Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1343/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızı, Əmlak üzərinə qoyulmuş məhdudiyyətin (həbsin) götürülməsi barədə “X1” MMC-nin direktoru Nicat İsayev tərəfindən təqdim olunmuş ərizəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, MÜƏYYƏN ETDİM: X1” MMC-nin direktoru Nicat İsayev şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-yə məxsus “Chevrolet Malibu minik” markalı 77 AK-723 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə BDYPİ-nin qərarı əsasında qoyulmuş məhdidiyyətin götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci fəslində “İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma” qaydaları müəyyən edilmişdir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısı, şikayət vermə müddətləri və qərardan şikayət verilməsi prosedurunun riayət olunması tələb olunan digər qaydaları müəyyən edilmişdir. “X1” MMC-nin direktoru Nicat İsayev şikayət ərizəsində MMC-yə məxsus “Chevrolet Malibu minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən məhdudiyyətlərin götürülməsinin təmin edilməsi barədə qərar qebul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərədə tutulduğundan “X1” MMC-nin direktoru Nicat İsayev tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: “X1” MMC-nin direktoru Nicat İsayevin MMC-yə məxsus “Chevrolet Malibu minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən məhdudiyyətlərin götürülməsinin təmin edilməsi barədə qərar qebul edilməsi barədə ərizəsi geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1343/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1343/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver