Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1324/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Protokol Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rza-zadənin rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2203-cü il tarixdə saat 14:10 radələrində o, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Honda İnsight” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə K.Rəhimov küçəsi ilə üzü Taekvando Federasiyası istiqamətinə doğru G.Qədirbəyova küçəsi ilə yolun soldan 2-ci zolağı ilə saatda 30-35 km sürətlə hərəkət edib asta-asta sol zolağa manevr edərkən onunla eyni istiqamətdə sol tərəfi ilə hərəkət edən moped avtomobilin sol qabaq buferinə çırpılmışdır. Zərbənin təsirindən moped sürücü ilə birgə yerə yıxılmışdır. Həmin vaxt o tək olmuş və hadisə zamanı xəsarət almamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-291/102-5116/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:21-də Travmatologiya İnstitutundan tibb bacısı Abdullayeva məlumat verərək, G.Qədirbəyova küçəsində baş vermiş YNH-si zamanı, xx.xx.1991-ci il təvəllüdlü X1 bud və çanağın əzilməsi xəsarətləri almışdır. Araşdırma zamanı izahatı alınmış X3 izahatında bildirmişdir ki, xx.xx.2203-cü il tarixdə saat 14:10 radələrində o idarə etdiyi “Polad M50” markalı mopedlə K.Rəhimov küçəsi ilə üzü Tekvando Federasiyası istiqamətinə doğru G.Qədirbəyova küçəsi ilə yolun soldan 1-ci zolağı ilə saatda 70 km sürətlə hərəkətdə olarkən, onunla eyni istiqamətdə irəlidə hərəkət edən avtomobili ötmə əməliyyatı edən zaman mopedin qabaq hissəsi ilə sonradan ona məlum olan “Honda” markalı avtomobilin sol qabaq qanad hissəsinə toqquşmuşdur. Toqquşma nəticəsində idarəetməni itirib mopedə asfalt üzərinə yıxılmışdır. Moped irəli sürüşürək qabaqda avtomobilə yadında olmadığından o və ya moped arxa tərəfinə dəymişdir. O aldığı xəsarətlə bağlı Tramvatologiya institutuna müraciət etmişdir. Mopedi idarə edən zaman dəbilqədən istifadə etmiş və mopeddə tək olmuşdur. Araşdırma zamanı izahatı alınmış X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:10 radələrində o özünə məxsus, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubhisi Pajero” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə K.Rəhimov küçəsi ilə üzü Taekvando Federasiyası istiqamətinə doğru G.Qədirbəyova küçəsi ilə yolun 1-ci zolağı ilə saatda 5-10 km sürətlə hərəkət edərək, həmin istiqamət üzrə tıxac olmuş və yavaş-yavaş düzünə hərəkət edərkən qəflətən bərk zərbə səsi avtomobilin arxa tərəfindən eşitmişdir. Maşını dərhal saxlamış, lakin arxadan gələn avtomobillər siqnal verdiyindən maşını sağ tərəfə verib səkinin yanında saxlayıb düşmüş və asfalt üzərində moped və sürücüsü uzanmış vəziyyətdə olduğunu görmüşdür. Nəticədə avtomobilinə ziyan dəymişdir, avtomobilin arxa bufer, bamper hissəsi əzilmişdir. Daha sonra həmin yerdə “Honda” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Hadisədən sonra YPX əməkdaşı gəlmişdir. Hadisə zamanı tək olmuş, heç bir xəsarət almamışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 323 saylı xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər sağ bud-çanaq oynağının şişkinli hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olans ağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 17 aprel 2023-cü il tarixli qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinin tələbinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1324/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1324/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver