076 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 08.04.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Həmçinin 19.04.2022-ci il tarixdə **********8099 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmiş yüklərə baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. 19.04.2022-ci il tarixli Bakı Baş Gömrük İdarəsi tərəfindən alınmış Şəxs MMC-nin direktoru X1 izahatından görünür ki, Şəxs MMC-nin direktoru, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə dəvət olunaraq sorğu-sual edilmiş və bildirmişdir ki, müvəqqəti saxlanc müddətinin 08.04.2022-ci il tarixində bitməsinə baxmayaraq, Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilməməsinin səbəbi şirkətin maddi vəziyyətinin qənaətbəxş olmamasıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/007449 nömrəli 13.04.2022-ci il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 27AİJ721/27AİL021 nömrəli yük nəqliyyat vasitəsi ilə LO**********0018 nömrəli, 01.12.2021-ci il tarixli invoys üzrə idxal edilmiş 2009 bağlama “Gigiyenik uşaq bezləri” adlı yükü **********8076 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 08.04.2022-ci il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirildiyi, lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi qeyd edilmişdir. Həmçinin 19.04.2022-ci il tarixdə **********8099 sorğu nömrəli 07.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmiş yüklərə baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar