Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1325/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədovun 18 aprel 2023-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, , Z.Bünyadov pr-ti və Azadlıq pr-nin kəsişməsində “Toyota” markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomaşınla, “Toyota” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşın toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində X1 dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK-1 N-349/102-4252/ nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:18-də, “DİN”- nin TŞX-nin operatoru Gəncəyeva TŞ 8-017 kamera görüntüsü əsasında məlumat verərək bildirmişdir ki, Z.Bünyadov pr-ti və Azadlıq pr-nin kəsişməsində baş vermiş YNH-si zamanı, “Toyota” markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomaşınla, “Toyota” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşın toqquşması və xəsarət alanın olmasını bildirmişdir. Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:50 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2006-cı il buraxılışlı Toyota Prius minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə sağ köməkçi yolda Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində sağ zolaqla təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən qeyd olunan prospektin Azadlıq prospekti ilə kəsişməsinə çatdıqda yolun hərəkət hissəsinin kənarında quraşdırılmış 2.4 (Yol verin) yol nişanını görmədiyi üçün dayanmadan kəsişməyə daxil olub təxminən 3 metr məsafə qət etmişdir ki, Azadlıq prospekti ilə üzü Ə.Naxçıvani küçəsi istiqamətində hərəkətdə olub 2.1 (Baş yol) nişanının tələbinə əsasən kəsişməyə daxil olmuş Toyota Prado minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsi ilə ehtiyyatsızlığından idarə etdiyi avtomobilin ön sol qanad hissəsi toqquşdu. Toqquşma zamanı yaranmış zərbənin təsirindən idarə etdiyi nəqliyyat vasiəsi yolun sağ kənarında olan səkinin üzərinə çıxaraq dayanmışdır. Hadisə nəticəsində bədən xəsarəti aldığı üçün hadisə yerinə dəvət olunmuş TTYS-nin həkimləri tərəfindən KTM-yə aparılıb həkim müayinəsindən keçdi. 7-8 saat xəstəxanada qaldıqdan sonra evə buraxıldı. Əlavə suallara cavab olaraq hadisə zamanı avtomobildə tək olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:50 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2019-cu il buraxılışlı Toyota Land-Cruiser-Prado minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində hərəkətdə olarkən, qeyd olunan küçələrin kəsişməsinə çatdıqda, hərəkətini Naxçıvani küçəsi istiqamətində davam etdirmək üçün sola dönüb, körpünün alt hissəsindən “Baş yol” yol nişanının tələbinə əsasən Z.Bünyadov prospekti ilə Azadlıq prospektlərinin kəsişməsində yerləşən yol ayrıcısına daxil olub, təxminən 30-40 km/saat sürətlə bir neçə metr məsafə qət edərək, artıq kəsişməni başa çatdırdığı zaman Z.Bünyadov prospekti ilə sağ köməkçi yolda Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan Toyota Prius minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkət hissəsində quraşdırılmış “Yol verin” yol nişanının tələbinə riayət etmədək kəsişməyə daxil olması səbəbindən qeyd olunan avtomobilin ön hissəsi onun hərəkətdə olan avtomobilinin ön sağ qanad hissəsi ilə toqquşmuşdur. Toqquşma yol-nəqliyyat hadisəsindən sonra Toyota Prius markalı avtomobil yolun hərəkət hissələrini ayıran səkinin üzərinə çıxaraq dayanmışdır. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində olan oğlu 2017-ci il təvəllüdlü oğlu X3 bədən xəsarəti aldığından onu xəstəxanaya yola saldı və müayinələr zamanı oğlunun ciddi bir xəsarət almadığı müəyyən edildi. Toyota Prius markalı avtomboilin sürücüsü də özünü narahat hiss etdiyi üçün xəstəxanaya aparılmışdır. Əlavə suallara cavab olaraq, hadisə nəticəsində özünün bədən xəsarəti almadığını qeyd edərək MTE-dən keçməkdən imtina etsə də, oğlu X2 MTE- dən keçməsini istəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 18 aprel 2023-cü il tarixli 1367/K saylı ekspert rəyinə əsasən, Şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirtinin aşkar edilmədi və hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 395 saylı ekspert rəyindən görünür ki, Şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 385 saylı ekspert rəyindən görünür ki, 2017ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş BD 509049 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid) minik markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. Azərbaycan Respublikası DİN BDYPİ Şirvan RQİTBŞ tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B11, B kateqoriyalı sürücüdür; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1325/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1325/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver