Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1330/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4, Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPŞ-nin polis kapitanı X5 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirləndirilməsinə dair İXP № ******* saylı 29 fevral 2024-cü il tarixli protokol əsasında 27 mart 2024-cü il tarixli TP ******* saylı saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərarla razılaşmır. İXP № ******* saylı 29 fevral 2024-cü il tarixli protokol Azərbaycan Respublikası İXM-nin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmişdir. 27 mart 2024-cü il tarixli TP ******* saylı qərar əsassız, qərardır. İşin faktiki halları ilə bağlı bildirir ki, ** FX *** d.n.n BMW 528 İX minik markalı avtomobilinin mülkiyyətçisi X2r. X3 tərəfindən ona avtomobili sürmək üçün etibarnamə verilmişdir. Protokol tərtib olunan gün inzibati xəta baş verməsi bildirilən gün avtomobil onda olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, o "xxxx" ASC-nin əməkdaşıdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhərində olmayıb, işlə bağlı 50/24 saylı xx.xx.2024-cü il tarixli əmrə əsasən Şəki və Zaqatala rayonunda ezamiyyətdə olub. O, özünə məxsus avtomobilini sürərkən DYPŞ-nin əməkdaşı onu saxlayaraq bildirmişdir ki, ** FX *** d.n.n BMW 528 İX minik markalı avtomobilə görə o cərimə olunub. Bundan sonra bu halı araşdırdıqdan sonra xx.xx.2024-cü il tarixdə tərəfindən online qaydada BDYP idarəsinə müraciət olunmuşdur. Müvafiq sənədləri təqdim etməyinə baxmayaraq heç bir nəticə onun tərəfindən əldə olunmamışdır. Dəfələrlə müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə 055 *** ** ** nömrəsindən ona zəng gələrək özünü BŞDYP-ə dəvət ediblər və izahat vermişdir. İzahatında orda olduğu tarixi qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə qərarı götürməyə gedəndə görmüşdür ki, qərar geri tarixə 27 mart 2024-cü il tarixdə TP ******* nömrə ilə verilmişdir. İXP № ******* saylı 29 fevral 2024-cü il tarixli protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. İXP № ******* saylı 29 fevral 2024-cü il tarixli protokol onun tərəfindən imzalanmamışdır, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ məhdudlaşdırılmışdır, protokoldu imza etməkdən imtina etməyi barədə heç bir qeyd əks olunmamışdır. Ümumilikdə protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Qərar verildikdən sonra xx.xx.2024-cü il tarixdə ondan izahat alınmışdır. Qeyd olunanlardan məlum olur ki, İXP № ******* saylı 29 fevral 2024-cü il tarixli protokol tərtib edilərkən İXMnin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd etdiklərinə əsasən İXP № ******* saylı 29 fevral 2024-cü il tarixli protokol tərtib olunarkən İXM-nin tələbləri ciddi pozulduğundan, onun əməlində inzibati xəta tərkibi olmadığından, eyni zamanda baş vermiş xətanın səbəbkarı müəyyən edilmədiyindən 27 mart 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-22-14/3-1-50/2024 nömrəli Əmrin surətindən görünür ki, Biznesin inkişafı departamentinin Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi X1 28 fevral – 01 mart 2024-cü il tarixlərində 3 (üç) gün müddətinə Zaqatala və Şəki rayonlarına ezam olunması əmr edilmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ezamiyyə Vərəqəsidən görünür ki, X1 Zaqatala və Şəki rayonlarına ezamiyyət müddəti 28 fevral – 01 mart 2024-cü il tarixləri qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1330/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1330/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver