Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1329/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru, X1, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi-X6 oglunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan MR-nın ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1 və 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsindən Şəxs İXM-in 535.1-ci maddəsində və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 28 aprel 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 28 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27.04.2022-ci il tarixdə, saat 23:15 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektində DYPŞ-in YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən riayət etməmiş, bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin 28.04.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.04.2022-ci il tarixdə saat 00:15-də idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarəetmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına yol vermişdir, nəticədə İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar 28 aprel 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru Abdullayev Rəşad oğlu inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, İXM-nin 334.1-ci maddəsinin tələblərini pozmuş, polis əməkdaşları tərəfindən saxlanılmış, sərxoş olmuş və bu zaman onlara qarşı tabesizlik göstərmişdir. Bu səbədən polis əməkdaşları tərəfindən 17-ci PŞ-nə gətirilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etdi. Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs 28.04.2022-ci il tarixdə saat 00:15-də idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini idarəetmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına yol vermişdir. DYP-nin əməkdaşları saxla işarəsi verdikdə qaçmağa yayınmış, yolda qəza şəraiti qatarmışdır. Avtomaşını bu şəxs idarə etsədə, saxlanıldıqda digəri ilə yerini dəyişmiş, maşından düşməyərək müqavimət göstərmiş, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, “Hoqqa” restoranında olarkən dostları ilə birlikdə, ümumilikdə 4 nəfər yemək yeyib içki işmişlər, aralarında mübahisə yaranmışdır. X7 E220 minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman polis əməkdaşları ona və dostlarına qarşı zor tətbiq etmiş, onları məcburi qaydada avtomobildən düşürmüş və döymüşlər. Göstərilənlərə əsasən Protokolda qeyd edilənlərlə razılaşmayaraq barəsində inzibati tənbeh növünün tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin əməkdaşı X3 izahatında göstərdi ki, Mercedes Benz E220 minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış və bu zaman sürücü və avtomobildəki digər 3 nəfərin içkili vəziyyətdə olduğu müəyyən edilmiş və onlardan tibbi müayinəyə getmələrini xahiş etmişlər. Bu zaman Şəxs əl-qol hərəkətləri ilə müqavimət göstərmiş və polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Bu səbədən əraziyə PPX dəvət edilmiş və PPX-nın əməkdaşları tərəfindən 3 nəfər şəxs 17-ci PŞ-nə gətirilmişdir. Şəxs saxlanılarkən üzündə xəsatər izləri var idi. Onlarla saxlanılan 4-cü şəxs onların restoranda yeyib içdikdən sonra aralarında dava düşməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin əməkdaşı X4 izahatında göstərdi ki, Mercedes Benz E220 minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin və avtomobildəki digər 3 nəfərin içkili vəziyyətdə olduğu müəyyən edilmişdir. Onlardan tibbi müayinə olunmalıarı xahiş edildikdə polis əməkdaşlarına müqavimət göstərmiş və onların qanuni tələblərinə riayət edilmişdir. Şəxs saxlanılarkən onun üzündə xəsarət izləri olmuşdur. Onlarla saxlanılan 4-cü şəxs onların Hoqqa” restoranında restoranında yeyib içdikdən sonra aralarında dava düşməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri DYPİ-nin YPXA-nın baş inspektoru Müzəffərli Ülvi tərəfindən Nərimanov RPİnin 17-ci Polis Şöbəsinin rəisinə ünvanlanan 28.04.2022-ci il tarixli raportdan görünür ki, 28.04.2022-ci il tarixində axşam təlimatında iştirak edib dislokasiya üzrə xidmətə çıxmış Mercedes Benz E220 minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomaşının xarici işıq cihazında problem gözlə göründüyündən tərəfindən saxla işarəsi verilmişdir. Sürücü yol aşırımının üzərində avtomaşını saxlamış və sürücü sükan arxasından düşün sərnişin yerində oturmuşdur. Nəqliyyat vasitəsinə yaxınlaçan zaman salondan kəskin spirt iyi hiss etdiyindən sürücüdən sənədlərini və tibbi müayinəyə getməyini xahiş etmişdir. Bu zaman sərnişinlər düşərək onlara tabesizlik nümayiş etdirərək əl-qol hərəkətləri ilə müqavimət göstərmişdir. Ekipaj yoldaşı onları qanunazidd hərəkətlərdən uzaq durmağı və tabe olmalarını istəmiş qarşılığında nalayiq ifadələr səsləndirmişlər. Əraziyə Çermet körpüsü üzərində özünü apara bilməyən 4 şəxs camaatın diqqətini çəkdiyinə görə PPX-i dəvət olunmuşdur. Nəqliyyat vasiyəsi hal şahidinin iştirakı ilə müvəqqəti mühafizə olunan duracağa qoyulmuşdur. Sürücü və sərnişinlərin tibbi müayinəsi barəsində qanuni tədbir görülməsini xahiş olunmuçdur. “İnzibati qaydada tutma haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. 28.04.2022-ci il tarixli, 2/8841 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özü etiraf etməsə də, inzibati xəta haqqında protokollar şahid izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 334.1 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 27 aprel 2022-ci tarixdə saat 23:15 radələrində nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməklə İXM-nin 334.1-ci maddəsinin, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməməklə İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 28 aprel 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətaları etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən yayınmaq məqsədilə verilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs inzibati xətaları sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 334.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 aprel 2022-ci il saat 01:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1329/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1329/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver