Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1334/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, evli və 03 azyaşlı övladı olan, Bakı şəhəri, Nizami küçəsi ev 107, mənzil 42-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-cı polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 01 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abbaszadə X4 Rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 01 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində ictimai asayişi pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 01 may 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək 01 may 2024-cü il tarixində Bakı şəhəri Baş Polis İdarəsinin DYP-nin YPXA-nın əməkdaşlarının inzibati ərazidə xidmətə olan zaman, Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Mersedes" markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobili ilə əməkdaşları tərəfindən saxlanılmış həmin vaxtı avtomobilin sürücüsü Şəxs onların qanuni tələblərinə tabe olmayayaraq, polis əməkdaşlarının, habelə tədbir təşkilatçıları və rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmişdir. Avtomobilin sürücüsü hadsə yerindən tabesizlik göstərdiyi üçün avtomobili duracağa təmin etmişlər. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus avtomobili ilə Həsənoğlu küçəsi istiqamətində hərəkət edərkən Təbriz küçəsinin kəsişməsində polis əməkdaşları tərəfindən tədir səbəbilə yolun hərəkət isitqaməti dəyişdirilmiş, o da onların göstərişi əsasında dönmə əməliyyatını edərkən bir polis nəfəri əlindəki polis raçiyası ilə onun avtomobilinə sərt şəkildə vurmuş o, isə öz növbəsində nə üçün vurduğunu soruşduqda bir neçə polis əməkdaşı dərhal ona yaxınlaşaraq avtomobilinin qapısını açmış onun yaxasından sərt şəkildə tutaraq aşağı endirmişdir. O, nə baş verdiyini başa düşməmiş sadəcə nə üçün belə elədiklərini öyrənməyə çalışmışdır. Heç bir şəkildə polis əməkdaşlarına yüksək səs tonu ilə nalayiq ifadələr işlətməmiş, göstərişləri əsasında dayanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun avtomobilində də səsli videogörüntü əks olunur, o hər hansı nalayiq ifadə işlətmişdirsə orda da öz əksini tapmışdır. Bu səbəbdən avtomobilində olan səs yazısına baxılmasını, himayəsində 03 azyaşlı övladının olmasını və ədalətli qərarın qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X5 bildirmişdir ki, dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində yol hərəkətinin istiqamətində dəyişiklik olmuş və bu səbəbdən də həmin istiqamətlər üzrə polis əməkdaşları tərəfindən avtomobillərin hərəkətinin tənzimlənmə həyata keçirilirdi. Bu zaman **-ZZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü onların göstərmiş olduqları istiqamətdən əks istiqamətə hərəkət etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bu zaman əməkdaşlar dərhal həmin avtomobilin qarşısına keçmiş, avtomobili saxlatdırmış, lakin sürücü tərəfindən həmin vaxt ünvanımıza nalayiq ifadələr işlədilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və o, İXM-nin 510 və 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın sürəti müvafiq quruma göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş DVD diskdə hadisənin əks olunduğu görüntüdən müəyyən edilmişdir ki, Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, yolun qadağan edilmiş istiqaməti üzrə avtomobilini hərəkət etdirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından da göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən olunmuşdur. Hazırki halda da dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən yolda avtomobillərin hərəkəti tənzimlənərkən Şəxs hərəkətlərində onların qanuni tələblərinə qəsdən tabe olmama hallarının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bundan başqa İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının Şəxs idarə etdiyi avtomobilin qarşısına keçərək ona dayanmasını bildirdikdən sonra özünün də ifadəsində qeyd etdiyi kimi tərəfindən polis əməkdaşına “nəyə görə avtomobilə vurursan” formasında etiraz etmiş, eləcə də şahid ifadəsindən də aydın olur ki, xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı nalayiq ifadələr işlətmişdir. Nəticədə videogörüntüdən də aydın olur ki, həmin ərazidə ictimai qaydanın pozulması halları müşahidə edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi ilk dəfə inzibati xəta törətməsini, üç azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək o, həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1334/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1334/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver