Məhkəmə qərarları › İş №3(005)-1338/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1338/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1338/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, X2 Nərimanov rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X3 X5 barəsində qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X3 X5 barəsində qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi qanunvericilikdə dəqiq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından müəyyən olunur ki, X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Bu isə öz növbəsində İXM-in 128.1-ci maddəsinin tələblərinin pozulmasıdır. Bundan başqa şikayət verilən zaman İXM-in 129-cu maddəsinin tələblərinə də riayət olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-in 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Nərimanov rayon DYPŞ-nin yol patrul xidməti inspektoru X3 X5 barəsində qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar