Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1337/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi ilə, x3 Nərimanov rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru x2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: x1 rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru x2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, şikayətçi x6 ünvan 1 ünvanında yaşayır. Bu səbəbdən hazırki şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1, 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətçi x6 ünvan 1 ünvanında yaşadığından, onun səlahiyyətli orqanın qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: x3 Nərimanov rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru x2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1337/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1337/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver